Latviyada 28 May - Respublika Günü qeyd edilib
31.05.2017 [10:16]
Azərbaycanın Latviyadakı səfirliyi 28 May - Respublika Günü münasibətilə Latviya paytaxtında təntənəli qəbul təşkil edib.
Qəbulda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Latviya Seyminin spikeri İnara Murniyetse, yüksək vəzifəli rəsmi şəxslər, Seymin deputatları, XİN-in əməkdaşları, Azərbaycan parlamenti nümayəndə heyətinin üzvləri, Latviyanın sabiq prezidenti Valdis Zatlers, bu ölkədə akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, işgüzar dairələrin təmsilçiləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri, KİV nümayəndələri iştirak ediblər.
Ümumlatviya Mahnı və Rəqs Bayramının baş dirijoru Xarald Bardzinşin rəhbərliyi ilə orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səslənib.
Tədbirin rəsmi hissəsində Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov çıxış edib. Səfir tədbir iştirakçılarını Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə təbrik edib və çıxış üçün Azərbaycan parlamentinin sədri Oqtay Əsədova söz verib.
Oqtay Əsədov müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılması barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın demokratik ənənələrinin əsasını qoyub, milliyyətindən, siyasi mövqeyindən və dini etiqadından asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər hüquqlar təmin edib. Spiker diqqətə çatdırıb ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edilib. Müstəqilliyin bərpasından sonrakı ilk illərdə ölkəmiz Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, 1 milyondan çox həmvətənimizin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktları ilə üzləşib.
Spiker Azərbaycan dövlətinin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq xatırladıb ki, ATƏT-in Minsk qrupu bu münaqişənin tənzimlənməsi üçün yaradılıb. Lakin təəssüf ki, bu qurumun fəaliyyəti gözlənilən nəticələri verməyib. Oqtay Əsədov vurğulayıb ki, heç şübhəsiz, Azərbaycan istənilən yolla bu problemi həll edəcək, ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə nail olacaq.
Parlamentin sədri qeyd edib ki, bu gün beynəlxalq arenada nüfuzlu bir dövlət olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkəmiz Avropa ölkələri ilə, o cümlədən Latviya ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir.
Latviya Seyminin spikeri İnara Murniyetse öz adından və Latviya xalqı adından tədbir iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 illiyi münasibətilə təbrik edib. İ.Murniyetse vurğulayıb ki, bu gün Latviya və Azərbaycan qürurla deyə bilər: “Biz müstəqil və azad dövlətlərik!”.
Spiker vurğulayıb ki, onun ölkəsi Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan ilə Latviyanı möhkəm dostluq telləri bağlayır. İki ölkə arasında fəal siyasi dialoq aparılır. Latviya Azərbaycan ilə Avropa İttifaqı arasında inkişaf etməkdə olan əlaqələri alqışlayır. Gələn il hər iki ölkə öz müstəqilliyinin 100 illiyini qeyd edəcək. Vətənə məhəbbət hissi bizə öz dövlətçiliyimizi qoruyub saxlamaq üçün güc verir.
Bayram tədbirində orkestr Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, habelə latış və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.
Riqa Klassik Gimnaziyası nəzdində Bazar günü Azərbaycan məktəbinin şagirdləri Azərbaycan haqqında ana dilində şeirlər oxuyublar.
Qonaqlar Azərbaycan milli mətbəxinin ləziz nümunələrini dadıblar.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56

