/ / Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında birgə fəaliyyət planı imzalanıb
Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında birgə fəaliyyət planı imzalanıb
06.07.2019 [10:22]
Əli Əhmədov: İnsanların sağlam yaşaması üçün ekologiyanın, ətraf mühitin qorunması əsas şərtlərdən biridir
Muxtar Babayev: Birgə səylərin göstərilməsi qarşıya qoyulan məqsədlərin uğurla reallaşmasına böyük stimul verir
İyulun 5-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə fəaliyyət planının təqdimetmə mərasimi keçirilib.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ekoloji mahiyyət kəsb edən layihələr həyata keçirib. Partiya tərəfindən ağacəkmə aksiyalarının keçirildiyini deyən Əli Əhmədovun sözlərinə görə, ölkəmizdə yaşıllıqların salınması prosesində YAP üzvləri fəal şəkildə iştirak ediblər.
Dünyada ətraf mühitin qorunmasının qlobal problemə çevrildiyini deyən Baş nazirin müavini bu məsələnin hər zaman aktual olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu gün dünyanın əsas çağırışları sırasında ətraf mühitin mühafizəsi ilə bağlı çağırışlar başlıca yer tutur. İnsanların sağlam yaşaması üçün ekologiyanın, ətraf mühitin qorunması əsas şərtlərdən biridir. O, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində ölkəmizdə ekoloji tarazlığın təmin olunmasının, ətraf mühitin qorunmasının, yaşıllıq zolaqlarının salınmasının və digər ekoloji məsələlərin prioritet olduğunu vurğulayıb. Əli Əhmədov qeyd edib ki, son illərdə paytaxt Bakımızda bu istiqamətlərlə bağlı tədbirlər həyata keçirilib: “Bakının yaşıllıq zolarları artmaqdadır. Gözəl parklar salınıb. Ciddi su mənbələri olan göllər təmizlənib. Bu tədbirlər ən başlıcası insanların sağlamlığı üçün zəruri olan ekologiyanın qorunmasına xidmət edir”.
YAP Sədrinin müavini söyləyib ki, Azərbaycanın regionlarında həyata keçirilən tədbirlər də bu baxımdan önəmlidir: “Ekologiyanın sağlamlaşdırılması üçün bütün dünyanı ciddi düşündürən məsələlər Azərbaycan cəmiyyəti üçün də xarakterikdir. Çünki bu, bəşəriyyətin mövcudluğu ilə bilavasitə əlaqədardır. Qlobal xarakter daşıyan bu problemin həllində bütün dövlətlər yaxından iştirak edir. Bəşəriyyət üçün təhlükə yaradan halların aradan qaldırılması üçün birgə səylərin göstərilməsi müasir dövrümüzün əsas çağırışları sırasındadır. Təbii ki, Azərbaycan da bu proseslərdən kənarda qalmır. Bütövlükdə, 2030-cu ilə qədər dünyanın transformasiyası adı altında Birləşmiş Millətlər Təşkilatının böyük qlobal layihəsi hazırlanıb həyata keçirilir. Bu layihədə qarşıya qoyulan bir sıra məqsədlər, ayrı-ayrı ölkələr üçün mühüm məsələlər, o cümlədən çox böyük qlobal əhəmiyyət kəsb edən ekoloji tarazlığın bərpası məsələsi öz əksini tapıb. 2030-cu ilə qədər bütün dünya dövlətləri, o cümlədən Azərbaycan da bu qlobal layihənin həyata keçirilməsinə dəstək olacaq”.
Əli Əhmədov deyib ki, bu mənada hər bir cəmiyyət öz gələcəyini düşünür: “Bütövlükdə, dünya üçün qlobal problemlərdən biri ekologiyanın qorunmasıdır. Yəqin ki, gələcəkdə bu məsələ daha ciddi şəkildə qarşıya qoyulacaq. Ekologiyanın dəyişməsi ilə bağlı bəşəriyyət çox ciddi narahatlıq keçirir. Bu, digər ölkələr kimi, Azərbaycanı da narahat edir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının qlobal çağırışlara bu şəkildə cavab verməsi təbiidir. Azərbaycan cəmiyyətini narahat edən məsələlərin həllinə imkanlarımız daxilində töhfələr verməyə çalışırıq”.
