Bölgələrin sosial-iqtisadi yüksəlişi göstərir ki, Azərbaycan uğurla inkişaf edir
24.08.2017 [09:46]
Prezident İlham Əliyev: ... Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bu gün biz bütün rayonlarda inkişaf, tərəqqi görürük, insanların işlə təmin olunması məsələsi öz həllini tapır, işsizlik çox aşağı səviyyədədir
Hazırda bütün dünyada nümunə kimi qəbul edilən inkişafın Azərbaycan modelinin səciyyəvi cəhətlərindən söhbət açarkən ölkənin regionlarının tarazlı şəkildə inkişaf etdirilməsinin strateji kurs kimi müəyyənləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Son 13 ildə reallaşdırılan məqsədyönlü siyasət sayəsində ölkəmizdə yaranan yeni müsbət reallıqlardan biri ondan ibarətdir ki, paytaxtla bölgələr arasında fərq aradan qalxıb.
Bölgələrin sürətli inkişafında müvafiq Dövlət proqramlarının böyük rolu var
Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Və hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Bəhs olunan Dövlət proqramlarına uyğun olaraq müxtəlif istiqamətləri əhatə edən layihələr yalnız paytaxt Bakıda və yaxud iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində reallaşdırılır. Nəticədə, ölkənin potensialından daha səmərəli istifadə olunur, regionlarda iqtisadi aktivlik artır və işsizlik problemi həllini tapır, insanların sosial təminatları getdikcə güclənir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişib, regionları da iqtisadi güc amilinə çevirib. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. Müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində regionlarda güclü sahibkarlar ordusu formalaşıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14 dəfədən çox artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Son 13 ildə Azərbaycanın bölgələrinin dinamik inkişafını Prezident İlham Əliyevin bu günlərdə səfər etdiyi Göygöl, Samux, Şəmkir, Gədəbəy rayonlarının timsalında da aydın görmək mümkündür. Bütün ölkə boyu olduğu kimi, bəhs olunan rayonlarda da sosial-iqtisadi infrastruktur obyektlərinin inşası, abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Bir neçə il bundan əvvəl Göygöldə 150 çarpayılıq rayon mərkəzi xəstəxanası, Olimpiya İdman Kompleksi, kənd yolları, sənaye obyektləri istifadəyə verilib. Bu gün Göygöl rayonunda qazlaşdırmanın səviyyəsi təxminən 70 faizə yaxındır və bu istiqamətdə işlər davam etdirilir. Rayonda elektrik enerjisi ilə bağlı problemlər öz həllini tapır. Prezident İlham Əliyevin rayona səfəri çərçivəsində burada 3 meqavat gücündə yeni su elektrik stansiyasının açılış mərasimi keçirilib.
Dağlıq ərazidə yerləşən Gədəbəy rayonu da son illərdə quruculuq-abadlıq meydanına çevrilib. Rayonda kənd yollarının tikintisi, qazlaşdırma, enerji təminatının yaxşılaşdırılması layihələri uğurla davam etdirilir. Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib. Layihə çərçivəsində şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün ümumi həcmi 5500 kubmetr olan 7 su anbarı, 14,8 kilometr uzunluğunda magistral su kəməri və digər köməkçi infrastruktur inşa edilib. Bundan başqa, Gədəbəy şəhərində inşası planlaşdırılan 81 kilometr uzunluğunda paylayıcı su şəbəkəsinin, şəbəkədaxili iki nasos stansiyasının tikintisi başa çatıb, 2300 evə birləşmə verilib və sayğaclar quraşdırılıb. Yeni yaradılan su təchizatı sistemi ilə Gədəbəy şəhərinə fasiləsiz suyun verilməsi təmin edilib.
Prezident İlham Əliyevin rayona səfəri çərçivəsində həmçinin 110/35/10 kilovoltluq yeni “Gədəbəy” elektrik yarımstansiyası istifadəyə verilib. Bəhs olunan yarımstansiya, həmçinin layihə çərçivəsində reallaşdırılan digər işlər nəticəsində rayonun enerji təzhizatında dayanıqlılıq əhəmiyyətli dərəcədə artacaq.
