"Freedom House" ədalətsiz, reallıq hissini itirmiş bir qurumdur
16.12.2009 [09:45]
“Yeni Azərbaycan” qəzetində bir müddət öncə dünya güclərinin maraqlarına xidmət edən, bir çox yenicə formalaşmağa başlayan dövlətlərə demokratiya pərdəsi altında təzyiq atmosferi yaradan təşkilatlarla bağlı yazılar dərc olunmuşdu. Yazılarda qeyd olunmuşdu ki, bir sıra təşkilatlar ikili standartlardan çıxış edərək sifariş yerinə yetirirlər. Həmin təşkilatlardan biri də məhz, bir çox hesabatları ilə beynəlxalq hüquqa hörmətsizliyini və separatçılığa, terrora, işğala dəstəyini nümayiş etdirən “Freedom House”dur...
Bu təşkilatın hesabat hazırladığı ölkə ərazisindəki proseslərə subyektiv maraqlar prizmasından yanaşaraq, yanlış istiqamətli məruzələr hazırlaması, qeyri-demokratik rejimli dövlətləri demokratik ölkə kimi qələmə verməsi artıq adi hal alıb. Bu tendensiya isə dünya ictimaiyyətində ikrah hissi yaradır və sözügedən təşkilata olan etimad tamamilə tükənmək üzrədir. Bu baxımdan da, ABŞ-ın rəsmi dövlət strukturları tərəfindən maliyyələşdirilən “Freedom House” təşkilatının hesabatları, bəyanatları heç vaxt birmənalı qarşılanmayıb.
İkili standartlı siyasətin fiaskosu...
ümumiyyətlə, “Freedom House” təşkilatı dünya ölkələrində demokratik dəyərlərin, prinsiplərin qorunması ilə bağlı vəziyyəti araşdıraraq, hesabatlar hazırlayır. Bu təşkilatın hesabatları isə dünya ictimaiyyətində həmin ölkələr haqqında təsəvvürün formalaşmasına müəyyən dərəcədə təsir etmək qabiliyyətinə malik olur. Amma bu kriteriyalar ikili standartlı siyasətin fiaskosuna - Ermənistanda mart hadisələrinin baş verməsinə qədər özünü müəyyən dərəcədə doğrultdu. Həmin ərəfədə Ermənistanda demokratiyanın atributu sayılan bütün prinsiplərin hərbi rejim tərəfindən pozulmasına baxmayaraq, baş vermiş qanlı olaylara göz yumuldu. Mart hadisələri zamanı Ermənistanda jurnalistlər, deputatlar, nümayiş iştirakçıları həbs olundu, hətta 10-larla insan qətlə yetirildi. Bu, müharibə deyildi. Sadəcə, insanlar özlərinin təbii hüquqlarını bərpa etmək tələbi ilə etiraz edirdilər...
Amma həmin hadisələri görməməzlikdən gələrək Ermənistanı demokratik ölkə adlandıran “Freedom House” təşkilatı özünün gələcək perspektivlərini sual altında qoydu. Beləliklə də, ikili standartlarla işləyən “Freedom House” təşkilatının dünyadakı imici həddindən artıq zərər çəkdi. Bu gün artıq “Freedom House”u əsassız, dəyərli faktlara söykənməyən və qərəzli hesabatları ilə dəfələrlə özünü ifşa etmiş təşkilat kimi tanıyırlar.
Təşkilat növbəti dəfə özünü ifşa edir...
“Freedom House” təşkilatı yenidən müxtəlif adlar altında hesabatlar hazırlayır. Əlbəttə ki, bu hesabatlarda dəyişən yalnız başlıq olur, amma mahiyyət, keyfiyyət dəyişiklikləri, əsaslı faktlar kimi kriteriyalardan yan keçilir...
Belə ki, bir neçə gün öncə “Freedom House” təşkilatı “Azadlıq xəritəsi - 2009” adlı hesabat açıqlayıb. Təşkilatın budəfəki hesabatında da ikili standartları əks etdirən, maraq qruplarının mənafelərinə xidmət edən fikirlər öz əksini tapıb. Təşkilatın “Azadlıq xəritəsi”ndə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi təqdim edilir. üstəlik, təşkilat Azərbaycanı “qeyri-azad” ölkələr sırasında göstərməklə yanaşı, Ermənistanı və “Dağlıq Qarabağ”ı “qismən azad” ölkələrlə birlikdə təqdim edir. Bu baxımdan, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası, Avropa Şurası və digər nüfuzlu təşkilatlar, habelə, ABŞ da daxil olmaqla bütün dünya ölkələri Dağlıq Qarabağı de-yure Azərbaycan ərazisi kimi tanıdığı halda, “Freedom House”un “xəritəsini” necə obyektiv qiymətləndirmə hesab etmək olar?
Təşkilat bununla beynəlxalq hüquqa hörmətsizliyini və separatçılığa, terrora, işğala dəstəyini nümayiş etdirir. Abxaziya, Cənubi Osetiya Gürcüstanın, Dnestryanı Respublika Moldovanın əraziləri kimi göstərildiyi halda, Dağlıq Qarabağın Azərbaycan və Ermənistanın birgə ərazisi kimi göstərilməsi qərəzçilikdən başqa bir şey deyil.
Bununla yanaşı, 2009-cu ilin “Azadlıq xəritəsi”ndə Azərbaycan “qeyri-azad”, Ermənistan isə “qismən azad” ölkə kimi göstərilib. Təşkilatın ölkənin statusunu müəyyən edən kriteriyalarında birinci yerdə “Hökumətin başçısı və ya ali milli lider azad və demokratik yolla seçilibmi” meyarı durur.
Bir daha xatırladaq ki, 2008-ci ilin mart ayında Yerevan küçələrində 10-larla nümayişçi öldürülüb, yüzlərlə insan həbs edilib, çoxlu insan isə bu gün də siyasi baxışlarına görə həbsxanalardadır. Görəsən, “Freedom House” nəyə görə Ermənistanı “qismən azad” ölkələr sırasına daxil edib? Belə bir ölkə ilə müqayisədə Azərbaycanı “qeyri-azad” ölkə kimi qələmə vermək ədalətsizlik deyilmi?
Təşkilat bu cür fəaliyyətilə ardıcıl olaraq beynəlxalq birliyə və demokratiya ideyalarına hörmətsizlik nümayiş etdirir.
Artıq ictimaiyyət təşkilatın fəaliyyətindəki qərəzli nüanslarla bağlı bir çox suallar ətrafında düşünür. Yəni, fundamental insan hüquqlarının pozulduğu, demokratik təsisatların fəaliyyətinin iflic vəziyyətinə düşdüyü və ya hakimiyyətin təsiri altına keçdiyi, əhalinin baş götürüb qaçdığı Ermənistanı necə “qismən azad” adlandırmaq olar? Heç bir beynəlxalq qurum, dövlət, hətta, Ermənistanın özü tərəfindən tanınmayan, əhalisi yalnız hərbçilərdən ibarət və separatçı rejimin idarə etdiyi bir ərazini demokratiya şkalası əsasında qiymətləndirmək olarmı? Əlbəttə ki, bu, demokratiya ideallarına, demokratik dünyaya hörmətsizlikdir.
Göründüyü kimi, “Freedom House” ədalətsiz, reallıq hissini itirmiş bir təşkilatdır, ona rəhbərlik edən şəxslər isə məkrli dairələrin sifarişi ilə işləyir və yaxud öz şəxsi maraqlarına xidmət edirlər. “Freedom House”un “Azadlıq xəritəsi - 2009” hesabatını isə separatçılığa və işğala dəstək adlandırmaq olar.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

