/ / Aprel döyüşləri erməni təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi dağıtdı
Aprel döyüşləri erməni təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi dağıtdı
05.04.2018 [10:11]
Ermənistanın “1in” saytında yer alan məqalədə bildirilir ki, Azərbaycan ordusunun uğuru olan bu əməliyyat Ermənistan hərbçilərinin və siyasətçilərinin fəaliyyətinin boş perspektiv üzərində durduğunu göstərdi
Bu gün bütün regional layihələrdən təcrid olunan - bölgədə blokada vəziyyətində olan Ermənistanın düşdüyü mürəkkəb durumun səbəbi bu ölkənin işğalçılıq siyasətidir. Artıq Ermənistanın bir sıra dairələri mövcud hakimiyyətin işğalçılıq siyasətindən imtina etməsini yeganə çıxış yolu kimi göstərirlər. Diqqətə çatdırılır ki, mövcud reallıqlar, o cümlədən 2016-cı ilin aprel döyüşlərinin nəticələri Ermənistanda ideoloji əsasları dağıtmaqla yanaşı, bu ölkənin işğalçılıq siyasətindən əl çəkməsinin zəruriliyini bir daha nümayiş etdirdi. Yeri gəlmişkən, erməni mətbuatında mütəmadi olaraq dərc olunan yazılarda bu ölkənin siyasi dairələrinin təşviş içində olduğu, Azərbaycan Ordusunun gücü qarşısında erməni silahlı qüvvələrinin acizliyi diqqətə çatdırılır. Eyni zamanda, Ermənistanın “1in” saytında yer alan məqalədə bu məqamlar xüsusi olaraq vurğulanıb. Sözügedən məqalədə qeyd edilib ki, aprel döyüşləri Ermənistan ordusunun qəhrəmanlığı haqqında iddiaların əsasının olmadığını göstərdi. Azərbaycan ordusu həmin döyüşlər zamanı Ermənistanın mövqelərinə ağır zərbələr vurdu.
Bəhs olunan məqalədə aprel döyüşləri Azərbaycan Ordusunun uğuru kimi səciyyələndirilib, ölkəmizin öz üstünlüyünü ortaya qoyduğu diqqətə çatdırılıb. Bildirilib ki, dördgünlük müharibə Ermənistan hərbçilərinin və siyasətçilərinin səriştəsizliyini ortaya qoydu. Azərbaycan ordusunun uğuru olan bu əməliyyat Ermənistan hərbçilərinin və siyasətçilərinin fəaliyyətinin boş perspektiv üzərində durduğunu göstərdi. 1994-cü ildə əldə edilən atəşkəsdən sonra Ermənistanda yalnız korrupsiyanın, seçki fırıldaqlığının inkişafı istiqamətində işlərin aparıldığı ortaya çıxdı. Bu döyüşlər Azərbaycanın üstünlüyə malik olduğunu, həmçinin öz strateji məqsədlərinə çatmaq iqtidarında olduğunu sübut etdi.
Həqiqətən də, aprel döyüşləri Azərbaycan dövlətinin qüdrətini, Ermənistanın isə acizliyini göstərdi. Ermənistan 2016-cı ilin 1-5 aprel tarixində cəbhə xəttində təxribat törədərək vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışdı. Lakin Azərbaycan Ordusunun düşmənin təxribatlarının qarşısını alması, nəticədə Ermənistan silahlı qüvvələrinin 200-ə yaxın hərbçi, çoxsaylı texnika itirməsi, həmçinin 2000 hektara yaxın ərazinin, o cümlədən Lələtəpə və Talış yüksəkliklərinin geri qaytarılması Ermənistanın niyyətlərini puç etdi. Aprel döyüşləri həm də onu göstərdi ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil və düşmənə layiqli cavab vermək iqtidarındadır. Aprel döyüşlərinin nəticəsi həm də Azərbaycan Ordusunun istənilən döyüş tapşırığını yerinə yetirmək əzmi və qüdrətində olduğunu göstərdi.
Ən əsası, aprel döyüşlərindən sonra əldə edilmiş hərbi-psixoloji və diplomatik üstünlük Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeyini gücləndirdi və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında həlli üçün ciddi zəmin yaratdı. Eyni zamanda, aprel döyüşləri Ermənistan təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi dağıtdı, bu kimi iddiaların heç bir əsası olmadığını göstərdi.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

