Qafqaz Müsəlmanları İdarəsinin sədri Küveytdə beynəlxalq konfransda iştirak edib
28.11.2018 [09:59]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Küveyt Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl Sabahın himayəsi ilə “Bəşəriyyət aclıq əleyhinə səfərbər olsun” mövzusunda Əl-Küveyt şəhərində keçirilən “Humanitar aksiyaların keyfiyyətinin artırılması naminə effektiv əməkdaşlıq və informasiya mübadiləsi” adlı 8-ci beynəlxalq konfransda iştirak edib.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, şeyxülislam tədbirdə Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri və BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Abdullah Əl-Mətuqun şəxsi dəvəti ilə iştirak edib. QMİ-nin sədri konfransda məruzə ilə çıxış edib.
Konfrans çərçivəsində şeyxülislam Allahşükür Paşazadə Küveyt Dövlətinin ədliyyə, vəqflər və islam işləri naziri Fəhd Əl-İfasi və Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri və BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Abdullah Əl-Mətuq ilə görüşüb.
Görüşlərdə şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin İslam dünyası ilə, o cümlədən Küveytlə sıx əməkdaşlığa xüsusi diqqət yetirdiyini qeyd edib, 2009-cu il fevralın 10-11-də Azərbaycan Prezidenti İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfəri və səfər zamanı Əmir Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə keçirdiyi görüşün iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyduğunu, hər iki ölkənin rəhbərliyinin fəaliyyəti və səyləri nəticəsində Azərbaycan və Küveyt əlaqələrinin müxtəlif səviyyələrdə və sahələrdə yüksək templə inkişaf etməyə başladığını diqqətə çatdırıb. QMİ sədri Azərbaycanın Küveyt ilə müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni, dini-mənəvi və digər sahələrdə ikitərəfli əlaqələri daha da inkişaf etdirməyə və aktivləşdirməyə səylər göstərdiyini bildirib.
Həmçinin Allahşükür Paşazadə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi barədə ətraflı məlumat verərək, problemlə bağlı Azərbaycanın ədalətli mövqeyinin Küveyt tərəfindən dəstəkləndiyi üçün qarşı tərəfə təşəkkürünü bildirib. Azərbaycan və Küveytin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyən mövqedən çıxış etdiyini bildirən QMİ sədri Küveytin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı TŞ-də qaldırılacaq məsələlərdə bundan sonra da Azərbaycana köməkliyini əsirgəməyəcəyinə ümidvar olduğunu qeyd edib.
Bununla yanaşı, görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Qarşı tərəf Azərbaycan ilə Küveyti bir çox amillərin birləşdirdiyini, ölkələrimiz arasında dini birliyin əhəmiyyətli rol oynadığını bildirərək, bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb. Azərbaycanın sürətli inkişafına Küveyt xalqının səmimi qəlbdən sevindiyi qeyd edilib, Küveyt hökumətinin Azərbaycan ilə siyasi, mədəni, dini-mənəvi və s. sahələrdə əlaqələrin daha da dərinləşməsində maraqlı olduğu bildirilib. Görüşlərdə Azərbaycan və Küveytin hər zaman bir-birinin yanında olduğu, Küveytin bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi və bu problemin sülh yolu ilə həllinin tərəfdarı olduğu vurğulanıb, Azərbaycanın da beynəlxalq təşkilatlar çərçivəsində daim Küveytin hüquqlarını dəstəkləyən mövqedən çıxış etməsini və Küveytin BMT Təhlükəsizlik Şurasına üzvlüyünü dəstəklədiyini heç vaxt unutmayacaqlarını diqqətə çatdırıblar.
Eyni zamanda, tədbir çərçivəsində şeyxülislam A.Paşazadə qarşı tərəfin təşəbbüsü ilə BMT baş katibinin Yaxın Şərq və Mərkəzi Asiyada humanitar tərəfdaşlıq məsələləri üzrə köməkçisi Rəşid Xaliqov ilə görüşüb.
Görüşdə A.Paşazadə Azərbaycanın dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığın gücləndirilməsi, beynəlxalq miqyasda yardımların göstərilməsi və əlaqələndirilməsinə verdiyi töhfələr haqqında məlumat verib. Eyni zamanda, dünyada dini zəmində meydana gələn narahatlıqların çoxaldığı bir dönəmdə tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, milli, dini tolerantlıq və multikultural ənənələr diyarı olan Azərbaycanda sülh məramı, qarşılıqlı ehtiram məfkurəsi, humanist dəyərlərin bəşəriyyətə bəyan edilməsi üçün dövlət tərəfindən hər cür şəraitin yaradıldığını qeyd edib və burada siyasi iradənin böyük önəm daşıdığını vurğulayıb.
A.Paşazadə Azərbaycanda milli və dini tolerantlığın dövlət səviyyəsində dəstəkləndiyini vurğulayıb, ölkəmizdə etnik və dini müxtəlifliyin milli sərvət kimi dəyərləndirildiyini bəyan edib. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın multikultural və tolerant ideyaların mərkəzinə çevrildiyini, habelə ölkəmizin həm daxildə, həm də beynəlxalq aləmdə böyük bir siyasi-mənəvi nailiyyətə imza atdığını qeyd edib.
Öz növbəsində, R.Xaliqov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından, forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən məmnunluğunu ifadə edib, o, səmimi salamlarının, dərin hörmət və ehtiramının dövlətimizin başçısına çatdırılmasını xahiş edib. Azərbaycan ilə BMT arasındakı əlaqələri daha da inkişaf etdirməyə hər zaman hazır olduğunu bildirən R.Xaliqov gələcəkdə istər ölkəmizdə, istərsə də xaricdə hər hansı bir layihənin birgə həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin humanitar böhranların həll olunması yolları, beynəlxalq inkişaf proqramları və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

