/ / Sədaqət Vəliyeva: Böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır
Sədaqət Vəliyeva: Böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır
24.01.2019 [09:50]
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin dünyanın böyük transmilli enerji şirkətlərini Azərbaycanın neft-qaz sektoruna sərmayə yatırmasına inandırmasından sonra ölkəmizdə yeni dövrün başlanğıcı qoyuldu. 1994-cü ildə Britaniyanın, ABŞ-ın, Avropa ölkələrinin və digər dövlətlərin iri enerji şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkəmizin iqtisadiyyatının lokomotivi hesab edilən neft-qaz sektorunda sıçrayışlı inkişaf dövrü başlandı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, ötən müddət ərzində BP və başqa transmilli enerji şirkətləri Azərbaycanda səmərəli fəaliyyət göstərib, ölkə iqtisadiyyatına sərmayələr yatırıblar. Əlbəttə ki, böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması, ilk növbədə, ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır. İkincisi, dünyanın ən aparıcı enerji şirkətləri ilə həm Ulu öndər Heydər Əliyevin, həm də Ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan dövlətinin və xalqının milli maraqlarından çıxış edərək ölkəmizin perspektiv inkişafına hesablanmış səmərəli əməkdaşlıq əlaqələri qurulub. Heç kəs təsəvvür belə edə bilməzdi ki, zaman gələcək, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq. Təsadüfi deyildir ki, bu gün Azərbaycan BTC, BTƏ, TANAP, TAP kimi transmilli layihələrlə bir çox dövlətlərin və regionların qarşılıqlı səmərəli əməkdaşlığını təmin edir, eyni zamanda, təhlükəsizliyin də qorunmasına və möhkəmlənməsinə öz töhfəsini verir.
Azərbaycanın dünyada böyük inam və etibar qazanmış tərəfdaş statusuna malik ölkə olduğunu deyən deputat əlavə edib ki, Davosda Prezident İlham Əliyevlə onlarla şirkətin rəhbərlərinin görüş keçirməsi ölkəmizdəki sabitliyin, təhlükəsizliyin və sərmayə yatırmaq üçün münbit şəraitin olması ilə birbaşa bağlıdır. Bu gün Azərbaycan iqtisadiyyatına təxminən 250 milyard dollar sərmayə yatırılıb. Düşünürəm ki, perspektivdə həm enerji, həm də digər sektorlarda Azərbaycana investisiya yatırmaq istəyən şirkətlərin sayı daha çox olacaq və bu rəqəm dəfələrlə artacaq.
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 23:18
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02

