/ / Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2018-ci yubiley ilində Azərbaycan diasporunun qarşısında duran vəzifələrdən danışıb
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2018-ci yubiley ilində Azərbaycan diasporunun qarşısında duran vəzifələrdən danışıb
28.02.2018 [10:04]
Xəbər verdiyimiz kimi, fevralın 27-də Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçirilib. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qurultayda çıxış edib.
Əli Həsənov 2018-ci ilin Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini xatırladaraq, bununla əlaqədar Azərbaycan diasporunun qarşısında duran əsas vəzifələr üzərində ətraflı dayanıb. O qeyd edib ki, yüz il bundan əvvəl İslam və türk dünyasında ilk demokratik cümhuriyyətin elan edilməsi, həmçinin 1991-ci ildə dövlət müstəqilliyinin bərpası XX yüzillikdə Azərbaycan xalqının ən böyük nailiyyətləri olub. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadi və siyasi cəhətdən möhkəmlənib, sosial sahədə böyük uğurlar qazanıb və bu gün Ümummilli liderin siyasəti uğurla davam etdirilir. Bu uğurun başlıca şərti ümummilli birliyə nail olmağımız, Azərbaycan cəmiyyətinin dövlətçilik və azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsidir.
Prezidentin köməkçisi vurğulayıb ki, ümumxalq dəstəyi və birlik olmasa, heç bir dövlətin ömrü uzun ola bilməz. Bu gün Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutması faktı Azərbaycan iqtidarının indiki fəaliyyət kursunun xalq tərəfindən tamamilə dəstəklənməsinə parlaq sübutdur.
Əli Həsənov deyib: “Yubiley ili olan 2018-ci ildə Azərbaycan diasporuna məsul bir vəzifə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri və mahiyyəti barədə dünya ictimaiyyətini daha da məlumatlandırmaq, habelə erməni lobbisinin fəaliyyətini neytrallaşdırmaq vəzifəsi həvalə edilib”.
Prezidentin köməkçisi xatırladıb ki, daşnaklar 100 il bundan əvvəl də Azərbaycan xalqına qarşı soyqırımı törədiblər. O deyib: “Bu, elə bir mövzudur ki, diaspor heç bir halda ona diqqəti azaltmamalıdır”.
Əli Həsənov çıxışının sonunda bu gün, xüsusən Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı, həmçinin Azərbaycanın dinamik inkişafı, sosial-iqtisadi sahədə uğurları və xarici siyasətdə nailiyyətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məsələsində media işçiləri qarşısında duran vəzifələrə də toxunub.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

