Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ADA Universitetinin XI Yay Enerji Məktəbinin bağlanış mərasimi olub

ADA Universitetinin XI Yay Enerji Məktəbinin bağlanış mərasimi olub

22.07.2017 [10:08]

Xarici işlər naziri Elmar Məmmədyarov iyulun 9-21-də ADA Universiteti tərəfindən təşkil olunan XI Yay Enerji Məktəbinin bağlanış mərasimində çıxış edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Azərbaycanın neft tarixindən və uğurlu enerji diplomatiyasından söz açıb, bu xüsusda Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi və onun mühüm tərkib hissəsi olan TANAP/TAP layihələrini xüsusi qeyd edib. Nazir, həmçinin Xəzərin hüquqi statusu, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, ətraf mühitin qorunması sahəsində beynəlxalq proseslər və digər məsələlər barədə sualları cavablandırıb.
Sonda yay məktəbinin məzunlarına sertifikatlar təqdim olunub.
XI Yay Enerji Məktəbinin builki iştirakçıları sırasında Azərbaycan, Macarıstan, Kolumbiya, Rusiya, ABŞ, İspaniya, Meksika, Malayziya, Çexiya və İsraildən nümayəndələr olub.

Paylaş:
Baxılıb: 490 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31