Yoakim Bröyer: Azərbaycan sosial təminat sahəsində ciddi uğurlara imza atıb
16.05.2019 [09:40]
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov mayın 15-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş Nazir Novruz Məmmədov Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumunun əhəmiyyətindən danışaraq bu tədbirin Azərbaycan üçün də mühüm önəm kəsb etdiyini diqqətə çatdırıb. “Hesab edirəm ki, Forumda aparılan müzakirələr Azərbaycanda bu istiqamətdə görülən işlərə öz töhfəsini verəcək”, - deyə Novruz Məmmədov vurğulayıb.
Azərbaycanın Beynəlxalq Sosial Təminat Assosiasiyasının fəaliyyətində yaxından iştirak etdiyini qeyd edən Baş Nazir ölkəmizdə sosial sahədə görülən işlər barədə qonağa məlumat verib. Bildirib ki, Azərbaycan Hökuməti fəaliyyətində sosial məsələlərə hər zaman diqqətlə yanaşır. Həmçinin ölkəmizdə dövlət büdcəsi formalaşdırılarkən onun sosialyönümlü olmasına xüsusi diqqət ayrılır.
Prezident İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə, o cümlədən sosial sahədə reallaşdırılan islahatlardan, atılan addımlardan bəhs edən Novruz Məmmədov bildirib ki, Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaradılması müxtəlif sosial xidmətlərin vətəndaşlara tam şəffaf və operativ şəkildə, yüksək keyfiyyətlə təqdim olunmasını təmin edir.
Yoakim Bröyer Forumun təşkilinə göstərilən dəstəyə, qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, Azərbaycanda sosial sahədə aparılan islahatları yüksək qiymətləndirərək, bu istiqamətdə görülən işlərin möhkəm siyasi iradə sayəsində mümkün olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan sosial təminat sahəsində ciddi uğurlara imza atıb, ölkədə bu istiqamətdə vacib islahatların reallaşdırılması üçün əməli işlər görülür. “DOST” mərkəzində olduğunu, oradan çox müsbət təəssüratlarla ayrıldığını bildirən Yoakim Bröyer Azərbaycanın bu layihəsinin dünya miqyasında uğurlu yenilik olduğunu diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27

