“Mehman Hüseynov məsələsində uğursuz siyasi manipulyasiya cəhdləri var”
09.01.2019 [09:53]
“Əgər bu gün kimlərsə ictimai rəyi çaşdırmaq məqsədi ilə Mehman Hüseynovu “jurnalist” olaraq təqdim edirlərsə, bu məsələdə birmənalı olaraq yanılırlar. Yəni hər hansı bir bloggeri “jurnalist” qismində təqdim etmək, ümumiyyətlə, heç bir çərçivəyə sığmayan bir haldır. Düşünürəm ki, bəlli məsələ həm də beynəlxalq aləmdə Azərbaycana qarşı yanlış təəssürat oyatmaq məqsədini daşıyır. Lakin bu məqsədlər də daha öncəkilər kimi uğursuzluqla nəticəsini tapacaq”. Sözügedən fikirləri SİA-ya “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bloger Mehman Hüseynovun ətrafında cəhd edilən süni ajiotaja münasibətini açıqlayarkən deyib.
Onun sözlərinə görə, M.Hüseynov bilavasitə cinayət əməllərinə görə həbs edilib və bu həbsin siyasiləşdirilməsi arxasında istər Azərbaycandakı, istərsə də xaricdəki məlum dairələr öz çirkin planlarını reallaşdırmaq istəyirlər: “Baxın, Mehman Hüseynov daha öncə qanunları pozduğuna görə müvafiq cəzasını alıb və daha sonra, cəza çəkdiyi müəssisədə ikinci dəfə həm qanunları, həm də tələb olunan daxili qaydaları pozaraq yenidən cinayət əməli törədib. Onun barəsində cinayət işi açılıb və istintaq gedir. Yəni məhkəməsi belə olmayıb və ortada hər hansı məhkəmə qərarı da yoxdur. Belə olan vəziyyətdə onun üzərindən siyasi dividendlər qazanmağa cəhd edənlərin, özləri üçün piar kampaniyası aparanların qabaqdangəlmişlik edərək səs-küy salmaları, ümumiyyətlə, heç bir məntiqə sığmır”.
B.Quliyev bildirib ki, Azərbaycanda söz və ifadə azadlığı, internet azadlığı mövcuddur və hər kəs bundan qanunların tələb etdiyi şəkildə istifadə edir: “Konstitusiyamızda da həmin müddəalar öz əksini tapıb və hüquqi aktlarla tənzimlənməkdədir. Ancaq bu, o demək deyil ki, kimlərsə hətta ən adi bir məişət məsələsini sonradan siyasiləşdirməlidir və buna görə qanunları pozmalıdır. Fakt budur ki, bu məsələdə uğursuz siyasi manipulyasiya cəhdləri mövcuddur. Bu sayaq hadisələrdə bəlli adamların meydana atılması da artıq təəccüb doğurmur. Diqqət yetirin, artıq kimlikləri bəlli olanlar arasında Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, Mehman Əliyev və s. kimi subyektlər də var ki, onların hər birinin fəaliyyətində açıq-aşkar anti-Azərbaycan, antimilli xarakterli faktlar mövcuddur. Yəni bu gün dövlətimizin maraqları əleyhinə hər hansı bir ajiotaj yaradılırsa, onlar dərhal ortalığa çıxırlar. Halbuki, onların heç birinin nə xalq, nə də dövlət maraqlarından danışmağa haqları yoxdur”.
“Səs” qəzetinin baş redaktorunun sözlərinə görə, M.Hüseynovun ətrafında müəyyən cinahlar tərəfindən başladılan siyasi oyunbazlıqlardan maksimum şəkildə faydalanmağa çalışan bir sıra beynəlxalq qurumlar həmin addımlarını atmamışdan öncə hadisələrin təhlilini aparmalı və dolğun, məntiqli nəticələrə gəlməlidirlər: “Əks halda, həmin təşkilatlar da öz reytinqlərinin aşağı düşəcəyini yaşamış olacaqlar. Çünki öncəki illərdə də belə olub. Ümumiyyətlə, M.Hüseynovun, sadəcə, asan istifadə edilən alət qismində ölkəmizin maraqlarına qarşı istifadə edilməsi və bu istifadədən güdülən kirli məqsədlər heç bir halda gerçəkləşməyəcək. Sağlam düşüncəli vətəndaşlarımız da, əlbəttə ki, belə süni səs-küylərə dəstək verməyib, verməyəcək də. Antimilli qüvvələrin növbəti uğursuzluqları da məhz M.Hüseynov məsələsində öz təsdiqini tapacaq. Azərbaycan hüquqi dövlətdir və bu dövlətin qanunlarının tənzimlənməsinə kimsə - nə daxili, nə də xarici qüvvələr müdaxilə edə bilməzlər. Buna onların nə gücü, nə də qüvvələri çatmaz”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

