Dmitri Savelyev: Prezident İlham Əliyev milyonlarla azərbaycanlının arzularını reallığa çevirir
25.12.2018 [10:06]
Rusiya Federasiyası Dövlət Dumasını deputatı Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Çox təcrübəli dövlət xadimi, incə diplomat və nadir istedada malik olan siyasətçi İlham Heydər oğlu Əliyev günü-gündən Azərbaycanı inkişaf və tərəqqi yolu ilə aparmaqda davam edir. Dünyada yaranmış olduqca mürəkkəb siyasi və iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan həyatın bütün sahələrində yaddaqalan nailiyyətlər əldə edə bilib. Çünki Prezident İlham Əliyev özünün uğurlu xarici və daxili siyasəti ilə milyonlarla azərbaycanlının arzularını reallığa çevirir”.
Rusiyalı deputat qeyd edib ki, Azərbaycanda sabitliyin mənbəyi xalqın hakimiyyətlə həmrəyliyidir. “Təsadüfi deyil ki, Azərbaycanda ilin ən mühüm hadisəsi prezident seçkiləri oldu. Bu seçkilərdə azərbaycanlılar öz liderlərinə etimad göstərərək Ona səslərin 86 faizindən çoxunu verdilər. Əlamətdardır ki, prezident seçkiləri məhz 2018-ci ildə - ölkədə Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Məclisin yüz illik yubileylərinin qeyd olunduğu vaxtda keçirildi. Bu, Rusiya parlamentinin nümayəndəsi kimi mənim üçün də xüsusi əhəmiyyət kəsb edir: yüz il öncə müsəlman Şərqinin xalqlarına parlamentarizm yolu göstərən azərbaycanlılar demokratik dövlət yaradıblar. Bu gün də İlham Heydər oğlunun sayəsində respublika bir çox ölkələr üçün həqiqi demokratik dövlət örnəyidir və həmin yolda inamla addımlayır”, - deyə D.Savelyev vurğulayıb.
Deputatın sözlərinə görə, VI Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın sülh işinə sadiqliyini bir daha nümayiş etdirdi. “Forum əməldə nümunəvi multikulturalizm modelini yaradan, sivilizasiyanın mühüm problemlərini həll edən və digər ölkələrlə sülh əsasında qarşılıqlı faydalı tərəfdaşlıq naminə çıxış edən Azərbaycanın ən yüksək beynəlxalq statusunun göstəricisi oldu”, -deyə Rusiya parlamentinin üzvü qeyd edib.
D.Savelyev vurğulayıb ki, ölkələrimizin prezidentləri arasında etimada və səmimi münasibətlərə söykənən Rusiya-Azərbaycan əlaqələri həyat fəaliyyətinin bütün sahələrini əhatə edən əməkdaşlığın parlaq nümunəsidir. O deyib: “2018-ci ildə Vladimir Putin və İlham Əliyev danışıqlar aparmaq üçün bir neçə görüş keçiriblər. Bu görüşlərin Rusiya ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasının on illik yubileyinə təsadüf etməsi rəmzi məna daşıyır. Xalqlarımız hələ uzun müddət müasir dünyanın çağırışlarına qarşı eyni yolda çiyin-çiyinə addımlamalıdırlar. Dövlətlərimizin prezidentlərinin birlikdə açdıqları IX Bakı Regionlararası İqtisadi Forumu bunun bariz nümunəsidir”.
D.Savelyev əmin olduğunu bildirib ki, İlham Əliyevin siyasətinin əsas məqsədi olan Azərbaycanın dinamik inkişafı ildən-ilə uğurla davam edəcək. Deputat sonda deyib: “Fürsətdən istifadə edərək, cənab Prezidentə qardaş Azərbaycanın yeni qələbələri naminə onun bütün planlarının və ideyalarının ən yüksək dəqiqliklə həyata keçməsi üçün səmimi qəlbdən möhkəm cansağlığı və tükənməz enerji arzulayıram”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20

