/ / Baş nazirin müavini Əli Əhmədov Sumqayıt şəhərində fəaliyyət göstərən bir qrup sahibkar və iri vergiödəyicilərinin nümayəndələri ilə görüş keçirib
Baş nazirin müavini Əli Əhmədov Sumqayıt şəhərində fəaliyyət göstərən bir qrup sahibkar və iri vergiödəyicilərinin nümayəndələri ilə görüş keçirib
21.06.2017 [09:20]
Əli Əhmədov: Azərbaycanda bütün sahələrdə əldə edilən nailiyyətlərin əsasında iqtisadiyyatın inkişafı dayanır
Dünən Azərbaycan Respublikasının Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov Sumqayıt şəhərində fəaliyyət göstərən bir qrup sahibkar və iri vergiödəyicilərinin nümayəndələri ilə görüş keçirib. Görüşün mövzusu “Qeyri-formal məşğulluğun mövcudluğuna şərait yaradan obyektiv və subyektiv şərtlər və onun aradan qaldırılması üçün təkliflər” olub.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasətin bütün sahələrin inkişafını şərtləndirdiyini diqqətə çatdırıb. O, ölkəmizdə sahibkarlığın inkişafı üçün dövlət tərəfindən bütün imkanların yaradıldığını bildirib.
Sahibkarlar və iri vergiödəyicilərinin nümayəndələri ilə görüşün əhəmiyyətinə toxunan Baş nazirin müavini Əli Əhmədov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin mart ayının 17-də imzaladığı Sərəncama müvafiq olaraq Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. Ötən müddət ərzində bu sahədə məhz Prezident İlham Əliyevin imzaladığı Sərəncamın mahiyyətindən irəli gələn vəzifələr əsasında işlər aparılıb: “Hər bir ölkənin iqtisadiyyatının istinad etdiyi dayaq nöqtələrindən biri də biznesi quran - təşkil edən, iqtisadiyyatın inkişafına mühüm töhfələr verən iş adamları və onların fəaliyyətidir. Təbii ki, ölkənin iqtisadiyyatı onların fəaliyyətindən kənarda mövcud ola bilməz. Azərbaycan iqtisadiyyatının inkişafı göz qarşısındadır. Biz hər zaman ölkəmizin iqtisadiyyatının son 12 il ərzində 3,5 dəfə artmasının qürurverici hal olduğunu qeyd edirik. Bu müddət ərzində Azərbaycan öz iqtisadiyyatını 250 faizdən artıq artıra bilib. Bu, möhtəşəm bir inkişaf göstəricisidir. Bütün bunların hamısı əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin möhtəşəm uğurlarıdır. Bu nailiyyətlərin əldə olunmasında hər bir Azərbaycan vətəndaşının, o cümlədən də iqtisadi sahədə fəaliyyət göstərən - iqtisadi fəallıq nümayiş etdirən insanların əməyinin, fədakarlığının mühüm rolu var”.
“Azərbaycanda bütün sahələrdə əldə edilən nailiyyətlərin əsasında iqtisadiyyatın inkişafı dayanır”, - deyən Əli Əhmədov əlavə edib ki, iqtisadi inkişaf nəticəsində əldə olunan nailiyyətlər sayəsində Azərbaycanda əhalinin rifahı yaxşılaşıb, yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə enib, 1 milyon 600 mindən çox yeni iş yeri açılıb, əməkhaqları, pensiyalar 3 dəfə artıb, məktəblərin, səhiyyə müəssisələrinin tikintisi həyata keçirilib, qəsəbələr, şəhərlər, kəndlərin siması əsaslı şəkildə dəyişərək olduqca müasirləşib. “Bütün bunların hamısının kökündə iqtisadi inkişaf dayanır. İqtisadiyyatı inkişaf etdirmədən - ölkənin iqtisadi potensialını yüksəltmədən bu nailiyyətləri əldə etmək mümkün olmazdı. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas dayaq nöqtələrindən biri məhz iqtisadiyyatın inkişafıdır. İqtisadiyyatın inkişafı da iqtisadi sferada fəaliyyət göstərən əhalinin fəallıq əmsalının yüksəldilməsi ilə əlaqədardır”, - deyə Əli Əhmədov vurğulayıb.
Azərbaycanın bu zamana qədər iqtisadiyyatın inkişafı istiqamətində təbii resurslardan olduqca səmərəli istifadə etdiyini deyən Baş nazirin müavini Əli Əhmədov əlavə edib ki, Azərbaycan iqtisadiyyatının inkişafında yeni mərhələ başlanıb: “İqtisadiyyatın inkişafı üçün digər resurslara istinad olunması bu istiqamətdə mühüm yerə malikdir. Bu, əsas etibarilə, iqtisadiyyatın diversifikasiyasına nail olmaqdan, eləcə də daha çox tükənməyən resurslara istinad edərək iqtisadi inkişafın davamlılığının təmin olunmasından ibarətdir. Bu həm də bilavasitə iş adamlarının məsuliyyətinin artırılmasını və fəallıq əmsalının yüksəldilməsini tələb edir. Bu gün Azərbaycanda iş adamlarının səmərəli fəaliyyət göstərməsi üçün bütün imkanlar və şərait yaradılıb”.
