/ / Vüqar Rəhimzadə: Azərbaycan Prezidenti tərəfindən verilən vədlər sözdə deyil, əməldə öz təsdiqini tapır
Vüqar Rəhimzadə: Azərbaycan Prezidenti tərəfindən verilən vədlər sözdə deyil, əməldə öz təsdiqini tapır
03.09.2019 [09:28]
“Bu gün biz ölkəmizdə aparılan uğurlu sosial siyasətin, bu istiqamətdə atılan çevik və praktik addımların parlaq nümunələrinin real həyatda təsdiqini görürük. Azərbaycan Prezidenti tərəfindən verilən vədlər sözdə deyil, əməldə öz təsdiqini tapır. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlara uyğun olaraq, cari il sentyabrın 1-dən minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artım baş verib. Bununla da Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, həmin məbləğin yaşayış minimumunu 40 faiz üstələməsinə nail olunub”.
AZƏRTAC xəbər verir ki, bu sözləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.
Vüqar Rəhimzadə qeyd edib ki, vətəndaşların sosial rifahının daha da yüksəldilməsi istiqamətində atılan bu və digər addımlar dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha təsdiq edir: “Hər zaman xüsusi olaraq vurğulanır ki, Azərbaycan dünya miqyasında sosial dövlət kimi tanınır. Bu, ondan irəli gəlir ki, ölkə rəhbəri daim öz xalqını, öz vətəndaşını düşünür. Hesabatlara nəzər yetirsək, görərik ki, ölkəmiz minimum əməkhaqqının səviyyəsinə görə MDB dövlətləri ilə müqayisədə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerdədir. Artan minimum əməkhaqqı əhalinin gəlirlərinin çoxalmasına gətirib çıxarır, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən, əməyin leqallaşdırılmasını stimullaşdırır. Şübhəsiz ki, biz gələcəkdə də bu cür uğurlu məqamların, nümunələrin tez-tez şahidi olacağıq”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, təsdiqlənən mühüm sosial paketlərin əhatə dairəsi çox genişdir: “Rəqəmlərə diqqət yetirsək, hər şey daha aydın görünər. Belə ki, ikinci sosial paketin tərkib hissəsi kimi minimum əməkhaqqı və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Doğrudan da, sadalanan rəqəmlər kifayət qədər yüksək göstəricilərdir. Prezident İlham Əliyev bütün bunlarla öz vətəndaşının yanında olduğunu bir daha göstərir, ona əsl rəhbər qayğısı, diqqət nümayiş etdirir. Bu cür səmimi və isti münasibət isə xalq tərəfindən daim yüksək qiymətləndirilir, insanlar hər zaman öz Prezidentinə minnətdarlıqlarını ifadə edirlər”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21

