/ / Qazaxıstanda ermənilər tərəfindən gənc qazaxın öldürülməsi erməni millətçiliyinin iç üzünü növbəti dəfə ortaya qoydu
Qazaxıstanda ermənilər tərəfindən gənc qazaxın öldürülməsi erməni millətçiliyinin iç üzünü növbəti dəfə ortaya qoydu
09.01.2019 [09:48]
Və ya “yaxşı türk ölü türkdür” ifadəsi ermənilər tərəfindən faşizm ideologiyasına xas şəkildə bütün türkdilli xalqlara şamil olunur
Məlum olduğu kimi, bu ilin 1 yanvar tarixində - Yeni il gecəsi Qazaxıstan Respublikasının Karaqanda şəhərindəki ermənilərə məxsus olan “Drevniy Rim” restoranında cinayət hadisəsi baş verib. Qeyd olunan iaşə obyektində Yeni ili qarşılamaq üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra restoranın həyətində dava formasında davam etdirilib və nəticədə 1 qazax gənc, 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb. Hadisə ilə bağlı videogörüntülər də sosial şəbəkələrdə yayılıb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən milliyyətcə erməni iki nəfər - Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax milliyyətli 1 nəfər - Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib, erməni milliyyətli digər 1 nəfər - Qururyan Narek haqqında isə axtarış elan edilib. Bu şəxslər barəsində məlumat hadisədən iki gün sonra mətbuatda rəsmi olaraq dərc olunub.
Qeyd edək ki, baş vermiş bu cinayət hadisəsi, yəni ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi Qazaxıstan ictimaiyyətində haqlı narazılığa səbəb olub. Bu da səbəbsiz deyil. Əksər ekspertlərin də vurğuladıqları kimi, Qazaxıstanda yaşayan ermənilərin mütəşəkkil kriminal qruplaşmalar yaratmaları, yerli qazaxlara qarşı ümumi türk etnosuna nifrətdən irəli gələrək həqarətli və kinayəli yanaşmaları geniş yayılmış haldır və heç kimə sirr deyil. Daha dəqiq desək, “yaxşı türk ölü türkdür” ifadəsi ermənilər tərəfindən faşizm ideologiyasına xas şəkildə bütün türkdilli xalqlara şamil olunur və qazaxlar da bu baxımdan istisna deyillər.
Belə ki, Qazaxıstan mediasında və sosial şəbəkə seqmentində ermənilərin bu ölkənin adət-ənənələrinə hörmətsizliyi, qazaxlara yuxarıdan aşağı baxmaları və özlərini “ari” irqi kimi təqdim etmək cəhdləri barədə dəfələrlə məlumat verilib. Həmin məlumatlarda da qeyd olunduğu kimi, digər ölkələrdə olduğu kimi, Qazaxıstanda olan erməni mənşəli kriminal və mütəşəkkil qruplaşmalar da əslində bu ölkə ərazisində fəaliyyət göstərən 5-ci kolondur. Sovetlər dövründə Qazaxıstan rəhbərliyində olan erməni mənşəli rəhbər şəxslərin qazax xalqına qarşı törətdiyi etnik terroru və soyqırımı hər kəs çox yaxşı xatırlayır.
Eyni zamanda Azərbaycanın da faciəvi təcrübəsi onu göstərir ki, ermənilər cəmiyyətin içərisində yaşayaraq fürsət güdür və zəruri halda xəyanət edərək içəridən zərbə vururlar. Məlum olduğu kimi, tarix boyu ermənilər Azərbaycan xalqına qarşı qətliamlar törədiblər. Ötən əsrin əvvələrində, 1905-ci il, 1918-ci ilin mart qırğınları buna sübutdur. 1992-ci ilin fevral ayında ermənilərin törətdiyi Xocalı soyqırımı isə bütövlükdə bəşəriyyətə qarşı amansız cinayətdir.
Beləliklə, Mərkəzi Asiya ölkələrində o cümlədən Qazaxıstanda yaşayan ermənilərin də əməllərinə sıradan olan adi hal kimi baxılmamalı, tarixdən və yaxın coğrafiyada baş verən hadisələrdən nəticə çıxarılmalıdır. Qeyd edək ki, həmin faktlar cinayətlərin zaman-zaman ermənilər tərəfindən türk soyuna qarşı məqsədli şəkildə törədildiyini sübut edir. Məsələn tarixdən bəlli olduğu kimi, 1918-ci il martın 31-də ermənilərin Azərbaycanda törətdiyi soyqırımdan 1 ay əvvəl - fevralın 22-də Fərqanə vadisində də ermənilər tərəfindən soyqırımın törədilməsinə başlanılıb. Bunun nəticəsində 180-ə yaxın kənd məhv edilib, 3 ay ərzində 35 minə yaxın dinc əhali vəhşicəsinə öldürülüb.
Ümumiyyətlə, Türküstanda daşnakların törətdikləri vəhşiliklər haqqında bir çox özbək tarixçiləri və publisistləri yazıblar, halbuki, bu mövzu Sovet zamanında qadağa altında idi. Məsələ ondadır ki, bolşeviklər Türküstan muxtariyyəti hökumətindən silahı yerə qoymağı, səlahiyyətlərindən əl çəkməyi və Sovet hakimiyyətini tanımağı tələb etmişdilər. Hökumət isə bu qanunsuz tələbləri cavabsız qoymuşdu. Və onda bolşeviklər cəza əməliyyatlarına start vermiş, həm də bunu əsas etibarilə dinc əhaliyə qarşı icra etmişdilər. Həmin vaxt əsas cəza vermək funksiyalarını isə, sonralar Qafqazda olduğu kimi, ermənilərin millətçi-şovinist partiyası “Daşnaksutyun”un silahlı dəstələri öz üzərinə götürmüşdü. Belə ki, daşnaklar Kokand şəhərini bütünlüklə yandırıb məhv etmiş, şahidlərin söylədiyinə görə, “ölülər şəhərinə çevirmişdilər”.
Bundan əlavə, ermənilərin Anadolu türklərinə qarşı törətdikləri qırğınlar da tarixinin faciəvi səhifələrini təşkil edir. Xüsusilə I Dünya müharibəsi illərində “Böyük Ermənistan” xülyası ilə Osmanlı dövlətinə xəyanət edərək düşmən cəbhəsinə qoşulan ermənilərin qanlı əməllərini qeyd etmək lazımdır. Belə ki, 1915-ci ildə rus ordusunun Şərqi Anadoluya daxil olması ilə erməni silahlı dəstələri Van, Bitlis, Ərzurum, Ərzincan, Qars və bir çox başqa vilayətlərdə amansız qırğınlar törədiblər, bəzi vilayətlər yerlə yeksan edilib. Bu hadisələr zamanı on minlərlə günahsız insan qətlə yetirilib.
Beləliklə, bu və ya digər faktlar erməni millətçiliyinin əsas hədəfinin məhz türk xalqları olduğunu, ermənilərin ümumi türk etnosuna nifrət üzərində kökləndiklərini bir daha təsdiq edir. Bu baxımdan, Qazaxıstanda baş vermiş son hadisə də erməni xislətinin, erməni millətçiliyinin iç üzünü növbəti dəfə ortaya qoydu.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27

