Əli Kərimlinin oğlu Türkel Kərimlinin Böyük Britaniyadakı “kef məclisləri”...
08.03.2018 [08:34]
Rusiyalı tələbə oğul Kərimlinin Londonun ən bahalı barlarında pul səpməsi haqqında danışıb
İllərdir ki, yerində sayan, şablon yalanları ilə özünü siyasi palitraya pərçimləməyə çalışan AXCP sədri Əli Kərimlinin düşdüyü acınacaqlı durum hər kəsə bəllidir. Məlum olduğu kimi hər zaman milli maraqlara düşmən mövqe tutan, ermənilərə qucaq açaraq, onlarla sazişlər bağlayan, ən əsası isə, ermənipərəst mərkəzlərin pullarını “yeyən” və bunun qarşılığında da onların qulluqlarında dayanan Ə.Kərimlinin AXCP-nin dağılmasının ardından “sosial şəbəkə qəhrəmanı” cildində yenidən “zühur” etmək cəhdləri də boşa çıxdı. Bu da səbəbsiz deyil. Belə ki, xalqımız özünü “əvəzolunmaz” sayan, əslində isə nimdaşlaşmış birisinə çevrilən Əli Kərimlinin anti-Azərbaycan fəaliyyəti barədə yetərincə məlumatlıdır və cəmiyyətimiz onun xəyanətlərinə elə adekvat da cavab verir. Bir sözlə, Azərbaycan xalqı tərəfindən dəstəklənməyən, hətta icazəli mitinqlərinə belə üç-beş adam toplayan Ə.Kərimlinin və rəhbərlik etdiyi partiyanın “siyasi meyit” durumuna düşdüyü bəllidir.
Daha doğrusu, “mövsümi xarakter” daşıyan “pullu fəallaşma” dövrlərini nəzərə almasaq, bu adamın siyasi palitrada yer almadığı faktdır. Bununla yanaşı, pafosla hakimiyyət iddiaları səsləndirən, amma hər dəfə “Məhsul” stadionunda xəyalları suya düşən Əli Kərimli həm də digər məsələlərdə “axsayır”...
Nədir bu digər məsələlər? Özünü “siyasətçi” sandığı gündən hər kəsi, hətta onunla yanaşı “yol yeriyən” partiyadaşını və özünə lider seçdiyi şəxsi belə şəxsi qaranlıq maraqlarına qurban vermiş Ə.Kərimli üçün, necə deyərlər, çamurun içində dolaşmaq, sağa-sola həmin çamuru sıçratmaq, sadəcə, həyat tərzidir. Onun xəyanətlərinin dəfələrlə “cəbhəçilər” tərəfindən dilə gətirilməsi də Əli Kərimlinin gerçək kimliyinin üstünə işıq salır. Bununla yanaşı, onunla bağlı mütəmadi olaraq ölkə KİV-lərində yayılan informasiyalar, həmçinin yaxınlarının qeyri-qanuni hərəkətləri, bəzi hallarda isə meşşansayağı həyat tərzləri bir daha Əli Kərimlinin yarımçıq bir profilə malik olduğunu sübuta yetirir. Təbii ki, ortada faktlar mövcuddur.
Bu məqamda vurğulamaq yerinə düşər ki, bir müddət öncə “Virtualaz.org” saytında dərc olunmuş məqalədə onun oğlunun Böyük Britaniyada keçirdiyi həyat tərzi haqqında bir sıra məqamların üzərinə işıq tutulub. Bir haşiyə çıxmaq lazımdır ki, Əli Kərimlinin oğlu Türkel Kərimli Azərbaycan oxucusuna ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasının Azərbaycanla bağlı dinləmələrindən tanışdır. 2016-cı ilin sentyabrında olan həmin tədbirdə T.Kərimli işğalçı Ermənistanın Dağlıq Qarabağdakı əlaltısı, separatçı rejimin üzvü Bako Saakyanın oğlu Armen Saakyanla isti münasibəti ilə seçilmişdi. Əli Azərbaycan xalqının qanına batmış Saakyanın oğlu ilə eyni səfdə yer alan və eyni “arqumentləri” dilə gətirən Türkel Kərimli həmin addımı ilə də Əli Kərimlinin yolunu “uğurla davam etdirdiyini” sübut etdi.
“Virtualaz.org” saytında dərc olunmuş məqalədə isə Türkel Kərimlinin Böyük Britaniyanın paytaxtında anormal həyat sürdüyü yazılır. Əslində, onun Londonda təhsil almaq üçün yaşadığı iddia edilsə də, saytın yaydığı şəkillərdən heç də elə görünmür. Digər tərəfdən, bu şəkilləri həmin sayta göndərən Filimonov soyadlı tələbənin dediklərindən belə məlum olur ki, oğul Kərimli “Dumanlı Albion”da təhsildən başqa hər şeylə maraqlanır. Görünən budur ki, oğul Kərimli dünyanın ən bahalı paytaxtlarından biri sayılan Londonda sağa-sola pul səpməsi, “kef məclisləri qurması”, qeyri-əxlaqi hərəkətləri ilə məşhurdur. Onun Londonun ən məşhur və bahalı barlarından sayılan “The American bar”da çıxardığı “hoqqalar” isə bir başqa aləm imiş. “Virtualaz.org” saytına bu informasiyaları verən Filimonov soyadlı tələbənin dediklərindən belə məlum olur ki, Türkel Kərimli bu bahalı barı “su yolu”na çevirib. Və oradakı məşğuliyyətinin xırdalıqlarını isə oxuculara elə şəkillər də “danışır”.
Bəli, özü haqqında “böyük siyasətçi” obrazı yaratmağa çalışan, xalqın adından danışmağı özünə peşə seçən, öz yalanlarını ictimai fikrə sırımaq istəyən Əli Kərimli, yəqin ki, oğlunun Londondakı əməllərindən də xəbərdardır. Ən azından, kiçik bir cəmiyyət olan ailəsində baş verənlərdən xəbərdar olmaq onun bir nömrəli vəzifəsidir. Hakimiyyətə iddia edən bir şəxs ilk növbədə öz oğlunun həyat tərzini gözdən keçirməlidir.
Ən əsası isə, “xalqın güzəranı” haqqında yalan balladalar düzüb-qoşan Əli Kərimli oğlunun bu bahalı həyat tərzini hansı pullar ilə qarşılayır? Özünün dediyinə görə, 1993-cü ildən rəsmən işləməyən Əli Kərimli hansı pullarla Böyük Britaniyada oxutduğu oğlunun meşşan həyatını maliyyələşdirir? Bu sualların cavabı isə məlumdur. Əli Kərimli xəyanət qarşılığında ermənipərəst dairələrdən aldığı pullarla oğul Kərimlinin bahalı həyat tərzinin əvəzini ödəməkdədir.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30

