/ / Beynəlxalq reytinq agentlikləri Azərbaycan iqtisadiyyatının inkişaf tempinə dair müsbət proqnozlar verirlər
Beynəlxalq reytinq agentlikləri Azərbaycan iqtisadiyyatının inkişaf tempinə dair müsbət proqnozlar verirlər
18.08.2018 [09:16]
Ekspertlərin qənaətincə, nüfuzlu beynəlxalq reytinq agentliklərinin Azərbaycanın inkişafı ilə bağlı pozitiv dəyərləndirmələri ölkəmizdə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir
Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi gücünün artmasını təmin edib. Həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar müvəffəqiyyətlə davam etdirilib. İqtisadiyyatın şaxələndirilməsinə nail olmaq üçün reallaşdırılan islahat xarakterli tədbirlər, eyni zamanda, yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib.
Ötən zaman müddətində əldə edilən strateji əhəmiyyətli nailiyyətlərdən biri Azərbaycan iqtisadiyyatının öz dinamik inkişafını davam etdirməsi olub. Həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb.
Təsadüfi deyil ki, Azərbaycanın iqtisadi inkişaf kontekstində əldə etdiyi uğurlar beynəlxalq reytinq agentliklərinin hesabatlarında da əks olunur. Məsələn, Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun MDB ölkələri arasında əməkhaqqı reytinqində 2017-ci ildə əməkhaqqı səviyyəsinə görə Azərbaycan 306,7 dollarla dördüncü yerdə qərarlaşıb. “Standard & Poor’s” reytinq agentliyinin hesabatında isə Azərbaycan iqtisadiyyatının 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacağına dair proqnoz ifadə olunub. Reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda “VV+/V” səviyyəsində təsdiq edib, reytinqlər üzrə proqnoz müsbət qeyd edilib. Azərbaycanda iqtisadi inkişafın qanunauyğun nəticələrini özündə əks etdirən daha bir proqnoz “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi tərəfindən açıqlanıb. Belə bir qənaət ifadə edilib ki, Azərbaycanda mövcud olan sosial və siyasi sabitlik davam edəcək. Reytinq agentliyi xarici valyutada emitentin defoltunun uzunmüddətli reytinqini sabit proqnozlu “BB+” səviyyəsində təsdiq edib. Agentliyin proqnozlarına görə, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq. O da ifadə edilib ki, Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bu kontekstdə son olaraq “Moody’s” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini proqnozlaşdırıb. Hesabatda bildirilib: “Biz gözləyirik ki, Azərbaycanda ÜDM-in artımı bu il 1,5 faiz, gələn il 3 faiz olacaq. Bu, neft qiymətinin bahalaşmasının davam etməsi və Azərbaycan məhsullarının ixracının artımı ilə izah olunur”.
Göründüyü kimi, beynəlxalq reytinq agentlikləri Azərbaycan iqtisadiyyatının inkişaf tempinə dair müsbət proqnozlar verirlər. Ekspertlərin qənaətincə, nüfuzlu beynəlxalq reytinq agentliklərinin Azərbaycanın inkişafı ilə bağlı pozitiv dəyərləndirmələri ölkəmizdə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Rauf Əliyev qeyd edib ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında əks olunan məqamlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını göstərir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və səmərəli sosial-iqtisadi siyasət ölkəmizin davamlı inkişafını təmin edib. Bütün sahələrdə əldə edilən möhtəşəm nailiyyətlərin fonunda Azərbaycanın perspektiv inkişafı ilə bağlı müsbət proqnozlar əminliklə ifadə olunur”.
Millət vəkili əlavə edib ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer alan məqamlar ölkəmizdə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasətin müsbət nəticələrini göstərir: “Konkret olaraq “Moody’s” reytinq agentliyinin 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyinə, ölkəmizdə ÜDM-in artımının bu il 1,5 faiz, gələn il 3 faiz olacağına dair proqnoz verməsi Azərbaycanın iqtisadi uğurlarının beynəlxalq miqyasda diqqət mərkəzində olduğunu göstərir. Başqa sözlə, Azərbaycanın sosial-iqtisadi nailiyyətlərinin beynəlxalq reytinq agentliklərinin hesabatlarında əks olunması təqdirəlayiq və sevindirici haldır”.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə mühüm uğurlar əldə olunub. Ölkə iqtisadiyyatının perspektivləri ilə bağlı proqnozlar verən beynəlxalq qurumların qənaəti budur ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək və yeni nailiyyətlər əldə olunacaq”. Bu fikirləri isə Milli Məclisin deputatı İlham Məmmədov deyib.
Millət vəkili vurğulayıb ki, Azərbaycanda uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir və bu, ölkəmizin hərtərəfli inkişafına xidmət edir: “Beynəlxalq reytinq agentliklərinin hesabatları ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətləri əks etdirir və Azərbaycanın dinamik inkişafa malik olduğunu, iqtisadi sahədə çox mühüm nailiyyətlər əldə etdiyini nümayiş etdirir. “Moody’s” reytinq agentliyinin 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyinə dair proqnozu da bunun bariz nümunəsidir”, - deyə millət vəkili əlavə edib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

