/ / Sədaqət Vəliyeva: Azərbaycanda keçirilən şəffaf və demokratik seçkilərə kölgə salmaq cəhdləri iflasa məhkumdur
Sədaqət Vəliyeva: Azərbaycanda keçirilən şəffaf və demokratik seçkilərə kölgə salmaq cəhdləri iflasa məhkumdur
13.04.2018 [09:57]
Aprelin 11-də Azərbaycan xalqı bir daha siyasi iradəsini nümayiş etdirdi, şəffaf və demokratik seçkilərlə İlham Əliyevi prezident seçdi. Lakin görünür seçkilərin yüksək səviyyədə təşkil olunması, seçicilərin yüksək fəallıq nümayiş etdirməsi və səsvermə günü qanun pozuntularının müşahidə edilməməsi bəzi anti-Azərbaycan qüvvələri çox narahat edib. Bu mənada ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyaları ənənələrinə sadiq qalaraq 11 aprel prezident seçkiləri ilə bağlı qərəz və iftira ilə dolu seçki hesabatı açıqladılar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva qeyd edib ki, ATƏT PA, DTİHB və AŞPA müşahidə missiyalarının qərəzli hesabatı Azərbaycan seçicilərinə yönəlmiş açıq hörmətsizlikdir. Çünki adları çəkilən müşahidə missiyalarının çoxsaylı üzvləri mart ayının 16-dan etibarən Azərbaycanda prezident seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün yüksək səviyyədə hazırlıq işlərinin həyata keçirildiyinin əyani şahidi olublar. Seçkilərə hazırlıq prosesi dövründə seçici siyahılarının tam dəqiqləşdirilməsi, dairə seçki komissiyalarının, eləcə də məntəqələrin bütün lazımi texniki vasitələrlə tam təmin olunması, vətəndaşların seçim hüquqlarının reallaşdırılması üçün hər cür şəraitin yaradılması göz önündə olan reallıqlar idi. 1000 məntəqədə veb-kameralar quraşdırılmışdı, ölkə üzrə seçkiləri on minlərlə müşahidəçi izləyirdi. Hətta, ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının üzvləri seçkilər ərəfəsində ayrı-ayrı siyasi partiyaların qərargahlarında görüşlər keçiriblər, namizədlərin təşviqatı ilə əlaqədar görüşlərdə, mitinqlərdə olublar. Hətta, səsvermə günü respublika üzrə səhər saatlarından etibarən yüksək seçici fəallığını müşahidə edən ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının üzvləri vətəndaşların axın-axın məntəqəyə gələrək səsvermə hüququndan necə istifadə etdiklərini də görüblər. Lakin görünən odur ki, bütün bu reallıqları inkar edən ATƏT PA, DTİHB və AŞPA müşahidə missiyalarının üzvləri ənənəvi ampluasında qaldılar və anti-Azərbaycan dairələrinin siyasi sifarişini yerinə yetirmək üçün hazır, təxribat xarakterli seçki hesabatını təqdim etdilər.
“ATƏT PA, DTİHB, AŞPA müşahidə missiyalarının qərəzli hesabatı Azərbaycanda mövcud olan xalq-iqtidar birliyinə, insanların İlham Əliyevə olan sevgisinə, inamına və etimadına qarşı atılmış çirkin addımdır”, - deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycanda keçirilən şəffaf və demokratik seçkilərə bu cür kölgə salmaq cəhdləri iflasa məhkumdur.
Deputat bu müşahidə missiyalarının seçki hesabatlarına yenidən baxacaqlarına və ədalətli, obyektiv yekun hesabat təqdim edəcəklərinə ümid etdiyini bildirərək deyib: “Çünki, ilk növbədə, ATƏT PA, DTİHB, AŞPA təbliğ etdikləri demokratik dəyərlərə özləri hörmət etməli və demokratikləşmə yolunda ciddi uğurlar əldə edən Azərbaycanın fəaliyyətini yüksək dəyərləndirməlidirlər”.
Xəbər lenti
Hamısına baxİdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17

