Azərbaycanda keçirilmiş prezident seçkiləri xarici KİV-lərdə geniş işıqlandırılıb
19.04.2018 [09:56]
2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri dünyanın aparıcı kütləvi informasiya vasitələri də daxil olmaqla xarici media tərəfindən geniş işıqlandırılıb, dərc edilmiş xəbər, məqalə və şərhlər, yayımlanmış reportaj və süjetlər əsasən pozitiv xarakter daşıyıb, seçkilərin Azərbaycan seçicilərinin iradəsini əks etdirdiyi vurğulanıb.
AZƏRTAC xəbər verir ki, aprelin 10-da yazıların intensivliyi artıb, seçki mühiti, seçki prosesinin texniki təminatı, namizədlər, ayrı-ayrı siyasi qüvvələrin, QHT və KİV nümayəndələrinin, ekspertlərin seçkiyə münasibəti və digər məsələlərlə bağlı çoxsaylı şərh, rəy və analitik material verilib.
Aprelin 11-də xarici KİV-lər əsasən səsvermə, “exit-poll”lar, xarici müşahidəçilərin rəyləri, Mərkəzi Seçki Komissiyasının məlumatları haqqında xəbər xarakterli materiallar yayıb, səsvermənin sonuna yaxın isə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin böyük əminliklə qələbə qazanacağını qeyd ediblər.
Aprelin 12-də İlham Əliyevin qələbəsi haqqında xəbərlərlə yanaşı, ümumilikdə seçki prosesinə dair çoxsaylı təhlil xarakterli materiallar verilib. Həmçinin seçkiləri müşahidə edən çoxsaylı müşahidə missiyalarının mətbuat konfransları geniş işıqlandırılıb. Ümumi qiymətləndirmə obyektiv olsa da, bəzi transmilli KİV-lərdə Azərbaycandakı siyasi reallığın təhrif olunmuş şəkildə təqdim edilməsi meyilləri müşahidə olunub.
Qeyd edilməlidir ki, Azərbaycanda seçki prosesi dünyanın müxtəlif KİV-lərini təmsil edən 200-ə yaxın jurnalist tərəfindən izlənilib.
Xarici KİV-lərin monitorinqi göstərib ki, aprelin 10-da 79, 11-də 301, 12-də isə 328 material, ümumilikdə 708 süjet, reportaj, xəbər və şərh verilib. Əlavə olaraq, Youtube, Facebook və digər sosial şəbəkələrdə xarici bloqqerlər, müstəqil jurnalistlər tərəfindən 200-ə yaxın material yerləşdirilib. Ümumilikdə müşahidə olunan materialların sayı 900-ü keçib.
Rusiyanın ORT, REN TV, “Rossiya 24”, NTV televiziya kanalları, TASS, “Rossiya seqodnya”, “Interfax”, “Rosbalt” informasiya agentlikləri, “Sputnik”, “Exo Moskvı” radiostansiyaları, “Nezavisimaya qazeta, “İzvestiya, “Arqumetni i faktı”, “Trud”, “Kommersant”, “Rossiyskaya qazeta”, “Komsomolskaya pravda”, “Moskovskiy komsomolets” qəzetləri, Vesti.ru, Lenta.ru, Vzqlyad.ru, Vestikavkaza.ru və digər informasiya portalları, “Mir” Dövlətlərarası Teleradio Şirkəti, Qazaxıstanın “Egemen Qazaxıstan” qəzeti, “Kazinform” İnformasiya Agentliyi, “Bnews.kz”, “Total.kz” portalları, Özbəkistanın Kun.uz, Nargis.uz və Galampir.uz portalları, Belarusun BELTA İnformasiya Agentliyi, “Sovetskaya Belorussiya” qəzeti, Ukraynanın Ukrinform, UNİAN informasiya agentlikləri, habelə Litva, Latviya, Moldova, Qırğızıstan KİV-ləri prezident seçkilərini geniş işıqlandırıb.
Aprelin 10-da Rusiya mediasında 40 material, 11-də 83, 12-də 178, ümumilikdə 301 material verilib. Seçki ümumən müsbət qiymətləndirilib, yüksək seçici fəallığı ilə keçən seçkilərdə Prezident İlham Əliyevin inamlı qələbə qazandığı qeyd olunub, bu qələbəni şərtləndirən səbəblər geniş şərh edilib.
Postsovet ölkələrinin KİV-ləri seçki prosesini ardıcıl şəkildə izləyib və işıqlandırıb. Materialların böyük əksəriyyəti obyektivliyi ilə seçilib. Aprelin 10-da 5 material, 11-də 100, 12-də 96, ümumilikdə 201 material verilib.
Azərbaycanda keçirilmiş prezident seçkiləri Türkiyə, İran, Pakistan və ərəb ölkələrinin KİV-lərində də geniş işıqlandırılıb. Türkiyənin TRT, “TRT World”, “A Haber”, “Ülke”, “Kanal 24”, “TV Net”, “Haber Türk” və digər televiziya kanalları seçkilərə hazırlıq işləri ilə bağlı silsilə reportajlar yayıb, səsvermə günü seçki məntəqələrindən canlı yayım edib. “Anadolu” Agentliyi və digər xəbər agentlikləri, “Axşam”, “Vətən”, “Milliyət”, “Sabah”, “Yeni Şəfəq” qəzetləri seçkilərlə bağlı məqalələr dərc edib, prezidentlik postu uğrunda mübarizə aparan namizədlər, xüsusilə də İlham Əliyevin inamlı qələbəsi barədə məlumat verib.
