Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Deputat: Azərbaycan cəmiyyəti inkişaf üçün perspektivlər vəd etməyən heç bir sosial-siyasi aksiyanı dəstəkləmir

Deputat: Azərbaycan cəmiyyəti inkişaf üçün perspektivlər vəd etməyən heç bir sosial-siyasi aksiyanı dəstəkləmir

20.11.2018 [09:19]

“Milli şura” adlanan qondarma qurum və AXCP-nin Milli Dirçəliş Günü ilə bağlı keçirmək istədiyi qanunsuz aksiya baş tutmadı. Bunu “Trend”ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bu tipli aksiyaların keçirilməsi ilə bağlı cəmiyyətin sosial sifarişi yoxdur: “Azərbaycan cəmiyyəti kifayət qədər yetkin cəmiyyətdir və milli maraqlarla izah edilə bilməyən və inkişaf üçün perspektivlər vəd etməyən heç bir sosial-siyasi aksiyanı dəstəkləmir”.
Deputat bildirib ki, aksiyanın keçirilməsində məqsəd Milli Dirçəliş Günü deyil, radikal müxalifətin özünüxatırlatma və gündəmdə qalma cəhdidir. Belə aksiya müəyyən məqsədlərə xidmət etdiyi və sabitliyi pozma cəhdləri kimi qiymətləndirildiyi üçün əsla dəstək görmədi: “Marginal radikal qruplar əslində bu aksiya vasitəsilə polislə süni qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək niyyəti güdürdülər. Ancaq hüquq-mühafizə orqanları onların qarşısını aldı və radikalların Şəhidlər Xiyabanı kimi müqəddəs ziyarətgahımızı siyasi spekulyasiya meydanına çevirməsinə imkan vermədi. Bu gün Azərbaycan cəmiyyəti özünün inkişaf dövrünü yaşayır və süni gündəm yaratmaqla onun maraqlarını manipulyasiya etmək mümkün deyil”.

Paylaş:
Baxılıb: 690 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30