Son illərdə Şəmkir və Samux rayonları da respublikanın dinamik inkişaf edən rayonları sırasına daxil olub. Hər iki rayonda sosial infrastrukturun yenilənməsi böyük vüsət alıb. Prezident İlham Əliyev bəhs olunan rayonlarda da insanların rahatlığına və iqtisadi inkişafa xidmət göstərəcək yeni obyektlərin, o cümlədən “Azərxalça”nın Şəmkir filialının, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin, Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin, Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun, Samux rayonunda 110/35/10 kV-luq “Yenikənd” yarımstansiyasının və digər obyektlərin açılışında iştirak edib, həmçinin Samux Aqroenerji Yaşayış Kompleksi ilə tanış olub.
Deyilənlərdən də göründüyü kimi, müvafiq Dövlət proqramlarının uğurla həyata keçirilməsi ölkəmizin bölgələrinin dinamik inkişafını təmin edir. Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında yaradılan şəraitlə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında bəhs olunan Dövlət proqramlarının uğurla yerinə yetirilməsi sayəsində ölkəmizdə yaranan müsbət reallıqlardan məmnunluğunu bildirərək vurğulayıb: “Rayonun sosial-iqtisadi inkişafı əslində onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir. Çünki regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bu gün biz bütün rayonlarda inkişaf, tərəqqi görürük, insanların işlə təmin olunması məsələsi öz həllini tapır, işsizlik çox aşağı səviyyədədir. Son illərdə görülən tədbirlər nəticəsində işsizliklə bağlı daha da önəmli addımlar atılır və insanların məşğulluğu artır. Göygöldə iyirmidən çox yeni məktəb tikilib, iyirmidən artıq məktəb əsaslı təmir olunub. Yəni, hərtərəfli inkişaf təmin edilir və əlbəttə, biz gələcək illərdə növbəti addımlar atmalıyıq ki, inkişaf dayanıqlı olsun”.
Respublikada aqrar sahənin intensiv inkişafı üçün zəruri tədbirlər görülür
Ölkəmizdə müvafiq Dövlət proqramlarına əsasən regionların sosial-iqtisadi inkişafının təmin edilməsi həmçinin bölgələrdə qeyri-neft sektorunun mühüm bir qolu olan aqrar sektorda istehsal imkanlarının genişlənməsini şərtləndirib. Belə ki, son illərdə respublika miqyasında kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir. Prezident İlham Əliyev ölkəmizdə kənd təsərrüfatının prioritet sahə olduğuna diqqət çəkərək bildirib: “Hazırda kənd təsərrüfatı bizim üçün prioritet sahədir. Son illər ərzində kənd təsərrüfatı sahəsində çox böyük işlər görülübdür. Həm bitkiçilikdə, həm heyvandarlıqda, ümumiyyətlə, kənd təsərrüfatında artım təmin edilir”.
Ölkədə kənd təsərrüfatının inkişafının diqqət mərkəzində saxlanılması heç də təsadüfi deyil. Azərbaycanın bölgələrində aqrar sektorun böyük inkişaf potensialı var. Bir sıra sahələrdə ənənələri dirçəltməklə, əmək ehtiyatlarından, torpaqlardan daha səmərəli istifadə etməklə kənd təsərrüfatında iqtisadi aktivliyi, istehsal həcmlərini artırmaq münkündür. Aqrar sektorun inkişafı, eyni zamanda, ciddi sosial əhəmiyyət daşıyır, regionlarda əhalinin məşğulluğunun təmin olunmasına müsbət təsir göstərir. Məlumdur ki, son illərdə ölkəmizdə işsizlik probleminin həlli üçün önəmli addımlar atılır və insanların məşğulluğu artır. Məşğulluq kimi ciddi sosial problemin həllinə həmçinin aqrar sektorun inkişafı müsbət təsir göstərir. Respublika miqyasında kənd təsərrüfatında sürətli inkişaf gedir və bunun nəticəsidir ki, kəndlərdə, demək olar ki, iş axtaran yoxdur. Hazırda aqrar sektorda çalışanlara verilən vəsaitin həcmi də artır. Qarşıya belə tapşırıq qoyulub ki, kəndlilər, muzdla işləyənlər yaxşı maaş almalıdırlar ki, onların gəlirləri tələbatlarını tam ödəsin.
