Hikmət Babaoğlu: Prezident İlham Əliyevin Sərəncamı gənclərə qayğının növbəti təzahürüdür
16.02.2019 [10:20]
Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncam ölkənin gəncliyinə qayğının növbəti təzahürü kimi qiymətləndirilməlidir. Doğrudur, bu, ilk növbədə tələbələrin və elmlə məşğul olmaq istəyən gənclərin sosial müdafiəsinin daha da gücləndirilməsi kimi başa düşülür və əlbəttə, kifayət qədər düzgün məntiqə əsaslanır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, məsələnin mahiyyəti şübhəsiz ki, yalnız bununla məhdudlaşmır. Hazırda dünya yeni, dördüncü sənaye inqilabı ərəfəsindədir və xalqların intellektual müstəvidə mübarizəsi keyfiyyətcə yeni və daha ciddi mərhələyə qədəm qoyur. Gələcəyin inkişaf etmiş və dünyada söz sahibi olan xalqları da elə bu mübarizədə qalib gələn cəmiyyətlər olacaq. Ona görə də bu mühüm tarixi prosesdən geri qalmamaq üçün Azərbaycan gəncliyi öz intellektual potensialını daim səfərbər etməli, milli inkişafımızın gələcəyinin təmin olunması üçün çalışmalıdır.
Milli Məclisin deputatı bildirib ki, bu mənada təqaüdlərin verilməsi ölkəmizdə elmin inkişafını motivasiya etməklə Azərbaycan elmi qarşısında yeni üfüqlər açacaq. Məsələ ondadır ki, bu prosesdə davamlı və fasiləsiz təhsil mühüm əhəmiyyət kəsb edir. Bir müddət əvvəl magistrlərin hərbi xidmətdən azad edilməsi haqqında qanun qəbul olundu, daha sonra alimlərin mənzil-məişət problemlərinin həlli istiqamətində addımlar atıldı, təhsilin bütün pillələrində yeni metodologiyaya əsaslanan islahatlara start verildi və nəhayət, təqaüdlərin verilməsi ilə bağlı mühüm Sərəncam imzalandı.
Göründüyü kimi, bu addımların biri-birinin tamamlayan və bu sahədə ardıcıllığı təmin edən kompleks xarakterli tədbirlər olduğunu deyən Hikmət Babaoğlu əlavə edib ki, hədəf Azərbaycanda elmin inkişafını təmin etməkdir: “Ümid edirik ki, qəbul olunan bu strateji qərarlar elm sahəsində inkişafı təmin etməklə yanaşı, həmçinin intellektual əmək sahəsində məhsuldarlığın artmasına gətirib çıxaracaq”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27

