Aprel döyüşləri Azərbaycan tarixinin şanlı səhifəsidir
04.04.2019 [09:45]
Ekspertlərin fikrincə, 2016-cı ilin aprel ayında əldə etdiyimiz qələbə göstərdi ki, Azərbaycan Ordusu istənilən anda istənilən vəzifəni icra edə bilər
2016-cı ilin Aprel döyüşləri Azərbaycanın tarixinə yazılmış şanlı zəfərlərdən biridir. Xatırladaq ki, 1993-cü ilin dekabrından sonra Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi ən mühüm qələbələrdən biri sayılan Aprel döyüşləri zamanı Azərbaycan Ordusu erməni təxribatlarına layiqli şəkildə cavab verərək işğalçıların nəzarətində olan ərazilərimizin bir hissəsini azad etdi. Prezident, Ali Baş Komandan İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində çıxışı zamanı bildirib ki, Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Ölkə Prezidenti deyib ki, bu döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu: “Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır”.
Öz növbəsində məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Nəsirli qeyd edib ki, Azərbaycan Ordusu 2016-cı il aprelin 2-5-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi avantürasının qarşısını əks-həmlə ilə aldı və düşmənə sarsıdıcı zərbələr endirdi. Dördgünlük hərbi əməliyyatlarda qoşunlarımız mövqe üstünlüyünü təmin etdi. Millət vəkilinin sözlərinə görə, Ermənistanın Azərbaycanla dövlət sərhədində və qoşunların təmas xəttində törətdiyi növbəti hərbi insident Azərbaycan Ordusunun qüdrətini və sarsılmaz döyüş ruhunu, erməni ordusunun isə acizliyini və zəifliyini nümayiş etdirdi: “İşğalçı Ermənistanın aprel hərbi təxribatı və ona Azərbaycan Ordusunun verdiyi layiqli cavab bir sıra nəticələrə gəlməyə əsas verir. Çoxsaylı nəticələr sırasında üçü üzərində xüsusi olaraq dayanmaq olar. Belə ki, Ermənistan ordusunun guya kifayət qədər güclü olması, ən müasir silahlarla təchizatı və əsgər-zabit heyətinin yüksək döyüş ruhuna malik olması ilə bağlı erməni təbliğat maşınının illərlə formalaşdırdığı mif sabun köpüyü kimi dağıldı. Ermənistan ordusunun keçən əsrin 80-ci illərinin silahlarından istifadə etdiyi həqiqəti bəlli oldu. İkinci əsas nəticə isə odur ki, beynəlxalq birliyin subyektlərinin mütləq əksəriyyəti, o cümlədən böyük dövlətlər və beynəlxalq təşkilatlar növbəti dəfə Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün həmsədr ölkələr - ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Həmsədr ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həllinə dair bəyanatlar verdilər. Hətta iş o yerə gəlib çatdı ki, Ermənistanın Xarici İşlər Nazirliyi beynəlxalq qınaq obyektinə çevriləcəyi perspektivindən ehtiyatlanaraq bu istiqamətdə yaranmış vəziyyətin geniş təhlilə ehtiyacı olduğunu vurğuladı və məlum istiqamətdə fəaliyyətin yenidən qurulmasının vacibliyini qeyd etdi”.
E.Nəsirli bildirib ki, digər bir nəticə 1994-cü ildən bəri davam edən nisbi atəşkəs dövründə ilk dəfə olaraq Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbə endirməsi oldu. Onun sözlərinə görə, son 15 il ərzində Azərbaycanın hərbi arsenalı ən müasir silahlarla təmin edilib, ölkə büdcəsində hərbi xərclər birinci mövqedədir: “Ordumuzun hərbi-vətənpərvərlik ruhu özünün pik nöqtəsindədir. Bütün qoşun növləri arasında nadir əlaqələndirmə mövcuddur. Ən başlıcası isə, hakimiyyət və xalq arasında monolit birlik var. Xalq Prezidentini dəstəkləyir, Prezident isə xalqın mənafeyini hər şeydən üstün tutur. Məhz bu reallıq ölkəmizdə siyasi sabitliyin formalaşmasını təmin edən başlıca amilə çevrilib. Bütün bunlar Ermənistanda yoxdur. Məhz Aprel döyüşlərinin bilavasitə nəticəsi olaraq Ermənistan dövlətinin onsuz da zəif olan dayaqları sarsılmış oldu. Bu reallıqlar Ermənistanın yeni rəhbərliyi üçün ibrət dərsi olmalıdır. Əks halda, Ermənistanı hərbi cəbhədə labüd biabırçı məğlubiyyət gözləyir. Çünki hər keçən zaman işğalçı ölkənin əleyhinə işləməkdədir”.
Milli Məclisin üzvü Elman Məmmədov da 2016-cı ilin Aprel döyüşlərinin Azərbaycan Ordusunun qüdrətinin, gücünün real nümayişi olduğunu deyib. Onun sözlərinə görə, bu döyüşlər istər işğalçı Ermənistana, istərsə də erməniləri dəstəkləyən bir sıra qüvvələrə cavab oldu: “Azərbaycan dövləti, ölkə Prezidenti hər zaman Ordumuzun işğal altındakı torpaqlarımızı azad etmək qüdrətində olduğunu bildirir. Və Aprel döyüşləri bu tezislərin arxasında real qüvvənin dayandığını nümayiş etdirdi. O cümlədən Aprel döyüşləri Ermənistan təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında yalan təbliğatı darmadağın etdi, bu kimi iddiaların heç bir əsasının olmadığını göstərdi. Bir sözlə, Aprel döyüşləri düşmənə və onun havadarlarına bir mesaj oldu ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək”.
Elman Məmmədov onu da qeyd edib ki, Aprel döyüşləri eyni zamanda bir daha Azərbaycanın işğal faktı, mövcud status-kvo ilə barışmadığını, Ermənistanın təxribatlarına dözmək niyyətində olmadığını və düşmənə layiqli cavab vermək əzmində olduğunu göstərdi. Eləcə də beynəlxalq aləm bir daha əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir: “Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini, xalq ilə ordu arasında birliyi nümayiş etdirdi. Bütün dünya Azərbaycan xalqında əhval-ruhiyyənin, vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu bir daha gördü. Ermənistanda isə bu döyüşlərdən sonra gərginlik artdı, xalqla hakimiyyət arasında uçurum daha da dərinləşdi, nəticədə hakimiyyətdə olanlar devrildi”.
E.Məmmədov deyib ki, Aprel döyüşlərinin nəticəsi olaraq Azərbaycan bir çox sahələrdə, eləcə də hərbi və psixoloji cəhətdən üstünlük əldə etdi.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19

