/ / Nurlana Əliyeva: Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsilin inkişafına birinci dərəcəli strateji xətt kimi əhəmiyyət verir
Nurlana Əliyeva: Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsilin inkişafına birinci dərəcəli strateji xətt kimi əhəmiyyət verir
26.08.2017 [10:11]
“Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın öz Vətəninə, xalqına və dövlətinə böyük məhəbbət və rəğbətdən qaynaqlanan fəaliyyəti dərin ictimai məzmun daşıyır. Bu fəaliyyət müxtəlif sahələri əhatə edir, həm ölkə həyatının bütün sahələrində mühüm inkişaf göstəricilərinin əldə olunmasında, həm də ölkə sərhədlərindən kənarda Vətənimizin ləyaqətlə təmsil edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva deyib.
Nurlana Əliyeva bildirib ki, Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan təhsilinin tərəqqisi xüsusi yer tutur. Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsilin inkişafına birinci dərəcəli strateji xətt kimi əhəmiyyət verir: “Yarandığı vaxtdan Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt Bakıda və bölgələrimizdə çoxlu sayda körpələr evinin, uşaq bağçasının, xüsusi təyinatlı uşaq müəssisələrinin yüksək səviyyədə təmir olunması, yenidən tikilməsi də Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyasının ifadəsidir. Heydər Əliyev Fondunun yüksək səviyyədə reallaşdırılan bir neçə layihə ilə təhsilə dəstək verməsi də Mehriban xanım Əliyevanın uşaqlara, gənc nəslə böyük qayğısının ifadəsidir. Qeyd edim ki, ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihələri həyata keçirilir ki, bu da cəmiyyətdə böyük rəğbət və məmnunluqla qarşılanır. Bildiyimiz kimi, son 13 ildə ölkəmizdə 3 mindən artıq müasir standartlara cavab verən, yüksək maddi-texniki təchizatla təmin edilmiş məktəblər tikilib istifadəyə verilib. Eləcə də əsaslı şəkildə təmir olunub. Bunların sırasında “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ərsəyə gələn, gənclərimizin təlim-tərbiyəsində bu günümüzün tələblərinə cavab verən, yüksəksəviyyəli, kamil gənclər yetişdirən məktəblərin sayı yüzlərlədir.
Eləcə də Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Fond bu layihə vasitəsilə başqa ölkələrdə də xeyirxahlıq missiyası həyata keçirir. Belə ki, “Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulub və əsaslı təmir olunub. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən sonra dağılmış qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu və önəmli layihələrdəndir. Məhz bütün bunların nəticəsində də Mehriban xanımın genişmiqyaslı və xoşməramlı fəaliyyəti bütün dünyada böyük rəğbətlə qarşılanır. İnsanlıq naminə, inkişaf naminə, gəncliyin sabahı naminə Fondun həyata keçirdiyi unikal layihələrin sayı onlarladır”.
Rektor qeyd edib ki, Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu müasir Azərbaycan gəncliyini güclü dövlət naminə səfərbər edən və cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilən, Heydər Əliyev dühasına layiq bir məkandır. Onun sözlərinə görə, Fond gənclərimizin xarici ölkələrdə təhsil alması prosesinə də böyük dəstək verir: “Mehriban xanım Əliyeva mənim sevimli müəllimim Mircəlal Paşayevin nəvəsidir. Mircəlal Paşayev “Bir gəncin manifesti” əsərində Azərbaycanda hər cür himayədən məhrum, yurdsuz-yuvasız uşaqların taleyinə acıyaraq onların faciələrini bütün dünyaya yaymaq istəyirdi. Bu gün isə Mehriban xanım Əliyeva xoşbəxt Azərbaycan gəncliyinin manifestini yazır. Bu gün Azərbaycan məktəbləri Vətənimizin, xalqımızın milli-mənəvi dünyasının üstünlüklərini gəncliyimizə çatdıran, təlqin edən, övladlarımızın təlim-tərbiyəsi ilə məşğul olan, onlara vətənpərvərlik hissləri