ABŞ Azərbaycanla əməkdaşlığa böyük önəm verir
30.05.2019 [10:11]
ABŞ Prezidenti Donald Trampın son bir neçə gündə Azərbaycan Prezidenti İlham Əliyevə iki təbrik məktubu ünvanlaması ABŞ-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir
Cənubi Qafqaz regionunun lider dövləti olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan dünyada böyük etimad qazanıb və müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara əsaslanan müstəqil, praqmatik və çoxvektorlu xarici siyasət kursuna malik olan ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Başqa sözlə, Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir.
Dünyada böyük etimad qazanan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Ümumiyyətlə, ölkəmiz ilə əməkdaşlıq geosiyasi və geoiqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Bu kontekstdə bir sıra mühüm məqamlar xüsusilə diqqəti cəlb edir. Əvvəla, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal işbirliyinə, beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdəndir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Bütövlükdə, Azərbaycan nəinki yerləşdiyi regionda, həm də Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən geostrateji layihələrin əhəmiyyəti və nəticələri deyilənləri təsdiq edir. Respublikamız hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.
Nəticə etibarilə, ekspertlərin də vurğuladıqları kimi, ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq nüfuzunun davamlı olaraq artması, praqmatik xarici siyasət həyata keçirməsi və digər amillər dünya dövlətlərini respublikamızla əməkdaşlığa cəlb edən mühüm strateji faktorlar sırasında yer alır. Və şübhəsiz ki, hazırda ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilir. Bu kontekstdə qeyd edə bilərik ki, Azərbaycanla münasibətlərin inkişafı ABŞ üçün də xüsusi strateji əhəmiyyətə malikdir.
Azərbaycan ilə ABŞ arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələri əhatə edən tərəfdaşlıq yüksələn xətt üzrə inkişaf edir
Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Trampın son bir neçə gündə Azərbaycan Prezidenti İlham Əliyevə iki təbrik məktubu ünvanlaması ABŞ-Azərbaycan əlaqələrinin yüksək səviyyəsini, Vaşinqtonun Azərbaycana böyük önəm verdiyini aydın göstərir.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Prezident Donald Tramp mayın 24-də 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda ABŞ-Azərbaycan əlaqələrini bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq kimi səciyyələndirib. Siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələri əhatə edən bu tərəfdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanın həyata keçirdiyi qlobal enerji layihələri Avrasiyanın enerji xəritəsini dəyişdirir, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Azərbaycan sülhməramlıları beynəlxalq koalisiyanın tərkibində dünyanın müxtəlif qaynar nöqtələrində sülh və sabitliyin bərqərar olmasında fəal iştirak edirlər. Azərbaycan terrorizm də daxil olmaqla beynəlxalq təhlükəsizliyi təhdid edən hallara qarşı fəal mübarizənin önündə gedən ölkələrdən biridir.
ABŞ Prezidenti Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Prezident İlham Əliyevin liderliyini xüsusi vurğulayır və dəyərləndirir. Bu, bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kursun təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlmədiyini, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlığın və qarşılıqlı etimadın yüksəlməsinə xidmət etdiyini göstərir.
Bunlarla yanaşı, ABŞ Prezidenti ölkəmizdə islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayır. Beləliklə, bir daha görünür ki, ABŞ Azərbaycanda həyata keçirilən islahatlar kursunu yaxından izləyir, onun nəticələrini görür və perspektivini yüksək qiymətləndirir. ABŞ Prezidenti hesab edir ki, bu islahatlar Azərbaycanın rifahına xidmət etdiyi kimi, həm də ölkəmizin beynəlxalq əlaqələrinin daha da yüksəlməsinə töhfə verir. Bunlarla yanaşı, Donald Tramp Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində şəxsi iştirakını və səylərini təqdir edir. ABŞ Prezidenti iki ölkə arasında tərəfdaşlığın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayır.
ABŞ Prezidenti Donald Trampın Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda isə bildirilib ki, Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir. Məktubda daha sonra deyilir: “Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır.
Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir”.
“Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram”, - deyə ABŞ Prezidentinin məktubunda qeyd edilib.
Göründüyü kimi, ABŞ Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir, müxtəlif sahələri əhatə edən çoxşaxəli, səmərəli əlaqələri və güclü tərəfdaşlığı yüksək qiymətləndirir. Ümumiyyətlə, Birləşmiş Ştatların Prezidenti Donald Trampın bəhs olunan məktublarında əks olunan məqamlar ABŞ ilə Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlığın mövcud olduğunu bir daha nümayiş etdirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

