Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Edqars Rinkeviçs: Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır

Edqars Rinkeviçs: Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır

25.01.2019 [09:52]

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Latviya xarici işlər naziri Edqars Rinkeviçs iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçiriblər.
Azərbaycanın Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov məktubda Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı Edqars Rinkeviçsi təbrik edib, dost Latviya xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayıb. Məktubda Elmar Məmmədyarov Azərbaycan-Latviya münasibətlərinin dərin tarixi köklərə malik olduğunu qeyd edib, hər iki dövlət müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib.
Latviya xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycanın Latviya üçün mühüm tərəfdaş olduğunu vurğulayıb. O, ötən 25 il ərzində siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində konkret nəticələr görməkdən böyük məmnunluq duyduğunu və iki ölkə arasında əməkdaşlığın gələcək illərdə daha da möhkəmlənəcəyindən əmin olduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlər 1994-cü il yanvarın 11-də qurulub.

Paylaş:
Baxılıb: 698 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30