/ / Vüqar Rəhimzadə: Saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı özü və Ermənistan üçün yaxşı heç nə vəd etmir
Vüqar Rəhimzadə: Saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı özü və Ermənistan üçün yaxşı heç nə vəd etmir
11.12.2018 [09:46]
Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri ölkənin tarixinə növbəti biabırçılıq kimi düşdü. Buna seçki demək nə dərəcədə doğrudur? Sözsüz ki, bu, seçki yox, “seçki fırıldağı” kimi yadda qaldı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, seçicilərin heç 50 faizi belə səsverməyə gəlmədi. Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan açıqlama yayıb ki, seçici fəallığı cəmi 48,63 faiz təşkil edib. İnsanların daha çox yaşadığı İrəvanda belə seçici passivliyi müşahidə edilib. Bu, hələ rəsmi statistikadır, şişirdilmiş rəqəmdir. Əslində isə bu faiz daha aşağıdır. Bu da insanların köhnə və yeni hakimiyyətə inamsızlığından irəli gəlir. İllərdir ki, xalqı boş vədlərlə aldadan terrorçu Sarkisyan rejimindən sonra hakimiyyətə gələn Paşinyan şirin vədlərlə öz şəxsində “lider” obrazı fomalaşdırmağa çalışdı. Ancaq onun 7 aylıq hakimiyyət dövrü göstərdi ki, Paşinyan xalqın yox, “başqaları”nın qulluğundadır. Ermənistanda seçici passivliyinin baş verməsi isə məhz bu amillərlə bağlıdır.
Baş redaktor bildirib ki, Ermənistandakı seçkilər zamanı kifayət qədər qanun pozuntusu qeydə alınıb: “Seçkilərdə ciddi saxtakarlıqlar baş verdi. Bunların əksəriyyəti isə cinayət tərkiblidir. Haradadır Azərbaycanda keçirilən şəffaf, ədalətli seçkilərə hər fürsətdə qara yaxmağa çalışan bəzi beynəlxalq qurumlar, təşkilatlar? Nə üçün Ermənistanda baş verən biabırçılığa reaksiya vermirlər, hesabatlar yaymırlar? Bu mənada hesab edirəm ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən ATƏT və digər qurumlar Ermənistandakı seçki saxtakarlığına lazım olan qiyməti verməlidirlər. Bütün dünyanın gözü qarşısında baş verən qanun pozuntuları, seçici passivliyi, şişirdilmiş rəqəmlər və müxalifətin, xalqın etirazı beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmalıdır”.
V.Rəhimzadə əlavə edib ki, saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı özü və Ermənistan üçün yaxşı heç nə vəd etmir: “Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə xalqı yalan vədlərlə aldatmağa çalışdı, bir müddət bunu bacardı da. Ancaq vaxt keçdikcə insanlar onun əsl simasını gördülər və 9 dekabr “seçki oyunu” da bunun bariz nümunəsi oldu”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10

