Çin Xalq Respublikasının yaradılmasının 70 illiyi münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib
27.09.2019 [08:48]
Sentyabrın 26-da Çinin Azərbaycandakı səfirliyi milli bayram - Çin Xalq Respublikasının yaradılmasının 70-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Çinin Azərbaycandakı səfiri xanım Qo Min çıxış edərək ölkəsinin 70 ildə keçdiyi inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib. O deyib ki, bu gün Çin dünyanın ikinci ən böyük iqtisadiyyatıdır. Çin hakimiyyəti ölkənin modernləşməsi üçün bütün səyləri göstərir. Hazırda Çin dünyanın 130-dan çox ölkəsinin ticarət tərəfdaşıdır və BMT Nizamnaməsinin bütün şərtlərini yerinə yetirir. Ölkə, eyni zamanda, dünyada sülhməramlı missiyaya böyük töhfə verir.
2019-cu ilin aprelində Prezident İlham Əliyevin Çinə səfərini xatırladan səfir qeyd edib ki, bu səfər ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib. Azərbaycan ilə Çinin münasibətləri sağlam təməl üzərində qurulub. Çin Azərbaycanı yaxın dost, etibarlı tərəfdaş kimi qəbul edir. Ölkələrimiz arasında münasibətlər dinamik inkişaf yolundadır. Diplomat bu əlaqələrin gələcəkdə daha da güclənəcəyinə əminliyini ifadə edib.
Rəsmi qəbulda çıxış edən Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan Prezidenti adından Çin xalqını təbrik edib, sülh və firavanlıq arzularını çatdırıb.
Qədim tarixə malik Çinin bu gün dünyada böyük nüfuza malik olduğunu vurğulayan Milli Məclisin Sədri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ikitərəfli, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Çin və Azərbaycanın dövlət rəhbərləri arasında mehriban münasibətlər qarşılıqlı əlaqələrin inkişafına geniş yol açır. Hər iki ölkənin hakim partiyaları arasında sıx əlaqələr qurulub. Qarşılıqlı əlaqələrin möhkəmlənməsində parlamentlərin də rolu böyükdür.
Milli Məclisin Sədri deyib ki, iki ölkə arasında bir çox sahələrdə - iqtisadi, siyasi, humanitar sahələrdə getdikcə genişlənən əməkdaşlıq məmnunluq doğurur. Xüsusən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Çinin dəyişməz mövqeyi ölkəmiz üçün olduqca vacibdir.
Oqtay Əsədov ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Tədbir bədii hissə ilə davam edib.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

