/ / Azərbaycanda həyata keçirilən struktur islahatları dərin hüquqi və institusional islahatların davamı kimi mühüm əhəmiyyətə malikdir
Azərbaycanda həyata keçirilən struktur islahatları dərin hüquqi və institusional islahatların davamı kimi mühüm əhəmiyyətə malikdir
22.01.2019 [10:02]
Ekspertlər struktur islahatlarının ölkəmizdə idarəetmənin optimallaşdırılmasına və səmərəliliyinin artırılmasına xidmət etdiyini bildirirlər
Dünya iqtisadiyyatına uğurla inteqrasiya edən və yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Başqa sözlə, Azərbaycan iqtisadiyyatının inkişafı dinamik xarakter daşıyır, əldə edilən göstəricilər inkişafın davamlı olacağını əminliklə söyləməyə əsas verir. Bununla yanaşı, ölkəmizin dinamik inkişafı, iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin həyata keçirilməsi, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsini, səmərəliliyin yüksəldilməsini, yığcam, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılmasını zərurətə çevirib. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istər 14 yanvar 2019-cu il tarixində, istərsə də ondan sonrakı günlərdə struktur islahatları ilə bağlı imzaladığı müvafiq fərmanlar xüsusi əhəmiyyətə malikdir. Ekspertlər struktur islahatlarının idarəetmənin optimallaşdırılmasına və səmərəliliyinin artırılmasına xidmət etdiyini bildirirlər.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib ki, inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanda bütün sahələrdə ardıcıl və mühüm nailiyyətlərin əldə edilməsini təmin edən əsas amillərdən biri davamlı islahatların reallaşdırılmasıdır: “Bu baxımdan, struktur islahatları da böyük əhəmiyyətə malikdir. Bu islahatlar çərçivəsində dövlət aparatının optimallaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili həm də büdcə vəsaitinə qənaət baxımından müstəsna əhəmiyyətə malikdir. Digər tərəfdən, dövlət xidmətlərinin daha əlçatan və keyfiyyətli olmasını təmin edəcək islahatlar çərçivəsində ölkədə keyfiyyətcə yeni idarəetmə strukturunun formalaşdırılması böyük önəm daşıyır”.
Azərbaycanda həyata keçirilən islahatların beynəlxalq səviyyədə də olduqca yüksək qiymətləndirildiyini deyən millət vəkili əlavə edib ki, Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən, Azərbaycanın 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşması bu baxımdan xüsusi vurğulanmalıdır. Onun sözlərinə görə, struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.
Milli Məclisin deputatı Cavid Osmanov isə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanın tərəqqisinin davamlılığını təmin edib, ölkəmiz bütün sahələrdə tarixi uğurlar qazanıb. Onun sözlərinə görə, ötən 15 ilin mənzərəsi Azərbaycanın sürətlə inkişaf etdiyini, bütün sahələrdə parlaq nailiyyətlər qazandığını bariz şəkildə əks etdirir: “Yola saldığımız 2018-ci il də Azərbaycan üçün çox uğurlu oldu. Ötən il ərzində ölkəmizdə bütün sahələri əhatə edən kompleks islahatlar davam etdirildi, mühüm nəticələr əldə olundu”.
Millət vəkili onu da vurğulayıb ki, ölkəmizdə idarəetmənin daha da təkmilləşdirilməsinə xidmət edən struktur islahatlarının həyata keçirilməsi təqdirəlayiq haldır. “Ümumiyyətlə, dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı yaxşı bir nümunədir. Bu islahatlar dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək baxımından böyük əhəmiyyətə malikdir. Struktur islahatları zamanı iş yerləri ilə təminat məsələsinin diqqətdə saxlanılması da olduqca əhəmiyyətlidir. Müvafiq qurumlar və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu sahədə cənab Prezidentdən xüsusi tapşırıqlar alıblar. Bu isə o deməkdir ki, fəaliyyəti dayandırılmış strukturların əməkdaşları üçün yenidən işlə təmin olunmaq imkanları maksimum təmin edilir”, - deyə C.Osmanov əlavə edib.
Nurlan
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

