/ / Hikmət Babaoğlu: Xaricdəki bəzi qərəzli dairələr Azərbaycanın dünyada nüfuzunun artmasını qəbul edə bilmirlər
Hikmət Babaoğlu: Xaricdəki bəzi qərəzli dairələr Azərbaycanın dünyada nüfuzunun artmasını qəbul edə bilmirlər
14.05.2019 [09:33]
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürməklə beynəlxalq ictimaiyyətə UEFA Avropa Liqasının finalı kimi mühüm yarışın Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. İlk növbədə, bu, obyektiv deyil və Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərin ruhuna yaraşmır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu söyləyib.
Deputat qeyd edib ki, Qərb də daxil olmaqla, bütün dünya ölkələri ilə müqayisədə Azərbaycan kriminal vəziyyətə görə ən sabit ölkələrdən biridir. “Mən düşünürəm ki, bu məsələdə siyasi köklərə enmək lazımdır. Anti-Azərbaycan qüvvələrin dəstxəti burada aydın şəkildə görünür. Azərbaycanda həmişə mühüm beynəlxalq tədbirlər keçirilən zaman və yaxud belə tədbirlər ərəfəsində bu və ya digər qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayırlar”, - deyə Hikmət Babaoğlu bildirib. O vurğulayıb ki, bu cür kampaniyalar qərəzlidir və heç bir əsası yoxdur. Məsələn, London və Bakıda baş verən kriminal hadisələri rəsmi statistikaya əsaslanaraq müqayisə etməyə çalışsaq, görəcəyik ki, vəziyyət heç də Britaniya XİN-in bəyanatında olduğu kimi deyil, tam əksinədir. Bu ölkənin paytaxtında baş verən cinayətlər hər min nəfərə düşən rəqəmlərə görə Bakıdan ən azı on dəfə çoxdur. Belə olduqda rəsmi Londonun Bakını ittiham etməyə nə mənəvi, nə də hüquqi haqqı çatır.
Hikmət Babaoğlu London Polisinin rəsmi saytına istinadən bildirib ki, Londonda 2017-ci ildə 824 min 704 cinayət faktı qeydə alınıb ki, onların da 225 min 247-si oğurluqla bağlı cinayətlərdir. Bakıda isə bu göstərici 7898 təşkil edir. Bununla yanaşı, Londonda 175 min 348 dələduzluq, 103 min 918 yol-nəqliyyat hadisəsi faktı qeydə alınıb. Bakıda isə həmin ildə 3856 dələduzluq, 1753 yol-nəqliyyat hadisəsi cinayəti baş verib. Bu halda Böyük Britaniya Xarici İşlər Nazirliyi hansı əsasla Azərbaycanı kriminal və dələduzluq hadisələrinin çox olması ilə ittiham edə bilər?
Ölkəmizə gələn turistlərin qarşılaşdıqları kriminal vəziyyətlərlə bağlı statistika aparılmasına dair təklif irəli sürən deputat həmin göstəricilərin çox aşağı olacağını söyləyib. “Statistikadan da gördüyümüz kimi, bizdə kriminal halların sayı 10 dəfə azdır. Heç şübhəsiz ki, idman yarışlarına gələn azarkeşlərin təhlükəsizliyi və sabitliyi tam şəkildə qorunacaq. Biz bilirik ki, davranışlarına görə ən mədəni azarkeşlər sırasında Azərbaycan azarkeşləri yer alır. Lakin ən aqressiv azarkeşlər dedikdə ağıla ilk olaraq ingilis azarkeşləri gəlir. Britaniyalıların özləri də bunu yaxşı bilirlər. Dəfələrlə bir çox kütləvi yarışlarda onların aqressivliklərinin şahidi olmuşuq. Göründüyü kimi, ayrı-ayrı dairələrin irəli sürdüyü iddialar əsassızdır və qərəzlidir. Azərbaycan dünyanın ən multikultural cəmiyyətlərindən biridir. Bu gün Avropa multikulturalizmdən imtina etdiyi bir vaxtda Azərbaycan bu dəyərləri yenidən təbliğ edərək Avropaya qaytarır. Nəticədə Avropa da bundan bəhrələnməyə çalışır. Məsələnin hüquqi kontekstdə qiymətləndirilməsinə gəldikdə isə burada da heç bir problem yoxdur. “Arsenal” klubunun oyunçusu erməni əsilli Henrix Mxitaryanın Azərbaycana gəlməsində heç bir problem yoxdur və ən yüksək səviyyədə təhlükəsizliyin təmin olunması ilə bağlı bəyanat da verilib. Çünki o, Azərbaycana idmançı kimi gəlir. Göründüyü kimi, burada da hər hansı məhdudlaşdırmadan söhbət gedə bilməz. O cümlədən hazırda AZAL-ın təklif etdiyi qiymətlər mövcud beynəlxalq qiymətlərdən daha aşağıdır. İddia olunduğu kimi, burada maddi baxımdan hüquqların məhdudlaşdırılmasından söhbət belə gedə bilməz”, - deyə Hikmət Babaoğlu bildirib.
Deputat deyib: “Bütün bunlar sübut edir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasını, onun yüksəksəviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsini qəbul edə bilmirlər. Bu bəyanat korrektə olunmalıdır ki, Böyük Britaniya və Azərbaycan arasındakı dostluğa xələl gətirməsin. Ümid edirik ki, bizim tərəfdaşlarımız da, dost ölkələr də növbəti belə məqamlarda daha diqqətli olacaqlar”.
Xəbər lenti
Hamısına baxSosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19

