Koreya Respublikası məcburi köçkünlərlə bağlı layihələr həyata keçirməyi planlaşdırır
08.06.2017 [10:14]
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyunun 7-də Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Choi Yonjaenlə görüşüb.
Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə diplomatik nümayəndələrin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə təşkil edilmiş səfərində iştirak etdiyinə görə səfirə təşəkkürünü bildirib.
Baş nazirin müavini Əli Həsənov bütün sahələr üzrə ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu diqqətə çatdıraraq münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı Koreyanın ölkəmizdə fəaliyyət göstərən Şərq Təbabəti Klinikası, “For You” Beynəlxalq Humanitar İctimai Birliyinin, Koreyanın Azərbaycandakı səfirliyinin və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib və bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını diqqətə çatdırıb.
Görüşdə Əli Həsənov, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinin Koreya Respublikası tərəfindən dəstəklənməsinin vacibliyini bildirib.
Səfir Kim Çanq-gyu Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını diqqətə çatdırıb və Azərbaycan Prezidentinin fəal və sülhsevər siyasət həyata keçirdiyini yüksək qiymətləndirib.
Ölkələrimiz arasında bir sıra sahələrdə, o cümlədən mədəni məsələlərdə oxşarlıqların olmasına toxunan səfir Altay dil qrupuna aid ölan ölkələrin arasında birliyin yaranmasının gələcəkdə öz nəticəsini göstərəcəyinə əminliyini qeyd edib.
Koreyalı diplomat ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində öz köməyini əsirgəməyəcəyini və bunun üçün səylərinin artırılacağını diqqətə çatdırıb.
Səfir Kim Çanq-gyu ötən dövrlərdə məcburi köçkünlərə dəstək üçün həyata keçirdikləri layihələrin bu gün müsbət nəticələri olduğunu vurğulayıb və cari ildə də bir sıra tədbirlərin planlaşdırıldığını bildirib.
İki ölkə arasında siyasi sahədə əməkdaşlıqla bağlı komissiyanın yaradıldığını deyən səfir, eyni zamanda, tibb, kənd təsərrüfatı, informasiya texnologiyaları və turizm sahəsində də müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb.
Dünyada gedən ictimai-siyasi proseslərdən danışan Əli Həsənov qeyd edib ki, Altay dil qurupuna aid olan ölkələrin həmrəyliyi daha səmərəli olar. Bu gün dünyada güclülər öz güclərini nümayiş etdirirlər və yeni coğrafi ərazilərə, təbii sərvətlərə, xüsusən enerji resurslarına sahib çıxmaq üçün mübarizə aparırlar. Nəticədə isə kiçik dövlətlər, xalqlar və günahsız insanlar əziyyət çəkirlər.
Ancaq Azərbaycan Prezidenti İlham Əliyev isə daimi sülhsevər siyasət yeridir, ölkələri həmişə həmrəyliyə dəvət edir və bütün ölkələrlə bərabər əməkdaşlıq siyasəti həyata keçirir. Bu günlərdə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları bunun bir daha əyani sübutu olub.
Xəbər lenti
Hamısına baxGündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45