Məmnunluq hissi ilə vurğulamaq yerinə düşər ki, ölkəmizdə aqrar sektorun inkişafına göstərilən diqqət artıq öz bəhrəsini verir. Cari ilin birinci yarısında bu sahədə 2,2 faiz artıma nail olunub ki, bu da kifayət qədər yaxşı göstəricidir. Eyni zamanda, aqrar sektorda yeni ixrac imkanları yaranıb. İxracın artmasını görülən işlərin nəticəsi kimi səciyyələndirən Prezident İlham Əliyev deyib: “Bu ilin altı ayında kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artmışdır. Bu, görülən işlər nəticəsində mümkün olub. Hazırda 40-a yaxın yeni aqropark yaradılır. Əlbəttə, biz bu aqroparkların fəaliyyəti nəticəsində istehsalı artıracağıq”.
Azərbaycanın coğrafi-iqlim xüsusiyyətləri aqrar sektorda ixracın həcmini daha da artırmağa imkan verir. Onu da vurğulamaq yerinə düşər ki, respublikamız bir sıra böyük istehlak bazarları ilə əhatə olunub. Həmin bazarlarda respublikamızda buraxılan yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsullarını yaxşı tanıyır və yüksək qiymətləndirirlər. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, biz indi ənənəvi sahələri bərpa etməklə daha da böyük potensial yaradacağıq: “Bizim kənd təsərrüfatı məhsullarımızın ixrac potensialı çoxşaxəlidir. Bu, bizim böyük xoşbəxtliyimizdir. Çünki bizim 9 iqlim zonamız var. Bizdə həm meyvə-tərəvəz, həm tütün, pambıq, üzüm, spirtli içkilər, fındıq, badam, çay, sitrus meyvələri, yəni, hər şey var. Sadəcə olaraq, gərək biz bu təbii imkanlardan düzgün istifadə edək, istifadə edirik və son illərdə kənd təsərrüfatı sahəsində çox böyük inkişaf var. Biz indi ənənəvi sahələri bərpa etməklə daha da böyük potensial yaradacağıq”.
Prezident İlham Əliyevin regionlara son səfəri çərçivəsində keçirdiyi görüşlərdə xüsusi olaraq bildirilib ki, bundan sonra ölkəmizdə aqrar sektor elmi yanaşmalar əsasında inkişaf etdiriləcək. Qarşıda duran əsas vəzifə mövcud torpaq fondundan istifadə edərək məhsuldarlığı artırmaqdır. Bu baxımdan dövlət başçısının iştirakı ilə istifadəyə verilən Respublika Süni Mayalanma Mərkəzi, zona baytarlıq laboratoriyası, “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi kimi yüksək təchizata malik yeni kənd təsərrüfatı müəssisələrinin önəmini xüsusi qeyd etmək lazımdır. Onu da vurğulayaq ki, hazırda respublikanın 12 bölgəsində xüsusi kənd təsərrüfatı laboratoriyaları yaradılır.
Regionlarda yeni sənaye müəssisələrinin yaradılması həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır
Azərbaycanın sənaye quruculuğunda yeni istiqamətlərindən biri texnoparkların, regionlarda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Hazırda Mingəçevirdə “Yüksək Texnologiyalar Parkı”nın yaradılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin Fərmanı ilə Mingəçevir şəhərində 1,3 hektar torpaq sahəsində “Yüksək Texnologiyalar Parkı”nın yaradılması qərara alınıb. Park innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin tətbiqi üzrə işləri həyata keçirəcək.
Şəmkir rayonunda Zəyəm Texnologiyalar Parkının fəaliyyəti ölkəmizdə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istiqamətlərin də uğurlu inkişafına daha bir nümunədir. Zəyəm Texnologiyalar Parkı ASC-nin əsas fəaliyyəti neft çənlərinin, metro tunellərinin tikintisində istifadə olunan əyri metal təbəqələrin, qalın boruların, yeraltı və yerüstü çənlərin, habelə böyükqabaritli metal konstruksiyaların, istilik qazanlarının, qaldırıcı qurğuların, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıqlarının, müasirtipli istixana komplekslərinin metal konstruksiyalarının istehsalından ibarətdir.
