Vüqar Rəhimzadə: Bu “qüvvələr” köhnə “üsullarla” ara qatmağa çalışırlar
24.05.2019 [09:45]
Bu gün Azərbaycan beynəlxalq tədbirlərə, qitəmiqyaslı idman yarışlarına ev sahibliyi edir. Təbii ki, bu amil ölkəmizdə mükəmməl infrastrukturun mövcud olması ilə yanaşı, həyata keçirilən uğurlu siyasət, sabitlik, inkişaf və təhlükəsizliklə bağlıdır. Azərbaycanın malik olduğu bu müsbət dəyərlər onu dünyanın diqqət mərkəzində saxlamaqla yanaşı, beynəlxalq birliyin arzulanan bir üzvünə çevirib. Sözsüz ki, uğurlarımıza sevinənlərlə bərabər, gündən-günə yüksələn imicimizi qaralamağa, ləkələməyə çalışan “qüvvələr” də var. Erməni lobbisinin və onların havadarlarının əlində alətə çevrilən bu cür qərəzli dairələr zaman-zaman, fürsət düşdükcə öz çirkin planlarını həyata keçirməyə, anti-Azərbaycan kampaniyası aparmağa cəhd edirlər. Lakin heç vaxt öz istəklərinə çata bilmirlər. Çünki Azərbaycan xalqı və dövləti kifayət qədər tutarlı arqumentlərlə, haqq və həqiqətlərə söykənərək onların cavabını verir və yerində oturdur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə bildirib ki, bu günlərdə Bakıda UEFA Avropa Liqasının final matçının keçiriləcəyi ərəfədə “fəallaşan” bu “qüvvələr” yenə köhnə “üsullarla” ara qatmağa, ürək bulandırmağa çalışırlar: “Söhbət “Amnisty International” təşkilatının UEFA Avropa Liqasının final matçının məhz Bakıda keçirilməsini pisləməsindən gedir. Hamıya bəllidir ki, “Amnisty International” bəzi xarici dairələrin əlində sadəcə alət rolunu oynayır, lazım gəldikdə bu üzdəniraq qurumdan “demokratiya”, “insan hüquq və azadlıqları” adı altında bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Nə üçün bu təşkilat Avropada baş verən haqsızlıqlara göz yumur, Azərbaycana və bəzi ölkələrə qarşı isə qərəzli, çirkin kampaniya aparır?! Ona görə də sifariş yerinə yetirən, korrupsiyalaşmış “Amnisty International” adlı qurumun demokratiyadan danışmağa haqqı yoxdur”.
İdmanın bu şəkildə siyasiləşdirilməsinin yolverilməz olduğunu bildirən “İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu cür “cəhdlərin” qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27

