Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ-Azərbaycan münasibətləri yeni mərhələdə

ABŞ-Azərbaycan münasibətləri yeni mərhələdə

01.06.2017 [10:19]

Donald Trampın prezident seçilməsindən sonra müşahidə olunan keyfiyyət dəyişiklikləri iki ölkə arasında qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutur
Müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz milli maraqları əsasında uğurla təmsil olunur, etibarlı strateji tərəfdaş kimi tanınır. Həyata keçirilən uğurlu xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ümumiyyətlə, sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın pozitiv beynəlxalq imicinin möhkəmlənməsinə müstəsna töhfələr verir. Eyni zamanda, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. Bundan başqa, ölkəmiz qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir.
Bütün bunların qanunauyğun nəticəsi kimi, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla əməkdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Azərbaycan hazırda mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri üçün də strateji əhəmiyyət daşıyır.
Donald Tramp Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır
Yeri gəlmişkən, dünya siyasətini müəyyənləşdirən güc mərkəzlərindən biri olan Amerika Birləşmiş Ştatları da ölkəmizlə əməkdaşlığa müstəsna əhəmiyyət verir, eləcə də Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırır. ABŞ Azərbaycanla əməkdaşlığın siyasi, iqtisadi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu ifadə edir. Məhz ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubları da bunu aşkar şəkildə ifadə edir.
Ümumiyyətlə, Donald Tramp prezident seçildikdən sonra ABŞ-Azərbaycan münasibətlərində yeni dönəm başlanıb. Bu mərhələ, əsas etibarilə, iki başlıca məqamı ehtiva edir: birincisi, D.Trampın bəyan etdiyi kimi, ABŞ əvvəlki dövrlərdə olduğu kimi öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. ABŞ Prezidenti digər ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi qarşısına məqsəd qoyur. İkincisi isə, bu siyasət Barak Obamanın dövründə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan neqativ hallar və soyuqluğun aradan qaldırılmasını, iki ölkə arasında faydalı və bərabərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutur.
Beləliklə, ölkələr arasındakı əməkdaşlıq münasibətləri qarşılıqlı-faydalı işbirliyinə əsaslanır. Hazırkı mərhələdə hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar milli maraqlar sisteminin qarşılıqlı faydalı əlaqələr üzərində uzlaşdırılmasıdır.
ABŞ Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləyir
Qeyd etdiyimiz kimi, Prezident D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətlərdə əks olunmuş fikirlər ölkələr arasında ikitərəfli münasibətlərin yeni dönəminin başlandığına işarə edir. D.Tramp həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirib. ABŞ Prezidenti Azərbaycanı Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşı hesab edir və son 25 ildə qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin daha da gücləndirilməsini arzu edir. D.Tramp Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləyir və alqışlayır, habelə iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyir. Bunlarla yanaşı, ABŞ Prezidenti Azərbaycan və Amerika xalqlarının rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını səmimiyyətlə arzulayır. Siyasi əməkdaşlıqdan bəhs edərkən isə qeyd etmək lazımdır ki, ABŞ Azərbaycan xalqının yanındadır, təhlükəsizlik, iqtisadi işbirliyi və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərin daha da möhkəmləndirilməsinə sadiqdir.
Bir sözlə, Donald Tramp Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi tərəfdarıdır. Bu isə onu deməyə əsas verir ki, ikitərəfli münasibətlər yaxşı perspektivə malikdir, tərəflər arasında əməkdaşlığın uğurla davam və inkişaf etdirilməsi həm iki ölkə, həm də region üçün strateji əhəmiyyət kəsb edir.
Azərbaycanın çoxşaxəli və praqmatik enerji siyasəti Birləşmiş Ştatlar tərəfindən yüksək qiymətləndirilir
O da qeyd edilməlidir ki, Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş etməsi Birləşmiş Ştatlar tərəfindən yüksək qiymətləndirilir. Vurğuladığımız kimi, Vaşinqton ölkəmizi regional təhlükəsizliyin qarantı hesab edir və bu istiqamətdə əməkdaşlığın önəmini xüsusi vurğulayır. Eyni zamanda, təhlükəsizlik kontekstində ABŞ-la Azərbaycanın strateji tərəfdaşlığını uğurlu edən faktorlardan biri də rəsmi Bakının beynəlxalq terrorizmlə mübarizədə, həmçinin qlobal sülhyaratma prosesində Vaşinqtona yüksək səviyyəli dəstək verməsidir. Buna paralel olaraq ABŞ və Azərbaycan birgə səylərlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırlar.
Bunlarla yanaşı, ölkəmizin regional təhlükəsizliyə mühüm töhfələr verən uğurlu enerji siyasəti də Birləşmiş Ştatlar tərəfindən olduqca yüksək qiymətləndirilir. Əlbəttə ki, bu təsadüfi deyil, çünki regional əməkdaşlıq və təhlükəsizlik kontekstində Azərbaycanın strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradan amillərdən biri də uğurlu, çoxşaxəli və praqmatik enerji siyasətidir. ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini qəti surətdə dəstəkləməkdə davam edir, Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. Eyni zamanda, Vaşinqton Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edir. ABŞ qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında da Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir.
Bütövlükdə, regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoymaqla yanaşı, qarşılıqlı faydalı səciyyə daşımaqda və perspektiv üçün optimist proqnozlar ifadə etməyə imkan verməkdədir. Ekspertlərin ümumi qənaəti ondan ibarətdir ki, münasibətlərin uzunmüddətli perspektivdə uğurla davam və inkişaf etdirilməsi hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31