/ / Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
28.05.2019 [09:47]
Müasir mərhələdə Azərbaycan ilə İsrailin qarşılıqlı münasibətləri, o cümlədən Azərbaycan neftinin İsrail dövlətinə böyük həcmdə ixracı, iki ölkə arasında sıx hərbi-texniki əməkdaşlıq məsələləri möhkəm strateji xarakter daşıyır. İki dövlətin münasibətlərində insan amili də mühüm rol oynayır. Xalqlarımız arasında əsrlərboyu yaxşı, səmimi münasibətlər formalaşıb.
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Odlar Diyarında səfərdə olmuş israilli jurnalist Daniel Tsemax İsrailin nüfuzlu İ24 telekanalında İsrail ilə Azərbaycan arasında münasibətlərin indiki səviyyəsi barədə danışıb.
İsrailli jurnalist deyir: “Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev İsrail-Azərbaycan münasibətlərinin səmimi xarakterini vurğulayaraq bizi - israilli jurnalistləri “Şalom ma nişma” sözləri ilə qarşıladı. Həqiqətən bu münasibətlər o dərəcədə səmimi və yaxındır ki müdafiə nazirinin müavini israilli jurnalistləri öz dəftərxanasında qəbul edirdi.
Biz Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə də görüşdük. O dedi: “Mənim fikrimcə, Azərbaycan-İsrail dövlətlərarası münasibətlərini başqa ölkələr üçün yaxşı nümunə hesab etmək olar. İslam dünyasının bir hissəsi olan Azərbaycan bu gün həm İsrail ilə, həm də dünyanın bir sıra başqa ölkələri ilə çox yaxşı, etimada əsaslanan konstruktiv münasibətlər yaradıb”.
D.Tsemax öz süjetində qeyd edir ki, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan sülhsevər ölkədir. Bu ölkənin, eyni zamanda həm qardaş Türkiyə ilə müttəfiqlik münasibətləri, həm İranla, həm də İsrail ilə səmimi dostluq münasibətləri Azərbaycan rəhbərliyinin incə, çoxvektorlu xarici siyasətini təsdiq edir.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənov: “İsrail ilə bizim xüsusi strateji münasibətlərimiz var. Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir. Bizim yüksək səviyyəli siyasi dialoqumuz, sabit iqtisadi əlaqələrimiz var. İsrail ilə hərbi-texniki əməkdaşlıq sayəsində biz İsraildən ən müasir hərbi texnologiyaları alırıq, bu isə bizim hərbi qüdrətimizi möhkəmlətməyə imkan verir”.
Daniel Tsemax qeyd edir ki, Azərbaycan İsraili dünyada özünün dörd mühüm strateji tərəfdaşından biri hesab edir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayıb: “İsrail bizim hərbi sənaye kompleksinin inkişafında fəal iştirak edib. Biz İsrail xalqını və İsrail dövlətini yüksək qiymətləndiririk və onlara hörmət edirik. Biz bütün sahələrdə Azərbaycan-İsrail münasibətlərinin möhkəmləndirilməsi və dərinləşdirilməsi üzərində işi bundan sonra da davam etdirəcəyik”.
Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev jurnalistlərlə söhbətində vurğulayıb ki, Azərbaycanın arsenalında hava hücumundan müdafiə sistemindən başlamış pilotsuz uçuş aparatlarına qədər müasir İsrail silahları var. Bu yaxınlarda Ermənistanla silahlı münaqişədə Azərbaycan həmin silahlardan fəal şəkildə və uğurla istifadə edib.
General Kərim Vəliyev deyib: “Ermənistan ilə münaqişənin həll edilməməsi səbəbindən biz torpaqlarımızı işğaldan azad etməyə hazırlığı davam etdirməyə məcburuq. Doğrudur, qan tökülməsini heç kəs istəmir, lakin Ali Baş Komandan əmr verən kimi biz həmişə torpaqlarımızı azad etməyə hazırıq”.
Qeyd etmək lazımdır ki, sonuncu Aprel döyüşləri zamanı Azərbaycan İsrailin hərbi texnologiyalarından real olaraq və uğurla istifadə edib.
Daniel Tsemax İsrailin nüfuzlu İ24 xəbər telekanalında İsrail-Azərbaycan münasibətlərinə həsr olunmuş süjetin sonunda deyir: “Bu gün Azərbaycan ilə İsrail arasında münasibətlər bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Artıq neçə ildir ki, israilli mütəxəssislər Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, aqrosənaye kompleksi və sənaye sahələrində çalışır, ən yeni texnologiya və avadanlığı tətbiq edirlər. Azərbaycan İsrail üçün çox böyük geostrateji və geosiyasi əhəmiyyət kəsb edir”.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

