Latviya Azərbaycan ilə bütün sahələrdə qarşılıqlı əlaqələri dərinləşdirməyə tərəfdardır
31.05.2017 [10:22]
Latviyada rəsmi səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti mayın 30-da bu ölkənin Baş naziri Maris Kuçinskis ilə görüşüb.
Baş nazir M.Kuçinskis Azərbaycan ilə açıq və konstruktiv siyasi dialoqu yüksək qiymətləndirərək qeyd edib ki, iki ölkənin iqtisadi sahədə əməkdaşlığı siyasi əlaqələr səviyyəsinə yüksəlib.
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, ölkələrimiz arasında imzalanmış 34 sənəd əməkdaşlığın qurulması üçün möhkəm normativ-hüquqi bazadır. İki ölkənin ərazi bütövlüyü və dövlətlərin suverenliyi kimi beynəlxalq hüquq prinsiplərinin aliliyinə dair prinsipial mövqeyi dəyişməz qalır.
Görüşdə Azərbaycan ilə Latviyanın qarşılıqlı əlaqələri və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Elə həmin gün Latviya Prezidenti Raymonds Veyonis Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Latviya Prezidenti nümayəndə heyətini səmimi salamlayıb və Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbriklərini çatdırıb.
Yüksək diqqətə və qonaqpərvərliyə görə Prezidentə təşəkkür edən O.Əsədov qeyd edib ki, bu, onun Latviyaya birinci səfəridir. Azərbaycan ilə Latviya dost və tərəfdaş ölkələrdir. Sevindirici haldır ki, hazırda siyasi münasibətlərin müsbət məcrada inkişafı müşahidə olunur. Ənənəyə çevrilən qarşılıqlı səfərlər və yüksək səviyyədə görüşlər ikitərəfli münasibətlərin daha da dərinləşməsinə töhfə verir.
Latviya Prezidenti vurğulayıb ki, ölkəsi ilə Azərbaycan arasında siyasi dialoqun intensivliyini belə bir fakt da sübut edir ki, hər iki ölkənin xarici işlər, iqtisadiyyat, nəqliyyat və müdafiə nazirləri daim əlaqə saxlayırlar. R.Veyonis məmnunluq hissi ilə qeyd edib ki, iki dövlət arasında körpü rolunu oynayan Azərbaycan icması Latviyanın ayrılmaz tərkib hissəsinə çevrilib.
R.Veyonis bildirib ki, hazırda Azərbaycan enerji və tranzit sektorlarında Avropa İttifaqının mühüm tərəfdaşıdır. Latviya bir sıra enerji layihələrində, o cümlədən TAP və TANAP kimi layihələrdə Azərbaycanın rolunu yüksək qiymətləndirir.
O.Əsədov vurğulayıb ki, Azərbaycan Milli Məclisi GUAM PA çərçivəsində Baltik Assambleyası ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq Azərbaycan və Latviya parlamentləri arasında əlaqələrin möhkəmlənməsinə kömək edir.
İkitərəfli münasibətlərin dərinləşməsinin əhəmiyyətini vurğulayan tərəflər ümidvar olduqlarını bildiriblər ki, belə məxsusi maraq və diqqət Azərbaycan ilə Latviya arasında qarşılıqlı tarixi əlaqələrin genişlənməsinə və inkişafına bundan sonra da kömək edəcək.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39

