/ / Zimbabve Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir
Zimbabve Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir
22.01.2019 [10:08]
Zimbabve də daxil olmaqla, əksər Afrika ölkələrində Azərbaycanın BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində əldə etdiyi nailiyyətlər uğurlu təcrübə kimi nəzərdən keçirilir
Xəbər verildiyi kimi, bu günlərdə Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva Azərbaycanda işgüzar səfərdə olub. Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva ilə görüşü baş tutub. Görüşdə ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilib, o cümlədən ticarət münasibətlərinin genişləndirilməsi üçün imkanlar, həmçinin siyası sahədə qarşılıqlı fəaliyyətə aid məsələlər nəzərdən keçirilib. Görüşdə Prezident İlham Əliyev Zimbabve Prezidentinin Azərbaycana səfərinin tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacağına əminliyini bildirib. Səfərin önəmindən bəhs edən Azərbaycanın dövlət başçısı deyib: “Bu, Zimbabve Prezidentinin Azərbaycana ilk səfəridir, odur ki, bu, tarixi səfərdir”.
Zimbabve Prezidentinin respublikamıza səfəri bir sıra nöqteyi-nəzərdən diqqəti cəlb edir
Məlum olduğu kimi, müstəqil Azərbaycan intensiv və çoxvektorlu xarici siyasət kursuna malikdir. Milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursu həyata keçirən respublikamız işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə, Avropa İttifaqına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eləcə də müxtəlif beynəlxalq təşkilatlarla münasibətlərini qarşılıqlı faydalılıq və hörmət prinsipi əsasında dərinləşdirməyə çalışır. Eyni zamanda, Azərbaycanın ardıcıllığı ilə fərqlənən xarici siyasətində daim xoş məram ortaya qoyması, əməkdaşlığın əhatə dairəsinin genişlənməsi üçün öz imkanlarını təqdim etməsi respublikamızın beynəlxalq miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.
O cümlədən Zimbabve Prezidentinin Azərbaycana səfəri bir sıra nöqteyi-nəzərdən diqqəti cəlb edir. Sirr deyil ki, respublikamızın nümunəvi inkişaf modeli bütün dünyada böyük maraqla izlənilir. Ayrı-ayrı ölkələr özlərinin uğurlu inkişafını təmin etmək üçün Azərbaycanın təcrübəsinin öyrənilməsinə böyük diqqət göstərirlər. Zimbabve Prezidentinin bəhs olunan səfəri də bir daha onu göstərir ki, respublikamızın hər cəhətdən müsbət reallıqları dünyanın diqqət mərkəzindədir və respublikamızla əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Zimbabve Prezidenti Emmerson Mnanqaqva xarici səfəri çərçivəsində MDB ölkələri sırasında məhz Azərbaycan, Rusiya, Belarus və Qazaxıstanı seçib ki, bu da təsadüfi deyil. Bu ölkələr MDB məkanında ən yüksək inkişaf göstəricilərinə malikdirlər. Zimbabve tərəfi bu amili nəzərə alaraq təcrübə mübadiləsinin aparılması, yeni iqtisadi və ticarət əməkdaşlığı imkanlarının araşdırılması və sərmayələr üçün bu ölkələri seçib. Səfərdən öncə Zimbabve Prezidentinin mətbuat katibi açıqlama ilə çıxış edərək bildirmişdi ki, Azərbaycan və Qazaxıstan enerji resursları ilə zəngin, ən sürətlə inkişaf edən ölkələr sırasında yer alır. Bu ölkələr həmçinin mədən, enerji və turizm baxımdan da maraq kəsb edir.
Məlum olduğu kimi, Zimbabve təbii resurslarla, o cümlədən 60-dan artıq mineral növləri ilə zəngin olsa da, inkişaf baxımdan bir sıra ciddi problemlərlə üzləşib. Müstəmləkə siyasəti, xarici asılılıq, daxili işlərə müdaxilə edilməsi və siyasi təzyiqlərin göstərilməsi Zimbabvenin sosial-iqtisadi problemlərinin daha da dərinləşməsinə öz təsirini göstərib. Bu baxımdan Zimbabve tərəfi Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, milli maraqlar əsasında müstəqil siyasət yürütməsinə, struktur xarakterli, həmçinin iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir. Prezident İlham Əliyev Zimbabvenin Prezidentinin Azərbaycana səfərini bu ölkənin respublikamıza verdiyi önəmin ifadəsi kimi dəyərləndirərək vurğulayıb: “Çox şadam ki, Azərbaycan da Sizin səfər etdiyiniz ölkələrdən biridir. Bu, Sizin ölkəmizə və münasibətlərimizə verdiyiniz önəmin göstəricisidir. Biz də öz növbəmizdə, ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyirik. Əlbəttə ki, Sizin səfəriniz də bu münasibətlərin inkişafı üçün məsələlərin müzakirəsi baxımından çox əla imkandır”.
