Vüqar Rəhimzadə: Qərbin bəzi dairələrinin bu “ənənəsi” bizə yaxşı tanışdır
14.05.2019 [09:27]
Sabitlik, təhlükəsizlik və inkişaf bugünkü Azərbaycanın reallıqlarını əks etdirən əsas amillərdəndir. Təbii ki, biz bu sözləri öz-özümüzə demirik. Bu göstəricilər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında, ayrı-ayrı xarici siyasətçilərin, ictimai xadimlərin dilindən səslənir, bəyan edilir. Bəli, bu gün ölkəmiz öz ictimai-siyasi sabitliyi, daxili təhlükəsizliyi və dinamik inkişafı ilə dünyaya nümunə göstərilir. Sözsüz ki, sabitlik və təhlükəsizlik olmadan hansısa inkişafdan danışmaq mümkün deyil. Azərbaycandakı sabitlik və təhlükəsizlik beynəlxalq birlik üçün də cəlbedicidir. Təsadüfi deyil ki, son illərdə ölkəmiz “Avroviziya” mahnı müsabiqəsinə, birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Formula 1 üzrə Azərbaycan Qran-Prisinə və s. bu kimi mühüm tədbirlərə ev sahibliyi edib və bu işin öhdəsindən layiqincə gəlib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə bildirib ki, mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu mühüm idman hadisəsi olmaqla yanaşı, ölkəmizə olan inam və etimadın göstəricisidir: “Qeyd etdiyimiz kimi, ölkəmizin mühüm beynəlxalq, xüsusilə idman tədbirlərinin keçirilməsi ilə bağlı zəngin təcrübəsi var. Çox təəssüf ki, bu əlamətdar hadisə ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyi Azərbaycana aid səyahət “tövsiyələri” yayıb və digər qərəzli dairələr çirkin kampaniya aparırlar. Biz istər birinci Avropa Oyunları, istər IV İslam Həmrəyliyi Oyunları, istərsə də Formula 1 üzrə Azərbaycan Qran-Prisi zamanı anti-Azərbaycan dairələrin bu cür qərəzli, nadürüst təbliğatlarının şahidi olmuşuq. Bu mənada, Qərbin bəzi dairələrinin bu “ənənəsi” bizə yaxşı tanışdır. Ancaq Azərbaycan xalqı və hökuməti bu cür hadisələr zamanı hər zaman öz haqlı mövqeyini bildirib və belə qərəzli ünsürləri yerində oturtmağı bacarıb”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, anti-Azərbaycan dairələrin ölkəmizə qarşı irəli sürdüyü iddiaların heç bir əsası yoxdur: “Guya ölkəmizdə qanunun aliliyi, insan hüquq və azadlıqları yüksək səviyyədə təmin edilmir, viza rejimi ilə bağlı problemlər var, “Arsenal” futbol klubunun erməni əsilli oyunçusu Henrix Mxitaryanın ölkəmizə gəlməsi ilə bağlı narahatlıqlar var və s. Bu kimi yersiz və məntiqsiz iddialar cəfəngiyatdan başqa bir şey deyil. Azərbaycanda qanunun aliliyi, insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin edilir. Bu, reallıqdır. Artıq uzun müddətdir ki, xarici turistlərin ölkəmizə rahat gəlib-getmələri üçün “ASAN Viza” sistemi tətbiq edilir. O ki qaldı, erməni əsilli oyunçuya, Azərbaycana müxtəlif vaxtlarda, beynəlxalq idman yarışları çərçivəsində erməni idmançılar gəlib və onların təhlükəsizliyi ən yüksək səviyyədə qorunub. Göründüyü kimi, bu kimi qərəzli iddiaların heç bir əsası yoxdur”.
Vüqar Rəhimzadə əlavə edib ki, Azərbaycanı sabitlik və təhlükəsizliyin olmamasında ittiham etməyə çalışan dairələr dönüb özlərinə baxsalar daha yaxşı olar: “Biz zaman-zaman Avropada terror hadisələrinin, qanlı toqquşmaların baş verdiyini müşahidə edirik. Futbol oyunlarında isə ingilis azarkeşlər dünyada öz “şıltaqlıqları” ilə tanınırlar. Bütün bunlara baxmayaraq, ölkəmiz UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa ciddi şəkildə hazırlaşır. Hesab edirəm ki, bu mühüm idman yarışı yüksək səviyyədə baş tutacaq və beynəlxalq arenada ölkəmizin imicini ləkələməyə çalışan anti-Azərbaycan dairələr həmişə olduğu kimi, bu dəfə də öz çirkin niyyətlərinə çata bilməyəcəklər”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