Əli Əhmədov onu da qeyd edib ki, Yeni Azərbaycan Partiyasının ekoloji mahiyyət kəsb edən layihələrinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər zaman dəstək verib. “Biz bu istiqamətdəki layihələrimizi birgə əməkdaşlıq şəraitində həyata keçirmişik”, - deyən YAP Sədrinin müavini buna nümunə olaraq partiya tərəfindən “700 min ağac əkək” layihəsini xatırladıb. Onun sözlərinə görə, bu layihə çərçivəsində Bakı şəhərində böyük yaşıllaşdırma işləri həyata keçirildi. Eyni zamanda, YAP-ın yerli strukturları bölgələrdə ağacəkmə aksiyaları reallaşdırıblar. Bu layihənin reallaşmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi partiyaya böyük dəstək verib.
“Bu kimi aksiyaların neçə ildən sonra bəhrələrini gördükdə çox məmnun oluruq. Buna görə də hesab etdik ki, bu istiqamətdə həyata keçirdiyimiz tədbirləri davam etdirək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə tədbirlər planı təsdiqləyib uğurlu icrasına nail olaq. Tədbirlərin sistemli şəkildə həyata keçirilməsi qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa əsas verir. Güman edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə həyata keçiriləcək tədbirlər bir tərəfdən ekologiyamıza müsbət təsir göstərəcək, digər tərəfdən bu cəmiyyətə bir mesaj olacaq ki, ətraf mühitin, yaşıllıqların qorunması üçün səylərin göstərilməsi hər kəsin borcudur. Ona görə ki, təmiz havanı hər kəs udur, təmiz suya hər kəsin ehtiyacı var. Tədbirin maarifləndirici rolu da böyükdür. Yeni Azərbaycan Partiyasının missiyasından biri də ondan ibarətdir ki, cəmiyyətə bu mesajı ünvanlamaqla, özü nümunə göstərməklə bütövlükdə hər bir vətəndaşın, cəmiyyətin səfərbər olmasına köməklik göstərmiş olur. Bu təşəbbüs böyük ictimai dəstək əldə edir”.
Əli Əhmədovun fikrincə, Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə fəaliyyət planı qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcək. Onun sözlərinə görə, fəaliyyət planı çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur. YAP Sədrinin müavini qeyd edib ki, hər bir vətəndaş ətraf mühitin qorunmasında iştirak etməlidir. Çünki ekologiyanın təmizliyi həyati əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. M.Babayev bildirib ki, ətraf mühitin qorunması dövlət siyasətinin prioritetlərindən biridir və Prezident İlham Əliyev bu məsələni xüsusi diqqət mərkəzində saxlayır: “Dövlətimizin başçısı İlham Əliyev tərəfindən verilən tapşırıqlar bu sahədə ciddi addımların atılmasını bir tələb kimi qarşıya qoyur. Görülən tədbirlər, eyni zamanda, maarifləndirici xarakter daşıyır. Ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi hər kəsin vətəndaşlıq borcudur”.
M.Babayevin fikrincə, birgə səylərin göstərilməsi, ictimai dəstək qarşıya qoyulan məqsədlərin uğurla reallaşmasına böyük stimul verir. Dünyanın əsas qlobal çağırışlarından olan ekoloji tarazılığın qorunması, ətraf mühitin mühafizəsi kimi məsələlərin həllinə birgə dəstəyimiz əsasında töhfələr vermək faydalıdır. Yeni Azərbaycan Partiyasının böyük potensiala sahib olduğunu deyən nazir qeyd edib ki, müxtəlif ekoloji layihələrin həyata keçirilməsində partiyanın potensialından istifadə olunması yüksək nəticələr verir. Bu baxımdan, Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə fəaliyyət planı böyük əhəmiyyət kəsb edir. M.Babayev birgə fəaliyyət planının uzun müddət davam edəcəyinə ümidvar olduğunu bildirib.
Sonda Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev birgə fəaliyyət planını imzalayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