Seçki prosesi Qətərin “Al-Jaazeera”, Pakistanın “Daily Times” və “Pakistan Observer”, Omanın “Oman Daily” qəzetlərinin, İranın İRNA, Bəhreynin BNA informasiya agentliklərinin, İordaniya Dövlət Televiziyasının, “Petra”, “Ammun” agentliklərinin, “Əd-Dustur”, “Əl-Ray”, “Əl-Ğadd”, “Ammannyus” qəzetlərinin, Səudiyyə Ərəbistanının “Saudi Press Agency” agentliyinin, “Əl-Cəzirə”, “Okaz”, “Əl-Mədinə”, “Əl-Yaum”, Misirin “Əl-Əhram” qəzetlərinin, Əlcəzairin “Nahar TV” kanalının diqqət mərkəzində olub.
Ümumilikdə materiallar pozitiv xarakter daşıyıb, seçki prosesinin ayrı-ayrı mərhələləri, seçki mühiti, namizədlər, seçki prosesinin texniki təminatı, müxtəlif ekspertlərin seçki barədə rəyləri, səsvermə, habelə seçki haqqında təhlil xarakterli məqalələr, xəbərlər, reportajlar təqdim olunub.
Türkiyə, İran və ərəb ölkələrinin KİV-lərində aprelin 10-da 17, 11-də 37, 12-də 21, ümumilikdə 75 material verilib.
Qərb ölkələrinin mediası Azərbaycanda keçirilmiş seçkiləri yaxından izləmiş və çoxsaylı material yayıb. Bu sırada BBC, “Assosiated Press”, “Frans Press”, “Reuters”, EFE, ANSA, “Swissinfo”, “Amerikanın səsi”, “Deutsche Welle”, “Liberty”, “Free Europ”, “Euronews”, ZDF, “Foxnews”, “France24”, “TV5 Monde”, “Daily Mail”, “The Economist”, “The Washington Times”, “The Washington Post” kimi qlobal yayım şirkətləri aprelin 10-12-si seçkilər haqqında materiallar verib. Bəzi resursların materialları tendensioz və qeyri-obyektiv xarakter daşıyıb, Azərbaycandakı seçki reallıqları təhrif olunmuş formada təqdim edilib.
Azərbaycanda seçkilər mövzusu nüfuzlu regional və milli nəşrlərdə də geniş yer almışdır. İtaliyanın “Agenzia Nova”, “Agenzia Stampa Italia”, “Agenparl”, “L’Opinione”, “Il Messaggero”, “Report Difesa”, “Notizie Geopolitiche”, “Scenari-internazionali”, “Secolo-Trentino” və digər kütləvi informasiya vasitələrinin materiallarında prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün lazımi şəraitin yaradıldığı, çoxlu sayda beynəlxalq və yerli müşahidəçinin olduğu, jurnalistlərin səsvermə prosesini izlədiyi və işıqlandırdığı, yüksək seçici fəallığının müşahidə edildiyi bildirilib.
Cənubi Amerika, Hindistan, Hind-Çin yarımadası, Afrika ölkələrinin KİV-ləri də Azərbaycandakı seçkilərə müəyyən qədər diqqət ayırıb, əsasən aparıcı dünya KİV-lərinin reproduksiyasını təqdim edib.
Çinin aparıcı kütləvi informasiya vasitələri-dünyanın ən böyük informasiya agentliklərindən olan Sinxua, geniş oxucu şəbəkəsinə malik gündəlik “Jenmin Jibao” qəzeti, bir milyarddan çox tamaşaçı auditoriyası olan Çin Mərkəzi Televiziyası (CCTV), Çin Beynəlxalq Radiosu, “China Daily” qəzeti, digər məşhur qəzet və xəbər saytları səsvermə günü və seçkilərin nəticələri barədə operativ xəbərlər, geniş məqalələr, reportajlar hazırlayıb təqdim edib. Yaponiyanın Kyodo News, JİJİ PRESS və digər agentlikləri, “Sankey” və “Nikkey” qəzetləri seçkilərlə bağlı məlumatlarında İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazandığını oxucuların diqqətinə çatdırılıb.
Azərbaycanda seçki prosesi Latın Amerikası və ispandilli medianın da diqqət mərkəzində olub. İspaniyanın “La Vanguardia”, Meksikanın “Informador.mx”,” Debate”, “Reforma”, Venesuellanın “Correo del Orinoco”, “Telesurtv”, Argentinanın TELAM, UDG TV, Kubanın “Prensa-latina”, Kosta-Rikanın “Elpais”, Panamanın “Enmayuscula.com”, Boliviyanın EJU TV kimi KİV-lər prezident seçkiləri ilə bağlı materiallar verib.
Bu istiqamətlər üzrə aprelin 10-da 17, 11-də 81, 12-də 33 material, ümumilikdə 131 material verilib.
Qeydə alınmamış və monitorinqə düşməmiş çoxsaylı materiallar da nəzərə alınarsa, Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair xarici KİV-lərdə 1000-dən artıq material gedib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04

