Beynəlxalq Frankofoniya Təşkilatının İrəvan sammiti uğursuzluqla nəticələndi
13.10.2018 [10:26]
Beynəlxalq Frankofoniya Təşkilatının Baş katibi: Bu təşkilat ölüdür...
Məlum olduğu kimi, 11-12 oktyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) 17-ci zirvə görüşü keçirilib. Təşkilatın nizamnaməsinə əsasən, dövlətləri bu təşkilat çərçivəsində birləşdirən əsas amil fransız dili və fransız mədəniyyətinə yaxınlıq olsa da, dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi arzusu da BFT-nin missiyasını və fəaliyyətinin əsas prinsiplərini təşkil edir. Elə əsl problem də buradan başlanır. BFT-nin növbəti zirvə görüşünün başqa bir ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərini pozmuş, minlərlə günahsız insanı qətlə yetirmiş bir dövlətin ərazisində keçirilməsi təşkilatın təbliğ etdiyi dəyərlərlə və prinsiplərlə ciddi ziddiyyət təşkil edir. Axı soyqırımı törətmiş, təcavüzkar, terrorçu bir dövlətlə bu təşkilata üzv olan digər dövlətləri bir-biri ilə hansı “ortaq dəyərlər” yaxınlaşdıra, bağlaya bilər? Digər dövlətin 20 faiz ərazisini otuz ilə yaxın işğal altında saxlayan, Xocalı qətliamını törədən Ermənistanda dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin keçirilməsi qərarının özü bir cəfəngiyatdır. Ermənistan kimi dövlətin ərazisində bu cür tədbirin keçirilməsi təşkilatın təbliğ etdiyi dəyərlərlə və prinsiplərlə ciddi ziddiyyət təşkil edir. Elə İrəvanda keçirilən tədbir də bir sıra ziddiyyətlərlə yadda qalıb və uğursuzluqla nəticələnib. Belə ki, bütün dünya sammit zamanı humanizm, sülh, insan hüquq və azadlıqları kimi ümumbəşəri dəyərlərin müdafiəsi yollarının axtarışı əvəzinə Fransa Prezidenti E.Makron ilə təşkilatın Baş katibi Mişel Jan qarşıdurmasının şahidi olub. Qarşıdurma isə bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələ üstündə deyil, sırf hakimiyyət hərisliyi və bölgüsü ilə bağlı olub. Bunu yalnız əslən Kanadadan olan Mişel Jan və Makron qarşıdurması deyil, eyni zamanda, Makron və Kanada baş naziri Justin Tridönün ambisiyalarının toqquşması kimi də səciyyələndirmək olar. Fransa geosiyasi maraqlarının ifadəsi olan Frankofoniya təşkilatına nəzarətində olmayan və tam idarə edə bilmədiyi bir şəxsin rəhbərlik etməsini qəbul edə bilməzdi. Çünki sənaye dövləti olan Kanada da Frankofoniya vasitəsilə xüsusən Afrika ölkələrində nüfuzunu artırmaq və qitənin təbii sərvətlərinə daha geniş çıxış imkanları əldə etmək kimi məqsədlər güdür.
Təşkilatın Baş katibinin zirvə toplantısının keçirildiyi gün bu təşkilatın ölü halda olduğu barəsində rəsmi twitter hesabından açıqlama verməsini isə diplomatiya tarixində görünməyən hadisələrdən biri kimi qiymətləndirmək olar. Eyni zamanda, BFT-nin Baş katibi M.Jan yenidən bu posta seçkilərdə Fransa tərəfinin dəstəyini ala bilmədiyinə görə İrəvandakı sammitin açılışı zamanı çıxışında təşkilat barədə tənqidi açıqlamar verib. “Biz qəbul etməyə hazırıq ki, beynəlxalq təşkilatlar şəxsi məqsədlərə xidmət edir...”, “Biz qəbul etməyə hazırıq ki, realpolitika, dövlətlər arasında xırda anlaşmalar və ya şəxsi maraqlar naminə “demokratiya”, hüquqlar” və “azadlıqlar” kimi anlayışlar yalnız mənası çıxarılmış sadə sözlər səviyyəsinə endirilsin...”, “Biz hazırıq ki, qısamüddətli eqoizm, beynəlxalq əməkdaşlığa yalnız mənfəət nəzər nöqtəsindən yanaşma, quldur sərmayə və ya korrupsiya həmrəylik, həqiqi qarşılıqlı tərəfdaşlıq tələblərini üstələsin?”, “Özümüzə deməliyik ki, hərəkətsizlik, gecikmə və kompromis regresin bir növüdür, çünki dəyərləri və prinsipləri aldadan (xəyanət edən) təşkilat artıq ölümcül haldadır” və bu kimi digər fikirlər məhz BFT Baş katibinin dilindən səslənib.
Təbii ki, qarşı tərəf də bunu cavabsız qoymamağa çalışıb. Təşkilatın indiki Baş katibini nüfuzdan salmaq üçün dezinformasiya və propaqanda üzrə ixtisaslaşmış fransız mediası Baş katibin BFT-nin vəsaitlərini şəxsi məqsədlər üçün istifadə etməsi, 500.000 avro xərcləyərək öz iqamətgahını təmir etdirməsi, xarici səfərlərdə çoxlu pullar xərclədiyi barəsində məqalələr, xəbərlər hazırlayaraq ictimai dövriyyəyə buraxıb.
Əlbəttə ki, bu sammitin İrəvanda keçirilməsi üçün dəridən-qabıqdan çıxan və zalda oturan Ermənistan rəhbərliyi üçün Beynəlxalq Frankofoniya Təşkilatı barədə tənqidi sözləri eşitmək və digər ziddiyyətli məqamların baş verməsi o qədər də xoş olmayıb. Təşkilata yeni üzv olan Ermənistan bu təşkilat vasitəsilə öz nüfuzunu artırmağa və Azərbaycanın Qoşulmama Hərəkatı kimi nüfuzlu bir platformada üzvlüyünə və qarşıdan gələn sədrliyinə qarşı imkan əldə etməyə çalışsa da rəsmi İrəvanın qazancı iki böyük dövlətin imtiyaz savaşını müşahidə etməkdən başqa bir şey olmayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43

