/ / Azərbaycan ağsaqqalları radikal qüvvələrin cəmiyyətimizi iğtişaşlara təhrik etməsini qətiyyətlə pisləyirlər
Azərbaycan ağsaqqalları radikal qüvvələrin cəmiyyətimizi iğtişaşlara təhrik etməsini qətiyyətlə pisləyirlər
14.07.2018 [10:17]
Azərbaycan Ağsaqqallar Şurası Gəncə hadisələri ilə bağlı müraciət yayıb. Şuranın sədri, Milli Məclisin deputatı Fəttah Heydərov müraciəti AZƏRTAC-a şərh edərək deyib:
- Gəncə şəhərində baş verən qətl və təxribat hadisələri hər bir Azərbaycan vətəndaşı kimi, bizi - respublika ağsaqqallarını da ciddi narahat edir. Hesab edirik ki, ölkəmizin uğurlarını, dinamik inkişafını gözü götürməyən anti-Azərbaycan qüvvələr müxtəlif vaxtlarda olduğu kimi, yenə də respublikamızda xaos və qarşıdurma yaratmağa can atır, bir sıra dövlətlərdə törətdikləri qanlı cinayətləri, böyük qırğınları Azərbaycanda da həyata keçirməyə çalışırlar. Ancaq Azərbaycanda din pərdəsi altında gizlənərək iğtişaşlar yaratmaqda maraqlı olan bu xarici qüvvələr bilməlidirlər ki, ölkəmizə qarşı yönəlmiş bütün təxribat əməllərinin qarşısı hər zaman qətiyyətlə alınacaq və onlar öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Çünki Azərbaycan güclü dövlətdir, ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti qətiyyətlə dəstəkləyir və onun ətrafında sıx birləşib.
Buna görə də Azərbaycanın dövlət müstəqilliyinə, ölkəmizdəki ictimai-siyasi sabitliyə qarşı çıxan hər bir qüvvə bu birlik və həmrəylik qarşısında gücsüzdür. Hər zaman dövlətimizin və dövlətçiliyimizin yanında olan vətənpərvər gəncəlilər və bütövlükdə Azərbaycan xalqı qədim və tarixi şəhərimiz olan Gəncədə baş verən təxribatlara qarşı barışmaz mövqeyini ortaya qoyaraq ölkəmizdə terror, xaos, gərginlik yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələrin planlarını puça çıxardılar. Vətəndaşlarımız dövlətimizin ətrafında daha sıx birləşərək anti-Azərbaycan qüvvələrə meydan vermədilər. Ölkənin tanınmış ictimai-siyasi xadimləri, alim və ziyalıları, ümumiyyətlə, xalqımızın hər bir nümayəndəsi bu təxribat əməllərini kəskin şəkildə pisləyərək, əsl vətəndaşlıq mövqeyi ortaya qoydu və öz dövlətinə sahib çıxdı.
Ölkəmizdə ictimai-siyasi sabitliyi, dövlətçiliyin qorunmasını, əhalimizin əmin-amanlıq və təhlükəsiz şəraitdə yaşayışının təmin olunmasını canı və qanı bahasına həyata keçirən mərd və cəsarətli Azərbaycan polisi bu dəfə də məkrli qüvvələrin layiqli cavabını verdi. Lakin böyük üzüntü və təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Gəncə hadisələri zamanı bir qrup təxribatçının cinayətkar əməlləri nəticəsində iki qəhrəman polis zabitimiz şəhid oldu. Allahdan şəhid polislərimizə rəhmət, yaxınlarına səbir diləyirik.
Gəncə şəhərində törədilmiş təxribat hərəkətlərinə qarşı milli birlik nümayiş etdirmək və dövlətimizə dəstək olmaq Vətənini sevən hər bir azərbaycanlının borcudur. Hər zaman xalqımızın, dövlətimizin yanında olan Azərbaycan ağsaqqalları radikal qüvvələrin cəmiyyətimizi iğtişaşlara təhrik etməsini qətiyyətlə pisləyərək, baş verən bu hadisələri dövlətçiliyimizə, milli mənəvi dəyərlərimizə qarşı təxribat, xalqımıza və dövlətimizə yönəlmiş terror kimi dəyərləndirirlər. Azərbaycanda təxribat törətmək istəyən qüvvələr, Vətənini və dövlətini sevməyən, kimlərinsə əlində alətə çevrilmiş insanlar bilməlidirlər ki, onların bütün məkrli əməllərinin qarşısı qətiyyətlə alınacaq.
Azərbaycan qorunur, onun güclü dövlət başçısı, sarsılmaz dövlətçiliyi və mərd övladları var. Bu gün Azərbaycan xalqı öz Prezidentinə inanır və Onun ətrafında sıx birləşib. Bu xalqı, milləti çirkin əməllərlə qorxutmaq, parçalamaq olmaz. Biz bütün xalqımıza, xüsusən də gənclərə səslənərək, onları daha da ayıq-sayıq olmağa, anti-Azərbaycan qüvvələrin təxribatlarına uymamağa, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə, hər zaman olduğu kimi, yenə də dövlətimizin və dövlətçiliyimizin yanında olmağa çağırırıq.
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