aşılayan müqəddəs məbəddir. Məktəblərimizdə təhsil alan gənclərimiz Mehriban xanım Əliyevanın unikal fəaliyyətini görür və dəyər verir, öz mədənyyətini, tarixini və bunları yaradan insanların və hadisələrin qədrini bilir və özləri də bu hadisələrə və tariximizə töhfə vermək, dayaq olmaq istəyirlər. Onlar dünyanın ən reytinqli universitetlərində təhsil almağı bacarırlar. Çünki bunun üçün şəxsi nümunə, istiqamət, yol göstərən, ənənə qoyan var. Bütün bunlar pedaqoji-tərbiyəvi əhəmiyyətə malik məsələlərdir ki, bu məsələlər bütöv bir cəmiyyətin tərbiyəsində hərəkətverici qüvvəyə çevrilib. Bu hərəkətverici qüvvə gəncliyimizi yüksək vətənpərvərlik və ali duyğularla tərbiyə edir. Bu gün erməni aqressivliyinə və bütün düşmənlərə qarşı mübarizədə Azərbaycan gəncliyinin, Azərbaycan əsgərinin söykəndiyi mənəvi dəyərlər vardır. Onlar ruhsuz, inamsız, əqidəsiz düşmən ordusunun əsgərlərindən fərqli olaraq Ana, Vətən, müqəddəs İslam nümunəsinə söykənərək Mehriban Əliyevanın Vətən naminə genişmiqyaslı fəaliyyətinə böyük inam bəsləyirlər və bu fəaliyyətdən ilham alırlar. Bu amil bütün gəncliyimizə, əsgərlərimizə, analarımıza lazım gələrsə vətən uğrunda şəhidlik əqidəsi aşılayır ki, buna qarşı dünyada heç bir silah yoxdur. Bu, vətənpərvərlik, Vətənimizə xidmət əqidəsidir! Bu, məktəblərimizin gəncliyə aşıladığı yüksək bilik, mədəniyyət və milli-mənəvi dəyərlərimizə məhəbbətdən yaranır”.
Bir müddət öncə Bakı Slavyan Universitetinin nümayandə heyətinin Bolqarıstana səfər etdiyini xatırladan rektor bildirib ki, səfər zamanı bu ölkənin Sofiya Dövlət Universitetində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin mədəniyyət və tədris mərkəzi ziyarət edilib: “Biz səfər çərçivəsində Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş “Trapezitsa” Memarlıq Muzey-Qoruğunda olduq. Bu məkan Bolqarıstanın qədim tarixinin güzgüsünə çevrilib. Bu muzey ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə yaradılıb. Bu addım dünya mədəniyyətinə göstərilən xidmətdir. Bu yüksək mənəvi addımı bizim ölkəmizin birinci xanımı nümayiş etdirib. Bu, ləyaqət, bu yüksək mənəviyyat, əsl multikulturalizmin göstəricisidir. Bolqarıstanın vitse-prezidenti İliyona Yotova nümayəndə heyətimizlə görüşündə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu xeyirxah addımını, onun eləcə də Vatikanda, Fransada və digər Avropa dövlətlərində reallaşdırdığı layihələri mültikurturalizmin yüksək nümunəsi adlandırıb. Təbii ki, bu fəaliyyət bizim gənclərimizə də vacib məsələləri təlqin edir. Yəni Mehriban Əliyevanın bu yöndəki genişmiqyaslı fəaliyyətini Azərbaycan gənclərinə təlqin etdiyi tərbiyənin şəxsi nümunəsi hesab etmək olar”.
Nurlana Əliyevanın fikrincə, məhz Azərbaycanda uğurlu təhsil siyasətinin nəticəsidir ki, bu gün gənclərimiz öz bilik və bacarıqları ilə beynəlxalq miqyasda da ölkəmizi layiqincə təmsil edirlər. Şübhəsiz ki, bu baxımdan nailiyyətlərimiz getdikcə daha böyük vüsət alacaq. “Bu gün Heydər Əliyev dühası Onun ailəsinin üzvlərinin geniş ictimai-siyasi fəaliyyətində də özünü yüksək səviyyədə büruzə verir. Yəni tərbiyə və şəxsi nümunə hər cür təbliğatdan, təşviqatdan çox yüksəkdə dayanan amillərdir. Bu baxımdan, Mehriban Əliyevanın fəaliyyəti bu gün həm Azərbaycan gəncliyi, həm də bütün Azərbaycan cəmiyyəti üçün bir örnəkdir. Bu örnək Azərbaycan tərbiyəsini, mentalitetini, Azərbaycan məktəbini gündən-günə ucaldan, ərsəyə gətirən, öz şəxsi nümunəsi ilə bütün bunlara örnək və dəstək olan böyük bir idealdır”, - deyə Nurlana Əliyeva vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
01 İyun 10:02
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