“Bizi narahat edən məsələlərdən biri də qeyri-rəsmi məşğulluqdur. Azərbaycanda böyük əmək resursları mövcuddur və ölkə əhalisinin 4,6 milyonu iqtisadi cəhətdən fəaldır. Bunlardan 1,5 milyon nəfəri iqtisadi fəaliyyətini rəsmiləşdirib. Digər qisim çalışan insanlar isə bu və ya digər sahədə fəaliyyət göstərən, lakin əmək münasibətlərini qanunvericiliyə uyğun şəkildə tənzimləməyənlərdir. Təbii ki, onlar da Azərbaycan iqtisadiyyatının artımına öz töhfələrini verirlər, amma bu, birincisi, istənilən səviyyədə deyil, ikincisi isə, müvafiq qanunvericiliyin tələblərinin qorunması vasitəsilə həyata keçirilməyib. Nəticə etibarilə, fəaliyyət göstərən insanların təxminən 75 faizi öz əmək münasibətlərini formalaşdırmayıb - əmək müqavilələri bağlamayıb”, - deyə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bildirib.
Baş nazirin müavini deyib ki, əmək münasibətlərinin tənzimlənməməsi, əmək müqavilələrinin bağlanmaması işçilərin hüquqlarının ciddi şəkildə pozulması deməkdir: “İşçilərin əmək münasibətləri tənzimlənmədiyinə görə onlar lazım olan sosial ödənişləri edə bilmirlər. Həmin şəxslər Dövlət Sosial Müdafiə Fonduna lazım olan ödənişləri etmədiyinə görə təqaüd yaşına çatanda pensiya almaq haqqından məhrum olurlar. Yəni bu gün buraxılan bir nöqsan gələcəkdə insanın taleyinə ciddi şəkildə mənfi təsir göstərmiş olur. Bütün bunların hamısı əmək münasibətlərinin pozulmasına və müəyyən neqativ halların meydana çıxmasına səbəb olur”.
Baş nazirin müavini deyib ki, 2016-cı ildə Dövlət Sosial Müdafiə Fonduna 1 milyard 921 milyon manat vəsait daxil olub ki, bu da əmək münasibətləri tənzimlənmiş 1,5 milyon muzdlu işçilər hesabına daxil olan vəsaitdir: “Azərbaycanda əməkhaqqı fondu 9 milyarddır, əgər 9 milyardın dörddə birinin hamısı keçirilsəydi, Dövlət Sosial Müdafiə Fonduna keçirilən vəsaitin məbləği 2 milyard 250 milyon manat təşkil edərdi. Amma işçilərin bir qismi qanunvericilik əsasında məcburi dövlət sosial ödəmələrindən azad olunub, bu ödəmələrə cəlb olunan əməkhaqqı fondu 7 milyard 854 milyon manatdır. 7 milyard 854 milyon manatdan toplanmalı olan vəsait 1 milyard 885 milyon manat məbləğindədir. Qeyd etdiyim kimi, Dövlət Sosial Müdafiə Fonduna 2016-cı ildə toplanan vəsait isə 1 milyard 921 milyon manatdır. Fərq isə 36 milyondur. Bu 36 milyon manat vəsait iqtisadi cəhətdən fəal olan 4,6 milyon əhalinin əmək fəaliyyəti tənzimlənməyən hissəsindən toplanıb. Yəni 3 milyondan yuxarı işləyənlərin Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial siğortası kimi köçürdükləri vəsait 36 milyon manata bərabərdir”.
“Hökumətin istəyi ondan ibarətdir ki, iş adamları, sahibkarlar işə götürdükləri şəxslərin əmək hüquqlarını təmin etsinlər, əmək münasibətləri tənzimlənsin ki, işləyənlər gələcəkdə təqaüd yaşına çatdıqda pensiya ilə bağlı problemlər yaşamasınlar”, - deyə Əli Əhmədov bildirib.
Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi üçün yeni konseptual bazanın yaradıldığını deyən Baş nazirin müavini əlavə edib ki, bu, ölkəmizdə işgüzar fəallığı daha da artıracaq, sahibkarlıq daha çox inkişaf edəcək. Sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin formalaşdırılması üçün bütün imkanların yaradıldığını bildirən Əli Əhmədov vurğulayıb ki, sahibkarlar da öz növbəsində Azərbaycanın iqtisadi inkişafının davamlı olmasına, iqtisadi potensialın artırılmasına öz töhfələrini verməlidirlər.
Sonda sahibkarların sualları dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