Regional sənaye quruculuğuna göstərilən yüksək siyasi iradəyə uyğun olaraq hazırda respublikanın ayrı-ayrı bölgələrində sənaye məhəllələrinin yaradılması istiqamətində intensiv iş aparılır. Sənaye məhəllələri yaradılarkən bölgələrin ənənələri və mövcud iqtisadi potensialı əsas götürülür. Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Neftçalada yaradılan sənaye məhəlləsində Azərbaycan brendi ilə avtomobillər hazırlanacaq, balıq yemi və digər məhsullar istehsal olunacaq.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən respublikanın digər bölgələrində də yeni sənaye məhəllələri yaradılacaq. Prezident İlham Əliyev regionlara son səfəri çərçivəsində yeni sənaye müəssisələrinin açılışında şəxsən iştirak edib. Dövlət başçısının açılışına qatıldığı “Gədəbəy Mineral Suları” MMC-nin limonad zavodunun illik istehsal gücü 6 milyon litrdir. Gədəbəy rayonunun Zəhmət kəndində, iki hektar ərazidə fəaliyyətə başlayan və ümumi dəyəri 4 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,6 milyon manat güzəştli kredit verilib.
Regionlarda yaradılan belə müəssisələrin iqtisadi önəmi ilə yanaşı, sosial baxımdan əhəmiyyəti də böyükdür. Yerli sakinlər bu müəssisələrdə məmnuniyyətlə çalışaraq yüksək gəlir əldə edirlər. Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında bildirib ki, regionlarda yaradılacaq xalçaçılıq müəssisələrində əksəriyyəti qadınlar olmaqla 5 mindən çox insan işlə təmin olunacaq: “Bir müddət bundan əvvəl mənim sərəncamımla “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin qarşısında vəzifə qoyulmuşdur ki, tezliklə ölkəmizin bütün bölgələrində xalça fabrikləri yaradılsın. Bu il 10 fabrik, gələn il də 10, 2019-cu ildə də əlavə 10 fabrik yaradılacaq. Beləliklə, Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq. Bu fabriklərdə 5 mindən çox insan, - onların mütləq əksəriyyəti qadınlar olacaq, - daimi işlə təmin ediləcək”.
Şəmkir-Samux-Goranboy su kanalı minlərlə hektar torpağın su təminatının yaxşılaşmasına imkan yaradıb
Son illərdə Azərbaycan özünün su təhlükəsizliyini təmin etmək məqsədilə genişmiqyaslı layihələr həyata keçirir. Dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay, Tovuzçay kimi nəhəng su anbarlarının yaradılması, Öğuzdan Bakıya yeni su kəmərinin çəkilməsi və digər layihələr Azərbaycan dövlətinin ölkənin su təminatının möhkəmləndirilməsinə verdiyi önəmi ifadə edir. Bəhs olunan su layihələrinin reallaşdırılması sayəsində həm insanların keyfiyyətli su ilə təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb, həm də regionlarda on minlərlə hektar torpaq sahələri əkin dövriyyəsinə cəlb edilib. Məlumdur ki, Azərbaycanın əkinə yararlı torpaq fondu məhduddur. Etibarlı suvarma sistemi yaratmaqla regionlarda torpaq fondundan daha səmərəli istifadə etmək mümkündür. Qeyd edək ki, cari ildə daha 100 min hektardan çox torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulub ki, bu da aqrar sektorda istehsal imkanlarının artırılması baxımından çox önəmlidir.
Prezident İlham Əliyev regionlara son səfəri çərçivəsində həmçinin Şəmkir-Samux-Goranboy su kanalının birinci mərhələsinin açılışında iştirak edib. Layihə çərçivəsində Şəmkirdən Samuxa qədər kanal çəkilib. Nəticədə, 100 min hektardan çox torpağın suvarılması təmin edilib. Perspektivdə kanalın çəkilişi davam etdiriləcək. Çəkiləcək kanal Goranboy, Göygöl rayonlarının ərazisini əhatə edəcək. Prezident İlham Əliyev Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında kanalın qonşu rayonlar üçün də əhəmiyyətli olduğuna diqqət çəkərək deyib: “... Mən, eyni zamanda, Şəmkir-Samux-Goranboy su kanalının birinci mərhələsinin açılışını da qeyd etdim. Bu layihənin də Samux rayonu, qonşu rayonlar üçün çox böyük əhəmiyyəti var. Mənə verilən məlumata görə, vətəndaşlar bu layihənin icrası nəticəsində minlərlə hektar torpağı əkib, becərirlər. On iki min hektar torpaq sahəsinin su təminatı yaxşılaşıb. Bu vaxta qədər suvarılmayan torpaqlarda indi su təminatı vardır. Bu, əlbəttə ki, kənd təsərrüfatının inkişafına böyük təkan verib”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMüsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

