/ / Elmar Məmmədyarov: Lavrovla görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məsələsini də müzakirə etdik
Elmar Məmmədyarov: Lavrovla görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məsələsini də müzakirə etdik
06.04.2019 [09:14]
Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən növbəti iclası çərçivəsində ikitərəfli görüş keçiriblər.
AZƏRTAC xəbər verir ki, görüşdən sonra Elmar Məmmədyarov jurnalistlərə bildirib ki, tərəflər təkcə ikitərəfli münasibətlərin gündəliyini deyil, həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə ediblər. “Ən yaxın günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüşü keçiriləcək. Düşünürəm ki, Sergey Lavrov da görüşdə iştirak edəcək. Ehtimal ki, görüş Moskvada keçiriləcək”, - deyə nazir bildirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesindən danışan nazir bildirib ki, ümumilikdə, Vyana görüşü çətinliklə olsa da təmas nöqtələrinin sezildiyini göstərdi: “Təbii ki, heç kim münaqişənin tezliklə nizama salınacağını gözləmir. Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşündən üç saat sonra Ermənistanın müdafiə naziri yeni müharibə, yeni ərazilər barədə bir bəyanat verdi. Düşünürəm ki, bu, daxili auditoriya üçün nəzərdə tutulmuşdu. Mən erməni tərəfinə hər zaman sual verirəm ki, 30 illik münaqişə dövründə Ermənistan vətəndaşları nə əldə ediblər? Ermənistanda yoxsulluğun səviyyəsi 40 faizdən çoxdur, demoqrafik vəziyyət çox kəskin səviyyəyə çatıb. Azərbaycan tərəfi dəfələrlə deyib ki, ermənilər mütləq qonşuları ilə normal, mehriban qonşuluq əlaqələri qurmalıdır. Onlar, nə qədər gülməli olsa da, mütəmadi olaraq deyirlər ki, diaspor bizə kömək edəcək. Amerika vətəndaşlığından imtina edib arvadı və iki oğlu ilə 1990-cı illərdə Ermənistana gələn Vardan Oskanyandan başqa diaspordan indiyədək Ermənistana kim köçüb? Deməli, etibar etmirlər”.
Nazir qeyd edib ki, nizamasalma mürəkkəb prosesdir: “Əhalini sülhə hazırlamaq lazımdır. Onlar deyirlər ki, sülh əvəzinə ərazilərin qaytarılması Ermənistan üçün mümkün deyil. Yaxşı, qoy onda rifah əvəzinə sülh olsun. Ermənistan Azərbaycanla 30 illik müharibə dövründə nə əldə edib? Onlar bizdən soruşur: “Bəs siz nə əldə etmisiniz”. Mən cavab verirəm ki, iqtisadiyyatımız inkişaf edib, dəmir yolları, avtomobil yolları salınıb, neft kəmərləri çəkilib. Mən Azərbaycanın regionda iqtisadi liderliyini sübut edən hələ çox nümunə gətirə bilərəm. Ermənilər, ilk növbədə, əhalini inandırmalıdırlar. Çünki bu, gələcəkdir. Onlar deyirlər ki, Qarabağdakılar çətin insanlardır. Ancaq bu, bizim problemimiz deyil. Siz izah etməlisiniz ki, Azərbaycanla münasibətləri nizama salmasa, Ermənistanın gələcəyi yoxdur”.
E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan öz tərəfindən sülhə hazırlıq üçün tədbirlər görür. “Biz Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri barədə danışıqlar aparırıq. Sergey Lavrov ilə görüşdə də bu barədə danışdıq. Bunu hansı formada edəcəyimiz barədə müzakirə apardıq”.
Humanitar addımlardan danışan nazir deyib: “Nə üçün Ermənistanda əsirlikdə olan Şahbaz Quliyev və Dilqəm Əsgərovun qohumları gəlib onlarla görüşə bilmirlər? Nə üçün onlar qəbiristanlığa gedə bilməzlər? Onlar da bizə Karapetyanla bağlı sual verirlər. Odur ki, biz insanların ünsiyyəti üçün şərait yaratmalıyıq. İnsanlar nə qədər ünsiyyətdə olsalar, o qədər yaxşıdır. Başqa variant yoxdur. Başqa variant müharibədir”.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18

