/ / Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı seminar keçirilib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı seminar keçirilib
18.09.2019 [09:26]
Sentyabrın 17-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev açıb. O bildirib ki, 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə hasilatın pay bölgüsü sazişinin imzalanması yenicə müstəqillik qazanmış Azərbaycan üçün tarixi hadisə idi. Bu müqavilə böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin gərgin zəhməti hesabına imzalandı. Ulu Öndər bu sazişə, sadəcə, Azərbaycana firavanlıq gətirəcək iqtisadi müqavilə kimi baxmırdı. O, “Əsrin müqaviləsi”ni həm də Azərbaycanın istiqlalını qoruyacaq zireh kimi görürdü. Müqavilədə dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkəti iştirak edirdi. Bununla da müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyuldu.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev seminarda çıxış edərək “Əsrin müqaviləsi”nin tarixindən və əhəmiyyətindən danışıb. O bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan neft-qaz hasilatı sahəsində dünyanın ən müasir texnologiyalarını ölkəyə cəlb edə bildi. Məhz bunun nəticəsində “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanda neft hasilatı 5 dəfəyə yaxın artdı. Uğurla tətbiq edilən neft strategiyası nəticəsində artıq platformaların tikintisindən tutmuş dərinsulu hissələrdə qazma işlərinə, neft-qaz hasilatına kimi dəyər zəncirinin bütün mərhələlərində Azərbaycan yerli imkanlarla bu işlərin öhdəsindən gələ bilib.
Energetika nazirinin müavini Elnur Soltanov “Əsrin müqaviləsi”nin həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünya miqyasında bağlanan ən iri sazişlərdən biri olduğunu deyib. Qeyd edib ki, o vaxtdan bəri “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsinə təqribən 33 milyard dollardan çox sərmayə qoyulub. Bu gün bütün Azərbaycan xalqı bu sazişin gözəl nəticələrini öz həyatında görür. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 25 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 216 dəfə, adambaşına düşən məhsul isə 162 dəfə artıb. Ölkədə işsizlik səviyyəsi 3 dəfə, yoxsulluq isə 10 dəfədən çox azalıb.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, dünyanın ən zəngin qaz yataqlarından biri olan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların olmamasına görə istismarı dayandırılıb, yatağın potensial imkanları təyin edilməyib. 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olmasını aşkar edib və nəticə gözləniləndən böyük olub. Yataqda 1,2 trilyon kubmetr qazın olması ehtimal edilir. Bu, dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunur. Sonrakı illərdə “Ümid” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi. Bununla da Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı.
ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer “Əsrin müqaviləsi”nin Azərbaycanda çətin siyasi proseslərin cərəyan etdiyi bir dövrdə imzalandığını qeyd edib. O vurğulayıb ki, buna baxmayaraq, hərtərəfli strategiya ilə müqavilənin imzalanması və aparıcı beynəlxalq şirkətlərin regiona cəlb edilməsi mümkün oldu. Amerikalı professor Azərbaycanın bu gün də etibarlı tərəfdaş olduğunu söyləyib.
Seminar sual-cavab sessiyası ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53

