/ / “The Hill” nəşrində Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasından bəhs edən məqalə dərc olunub
“The Hill” nəşrində Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasından bəhs edən məqalə dərc olunub
30.12.2017 [01:11]
Amerikada çıxan “The Hill” nəşrində siyasi icmalçı, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Loueri Kontrerasın “Bayram ümidi: Xristianların və müsəlmanların dinc yanaşı yaşamasına bir baxış” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə Azərbaycanda mövcud tolerantlıq, habelə müsəlmanların, xristianların, yəhudi və digər dini icmaların nümayəndələrinin dinc yanaşı yaşamasından bəhs edilir.
Bu yaxınlarda Azərbaycanda səfərdə olmuş Kontreras hələ də həmin səfərin təəssüratı altında olduğunu vurğulayaraq yazır ki, Yaxın Şərqin bəzi müsəlman ölkələrində xristianlara qeyri-tolerant münasibət müşahidə olunduğu halda əhalisinin 95 faizdən çoxu müsəlmanlar olan Azərbaycanda hər addımda Milad bayramı atributlarına rast gəlmək olar.
Amerikalı müəllif bu yaxınlarda Azərbaycanda olub, Bakıda keçirilmiş “2017 - İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda iştirak edib. Bütün dünyadan, o cümlədən ABŞ, Yaponiya, İndoneziya, Hindistan, Mərkəzi Asiya, Rusiya, Pakistan, Bosniya və Herseqovina, Yunanıstan, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Vatikan və Avropanın bir sıra ölkələrindən olan ekspertlərin və din xadimlərinin iştirak etdiyi konfransda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Kontreras yazır ki, Prezident Əliyev öz nitqində ölkədə mövcud olan tolerantlıq barədə, həmçinin Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi ilə nəticələnmiş erməni təcavüzü və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə Ermənistanın hələ də etinasızlıq göstərməsi haqda danışıb.
Kontreras qeyd edir ki, Azərbaycan başqa dinlərə və etnik qruplara tolerant münasibəti ilə məşhurdur. Azərbaycanda müxtəlif dini icmaların mövcud olmasından söhbət açan amerikalı ekspert Bakıda Rus Pravoslav Kilsəsini, katoliklərin kilsəsini, müsəlman məscidlərini, habelə yəhudi sinaqoqunu ziyarət etməsini xatırlayaraq yazır ki, Bakıdan bir qədər şimalda bir-birinin yaxınlığında yerləşən iki sinaqoqda və məsciddə olub.
Azərbaycan cəmiyyətində tolerantlığın yüksək səviyyədə olmasını, Azərbaycan rəhbərliyinin bu ölkədə multikonfessionallığa göstərdiyi diqqəti vurğulayan Kontreras yazır ki, Bakıda erməni kafedral kilsəsi və orada toplanmış, qədim erməni dilində olan 5000-dən çox kitab Azərbaycan hökumətinin dəstəyi ilə qorunub saxlanılır.
Ekspert öz məqaləsinin sonunda yazır ki, Azərbaycanda başqa dinlərə bu cür diqqət yetirilməsi onu çox mütəəssir edib və hər halda bizim planetdə sülhün bərqərar olacağına ümid var.
Xəbər lenti
Hamısına baxGündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

