Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gürcüstandakı Azərbaycan dilli məktəblərlə bağlı fikirlər həqiqəti əks etdirmir

Gürcüstandakı Azərbaycan dilli məktəblərlə bağlı fikirlər həqiqəti əks etdirmir

05.12.2009 [09:31]

Təhsil naziri Misir Mərdanov bu günlərdə Gürcüstana səfər etdiyini, bu ölkədəki Azərbaycan dilli məktəblərin fəaliyyəti ilə yaxından tanış olduğunu deyib. Onun sözlərinə görə, Gürcüstandakı Azərbaycan dilli məktəblərə qarşı ayrı-seçkiliyin tətbiq edilməsi ilə bağlı fikirlər həqiqəti əks etdirmir: “Həm gürcü, həm də Azərbaycan məktəblərinin maddi texniki bazası eyni səviyyədədir. Eyni problemlər bizdə də var”.
Təhsil naziri gürcü həmkarı ilə apardığı müzakirələrdə bu ölkədəki Azərbaycan dilli məktəblərə direktorların təyin olunması ilə bağlı məsələni də müzakirə etdiklərini deyib: “Gürcüstanın təhsil naziri mənə söz verdi ki, bundan sonra Azərbaycan dilli məktəblərə ancaq Azərbaycan dilini bilən direktorlar təyin ediləcək. Biz Gürcüstanın təhsil nazirini Azərbaycana dəvət etdik. Yəqin ki, gələn ilin əvvəllərində bu səfər reallaşacaq”.

Paylaş:
Baxılıb: 1372 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30