Ümumiyyətlə, son vaxtlar bir sıra digər ölkələr kimi, Zimbabvenin də respublikamıza böyük maraq göstərməsini şərtləndirən çoxlu sayda amillər sadalamaq mümkündür. Azərbaycanın mədən sənayesini effektiv şəkildə idarə etməsi, neft-qaz sektorundan qazanılan gəlirlərin şəffaflığının təmin olunması və iqtisadiyyatın digər sektorlarına düşünülmüş şəkildə investisiyaların qoyulması, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun, nəqliyyat infrastrukturunun və kənd təsərrüfatının inkişafı, 100 faiz savadlılığa nail olunması və digər sahələrdə olan nailiyyətlərimiz maraqlı nümunə kimi qəbul olunur. Bu xüsusda, Zimbabve də daxil olmaqla, əksər Afrika ölkələrində Azərbaycanın BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirməsi sahəsində əldə etdiyi nailiyyətlər uğurlu təcrübə kimi nəzərdən keçirilir.
Azərbaycan Qoşulmama Hərəkatı ilə əməkdaşlığa böyük önəm verir
Yuxarıda da vurğuladığımız kimi, Azərbaycan beynəlxalq münasibətlərdə xoş məramla çıxış edir, davamlı inkişafa töhfə verir və öz uğurlu idarəçilik təcrübəsini inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrlə bölüşməyə hazırdır. Etibarlı, ləyaqətli və beynəlxalq münasibətlərin məsuliyyətli üzvü olan Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, 1960-1990-cı illərdə Afrika ölkələrindən olan 7000-8000 tələbə Azərbaycanda təhsil alıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin, o cümlədən Afrika ölkələrinin vətəndaşlarının Azərbaycanda təhsil almaları üçün təqaüdlər ayrılıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi Afrika ölkələrində davamlı inkişafa xidmət edən layihələr həyata keçirib.
Eyni zamanda, Azərbaycan Zimbabvenin fəal üzvü olduğu Qoşulmama Hərəkatı ilə əməkdaşlığa böyük önəm verir. Qeyd edək ki, BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Azərbaycan əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan və qlobal miqyasda aktuallığı getdikcə artan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Respublikamız Qoşulmama Hərəkatının məqsəd və məramlarının təbliğ və təşviq olunmasına özünün sanballı töhfələrini verir. 2018-ci ilin aprelində Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlərinin böyük konfransı keçirilib. Cari ildə isə ölkəmizin paytaxtı Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək. Respublikamız həmçinin 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Bütün bunlar isə Azərbaycanın Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləyir.
Eyni zamanda, Qoşulmama Hərəkatı beynəlxalq səviyyədə həmişə Azərbaycana öz dəstəyini göstərir. Hərəkatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə daim ölkəmizin haqlı mövqeyini müdafiə etməsi bunu bir daha təsdiqləyir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclasındakı nitqində respublikamızın Qoşulmama Hərəkatına sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir edəcəyinə əminliyini bildirib: “Bu il Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək və Azərbaycan bu böyük təşkilata sədrlik edəcək. Əlbəttə ki, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etmək bizim nüfuzumuzu daha da artıracaq, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcəkdir”.
“ASAN xidmət” təcrübəsinin Afrika İttifaqının mənzil-qərargahında təqdimatı keçirilib
Azərbaycanın dünyada rəğbətlə qarşılanan nümunəvi inkişaf modelinin formalaşmasında mühüm rol oynayan islahatlar həmçinin institusional sferanı əhatə edir. Bu baxımdan “ASAN xidmət”in fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Respublikamız “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə edib. Artıq respublikamızda “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatıb. Bu mərkəzlərin 5-i Bakıda, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidə olmaqla regionlarda fəaliyyət göstərir. Bundan başqa, respublikanın bölgələrində 10 Səyyar “ASAN xidmət” avtobusu və səyyar ASAN qatar vasitəsilə vətəndaşlara xidmət göstərilir.
Azərbaycan brendi olan “ASAN xidmət”in təcrübəsi bütün dünyada böyük maraqla izlənilir. Artıq ayrı-ayrı ölkələrdə “ASAN xidmət” modelinin yaradılmasına başlanılıb. Afrika ölkələrində də “ASAN xidmət”in fəaliyyəti maraqla izlənilir. Təsadüfi deyildir ki, Afrika İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın “ASAN xidmət” təcrübəsinin Afrika İttifaqının mənzil qərargahında təqdimatı keçirilib. Yeri gəlmişkən, yanvarın 19-da Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Mərkəzdə tətbiq olunan innovativ avadanlıqlar Zimbabve Respublikasının Prezidentinə nümayiş etdirilib. Eyni zamanda, vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb. Mərkəzlərdə vətəndaş məmnunluğunun təmin olunması istiqamətində arzuolunan nəticələrin əldə edildiyi diqqətə çatdırılıb və bildirilib ki, bu günədək 26 milyondan çox vətəndaşın müraciəti qeydə alınıb. Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin onda böyük maraq doğurduğunu bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

