Milli Məclisin növbədənkənar plenar iclası keçirilib
13.06.2018 [09:23]
İyunun 12-də Milli Məclisin növbədənkənar plenar iclası keçirilib.
Parlamentin sədri Oqtay Əsədov iclası açıq elan edib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Oqtay Əsədov gündəliyi təqdim edib.
Əvvəlcə iclasda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Qanunu (ikinci səsvermə) müzakirə olunub. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu barədə məlumat verib. Bildirilib ki, dəyişikliyə görə, bir və ya bir neçə normativ hüquqi aktda dəyişikliklər edildikdə, həmçinin bir və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə həmin dəyişiklikləri və ya ləğvetməni nəzərdə tutan aktın adında dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktın (aktların) adı (adları) göstərilməlidir.
Sonra “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda və “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə qanun layihələri barədə məlumat verib. Bildirib ki, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi beş fəsil, 17 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə və 94-cü maddəsinin birinci hissəsinin 20-ci bəndinə uyğun olaraq, təsərrüfat fəaliyyətinin və başqa fəaliyyət növlərinin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin reallaşdırılmasının ətraf mühitə və insan sağlamlığına təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” qanun layihələrinə baxılıb.
Deputatlar “Dövlət sirri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini nəzərdən keçiriblər. Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsi barədə məlumat verib. Onun sözlərinə görə, “Dövlət sirri haqqında” Qanunda edilən dəyişikliklər böyük əhəmiyyət kəsb edir. Bildirilib ki, qanunda edilən dəyişikliklər məxfi məlumatların, o cümlədən dövlət sirri təşkil edən məlumatların və onların daşıyıcılarının məxfiləşdirilməsi, məxfiləşdirilmiş məlumatların, o cümlədən dövlət sirri təşkil edən məlumatların məxfiliyinin qorunması, məxfiliyin açılması qaydası və vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri ilə işləməyə icazə verilməsi üçün müvafiq orqan və ya onun vəzifəli şəxsi tərəfindən təkrar yoxlama aparılması üçün hüquqi əsasların yaradılması məqsədilə təklif edilir. Dəyişikliyə görə, məlumatların məxfiliyinin açılması qaydası maddəsinə əsasən məlumatın məxfilik müddəti onun məxfiləşdirildiyi gündən hesablanır.
İclasda “Sərhəd qoşunları haqqında” və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirə olunub. Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihələri barədə məlumat verib. Bildirilib ki, “Sərhəd qoşunları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində qanunvericilik sistemində mövcud olan uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Sərhəd qoşunları haqqında” və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri hazırlanıb. Bu məqsədlə müvafiq layihələrdə Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edən orqanları ümumiləşdirən yeni anlayışdan - “sərhəd mühafizə orqanları” ifadəsindən istifadə edilib.
İclasda, həmçinin “Təhsil haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib. Qanuna təklif olunan dəyişikliklər barədə parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Dəyişikliyə görə, vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır.
“Ölkəmizdə dövlət dili Azərbaycan dilidir. Amma “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərdə qeyd olunur ki, Azərbaycanda digər dillərdə də tədris aparıla bilər. “Digər dillər” nədir? Dünyada 5 mindən çox dil var. Eləcə də 5 dil dünya dili hesab olunur. Qanun layihəsində isə bu məsələ aydın deyil. Bunun izahı verilməlidir”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qanun layihəsinin müzakirəsi zamanı deyib. Hikmət Babaoğlu qanunun 11-ci maddəsinə təklif edilən müddəalara da münasibət bildirib. Həmin maddədə icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təhsilin keyfiyyət təminatının qiymətləndirilməsi məsələsi əksini tapır. Millət vəkilinin fikrincə, burada sadəcə təhsilin keyfiyyətinin qiymətləndirilməsindən söhbət getməlidir: “Əgər təhsilin keyfiyyət təminatından danışırıqsa, onda bu, təhsil müəssisəsinə gedən yollardan, həmin müəssisənin binasının keyfiyyətindən başlamış kadr məsələlərinə qədər böyük bir spekti əhatə edir. Ona görə də, layihədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi vurğulanmalıdır”.
Hikmət Babaoğlu həmçinin, sənədin 15-ci maddəsinin 2-ci bəndinin qanundan tamamilə çıxarılmasını təklif edib. “Burada təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisəsələrindən söhbət gedir. Yəni bununla biz xarici ölkə vətəndaşlarına ölkəmizdə təhsil müəssisələri yaratmağa icazə veririk. Amma bilirik ki, Azərbaycan vətəndaşı olmayan şəxslərin Azərbaycan dövləti qarşısında heç bir hüquqi öhdəçiliyi yoxdur. Belə olan halda, onlar nə üçün ölkəmizdə təhsil müəssisələri açmalıdır? Onların ən müxtəlif məqsədləri ola bilər. Dünyada belə termin var- “qeyri-ərazi müstəmləkəçiliyi”. Söhbət ondan gedir ki, ölkə ərazi baxımdan işğal olunmur, amma qeyri-ərazi baxımından işğal olunur. Yəni insanların, ölkə vətəndaşlarının beyni işğal edilir. Mən düşünürəm ki, əgər vətəndaşlığı olmayan şəxslər bu formada ölkəmizdə təhsil müəssisələri açacaqlarsa nəticə etibarilə biz qlobal imperializmin qeyri-ərazi müstəmləkəçiliyinə məruz qala bilərik. Ona görə də bu müddəa qanun layihəsindən çıxarılmalıdır” - deyə, deputat vurğulayıb.
Hikmət Babaoğlu çıxışında həmçinin layihə ilə bağlı redaktə xarakterli təkliflər də verib.
YAP İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, “Təhsil haqqında” yeni qanunun qəbul olunması uzun müddət vaxt aparıb.
S.Novruzov həmçinin, xaricdə təhsil ilə bağlı dövlət proqramı çərçivəsində 3000-dən çox gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil aldıqlarını diqqətə çatdırıb. Onun fikrincə, həmin gənclər təhsili başa vurduqdan sonra qayıdıb dövlətimizə xidmət göstərməlidir: “Amma gəlin görək onların neçə faizi Azərbaycana qayıdıb işləyirlər. Onların bəziləri yüksək əməkhaqqı müqabilində oxuduqları ölkədə qalıb işləyirlər. Amma bu doğru deyil. Həmin gənclər Azərbaycan dövlətinin hesabına xaricdə təhsil alıblar. Ona görə də, qayıdıb dövlətimizə xidmət göstərməlidirlər. Bu gənclərlə müqavilə olmalıdır ki, hansı müddətdə ölkəmizdə çalışmalıdırlar. Məsələn, 10 illik müqavilə bağlansın və müqavilə bitdikdən sonra istədikləri ölkəyə gedib işləsinlər”.
Müzakirlərdən sonra “Təhsil haqqında” qanuna dəyişikliklər qəbul olunub.
Daha sonra iclasda Əmək Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsi barədə məlumat verib.
Həmçinin Vergi Məcəlləsində, “Mülki müdafiə haqqında”, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Dövlət rüsumu haqqında”, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılıb.
Deputatlar “Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi barədə” qanun layihəsini də müzakirə ediblər. Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə layihə barədə məlumat verib.
Sonra “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı qanun layihəsini şərh edib. Bildirib ki, qanun layihəsi 5 fəsil, 19 maddədən ibarətdir.
İclasda “Məşğulluq haqqında” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihələri də ikinci oxunuşda müzakirə olunub.
Deputatlar gündəlikdəki məsələlər barədə fikirlərini səsləndiriblər.
Müzakirə olunan məsələlər səsə qoyularaq qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22

