Azərbaycan-İordaniya əlaqələrinin inkişafında parlamentlərin rolu müzakirə edilib
11.05.2017 [10:28]
Mayın 10-da Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravnehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov bu səfərin ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Spiker deyib ki, əlaqələrimizin inkişafına dövlət başçılarının qarşılıqlı səfərləri, onların arasındakı səmimi münasibət və aparılan danışıqlar müsbət təsirini göstərib.
Qeyd edilib ki, ölkələrimiz eyni dini, mənəvi dəyərləri bölüşür. Eyni zamanda, Azərbaycan İordaniya ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Ölkələrimiz arasında siyasi sahədə münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan sədr iqtisadi əlaqələrin də genişləndirilməsinin vacibliyini bildirib. Oqtay Əsədov Azərbaycan ilə İordaniya arasında viza rejiminin sadələşdirilməsinin önəmini vurğulayaraq qeyd edib ki, bu, ölkələrimiz arasında turizm, ticarət və mədəni əlaqələrin inkişafına təkan verəcək. Milli Məclisin sədri, həmçinin parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsinin önəmini vurğulayıb, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib.
İordaniya ilə Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdiyini xatırladan Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsindən söz açaraq bu məsələdə İordaniyanın Azərbaycanın haqq işini həmişə müdafiə etdiyi üçün minnətdarlığını bildirib.
Spiker Azərbaycanda bu il “İslam Həmrəyliyi İli” elan edildiyini və mayın 12-də İslam Həmrəyliyi Oyunlarının təntənəli açılışı mərasiminin olacağını qonaqların diqqətinə çatdırıb, həmçinin yarışlara böyük nümayəndə heyəti ilə qatılan iordaniyalı idmançılara uğurlar arzulayıb.
İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravneh ölkələrimiz arasındakı mehriban, xoş dostluq münasibətlərinin hər iki xalqın milli mənafeyinə əsaslandığını bildirib. Həmçinin dünyada baş verən terror, münaqişələr fonunda İslam ölkələrinin birliyə, həmrəyliyə ehtiyac duyduğunu qeyd edib. Qonaq ölkəsinin beynəlxalq qanunvericiliyi dəstəklədiyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə ümid etdiyini vurğulayıb.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, humanitar sahədə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar Muradova və Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin İordaniyadakı səfiri Sabir Ağabəyov və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28

