/ / Mədəniyyətlərarası Dialoq Forumunda zorakı ekstremizmin qarşısının alınması yolları müzakirə edilib
Mədəniyyətlərarası Dialoq Forumunda zorakı ekstremizmin qarşısının alınması yolları müzakirə edilib
06.05.2017 [12:45]
Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dialoqun təşviqi və körpülərin qurulması: Zorakı ekstremizmin qarşısını almaq üçün vasitələr” mövzusunda birinci plenar sessiya keçirilib.
Sessiyanın moderatoru, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü xanım Nihal Saad müasir dövrdə çox aktual və həyati vacib mövzuya həsr olunan Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə təşəkkür edib.
“Azərbaycan terrorizmi pisləyir, multikultural dialoqa önəm verir”, - deyən xarici işlər naziri Elmar Məmmədyarov mədəniyyətlər arasında əlaqələri gücləndirmək, multikultural dəyərlərə üstünlük verməklə əməkdaşlığa nail olmağın mümkünlüyünü qeyd edib. O deyib: “Ölkəmiz terrorizmdən əziyyət çəkib. Əməkdaşlıq olmadan ekstremizmlə mübarizədə uğura nail olmaq mümkün deyil. Bu gün dünyada islamofobiya hallarına rast gəlinir, terrorizm mədəniyyət abidələrini hədəfə alır. Ekstremizmlə mübarizədə təhsilin rolu böyükdür. Zorakı ekstremizmi birgə səylərlə aradan qaldırmalıyıq. Antiekstremizm cəbhəsi formlaşdırmaq zəruridir. Gənclərin terror qruplaşmalarına cəlb edilməsinin qarşısı alınmalıdır. Bu forum yeni düşüncələr üçün yaxşı əsas yaradacaq. Əminəm ki, dialoq böyük irəliləyişlərə nail olmağa kömək edəcək”.
“Biz Azərbaycanda bütün səviyyələrdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi önəm veririk. Ölkəmizdə multikulturalizm və dözümlülük cəmiyyətimizi gücləndirən və birləşdirən uzunmüddətli ənənədir. Biz hesab edirik ki, mədəni rəngarənglik və multikulturalizm dialoqun təşviqi, etnik və dini plüralizmin həvəsləndirilməsi və beləliklə, zorakı ekstremizmin potensial artımının səmərəli şəkildə qarşısının alınmasına töhfə vermək üçün geniş imkanlar verən güc və sərvətdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm İli” elan edilmişdi. Azərbaycan hökuməti bütün etnik və dini azlıqların hüquqlarının qorunması istiqamətində ardıcıl siyasətini davam etdirir. Azərbaycanda mindən artıq məscid, 11 kilsə, 6 sinaqoq və digər dini məbədlər heç bir maneə olmadan fəaliyyət göstərir”, - deyə nazir qeyd edib.
BMT baş katibinin müavini, İctimai İnformasiya Departamentinin rəhbəri Mahir Nasir qeyd edib ki, terrorçu və ekstremist qruplaşmalar fəaliyyətlərini artıq internetdə aparır, müxtəlif proqram təminatlarından istifadə edirlər. Onun sözlərinə görə, sosial media ekstremist qrupların əlində bir alətə çevrilib. “Onlar sosial şəbəkələrdə yaratdıqları qruplarda insanları zorakılığa çağırırlar, onların şüuruna təsir edirlər. Eyni zamanda, medianın müxtəlif xalqların mədəniyyətləri haqqında qeyri-düzgün informasiya yayması da insanların qəzəblənməsi və bu vəziyyətdən ekstremistlərin yararlanmasına gətirib çıxarır. Əsas işimiz gəncləri qorumaq və onlara düzgün istiqamət verməkdir”, - deyə o bildirib.
BMT baş katibinin hüququn aliliyi və təhlükəsizlik institutları üzrə müavini Aleksandr Zuev bildirib ki, tolerantlıq və mədəniyyətlərarası dialoq hazırkı dövrdə daha yeni formalarda təbliğ edilməlidir, çünki ekstremizm getdikcə yeni üsullara əl ataraq sıralarını genişləndirir. O, BMT, UNESCO və digər beynəlxalq təşkilatların üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib, onların bir sıra strukturları vasitəsilə daha təsirli metodların hazırlanmasının vacibliyini qeyd edib.
Sülhə nail olmağın yeganə yolunun dialoq olduğunu deyən Bolqarıstan Respublikasının vitse-prezidenti İliana İotova deyib ki, tolerantlıq mühitini qorumaq, zorakı ekstremizmə şərait yaradılmasının qarşısını almaq lazımdır. Vitse-prezident də gənclərin təhsil alması məsələsinə diqqət ayıraraq onların ekstremizm qarşısında ən zəif təbəqə olduğunu deyib. İ.İotova təhsilə sərmayə ayırmaqla gənc nəslin dünyagörüşünü genişləndirməyin, müxtəlif ölkələrin gəncləri arasında təhsil və təcrübə mübadiləsini artırmağın zəruri olduğunu bildirib. “Əgər biz mədəni müxtəlifliyi qorumasaq, vaxtında çağırışlara birgə cavab verməsək, cəmiyyətlərimiz böyük risklər qarşısında köməksiz qala bilər”, - deyə o vurğulayıb.
NATO baş katibinin müavini Tacan İldem ekstremizmlə mübarizədə real addımlar atılmalı olduğunu deyib. O, Azərbaycanın bu istiqamətdə addımlarını alqışladıqlarını və dəstəklədiklərini deyib: “NATO daim ölkələr arasında tərəfdaşlığı dəstəkləyib. Təşkilat ölkələrə bu istiqamətdə hər cür kömək göstərməyə çalışır”. O, internetin radikallaşma meyillərinə təsir etdiyini bildirib, insanları ekstremist ideyalardan qorumağın vacibliyini vurğulayıb, bunun üçün artıq praktik addımlar atmağın zamanının yetişdiyini qeyd edib.
Əl-Əzhər Universitetinin nümayəndəsi Kamal Abdelsalam Haassan heç bir mövcud dində zorakılığa çağırış olmadığını, əslində bütün dinlərin dialoq və sülhə çağırdığını vurğulayıb. O, terrorizm və ekstremizmlə mübarizədə müqəddəs kitablardakı Allah kəlamını rəhbər tutmaqla irəliləyişlərə nail olmağın mümkünlüyünü qeyd edib. “Çünki Allah insan həyatını hər şeydən üstün tutur”, - deyə o bildirib.
Orta Şərq və Şimali Afrikada “Search for Common Ground” (Tunis) təşkilatının regional direktoru Abu Fassi Fihrinin sözlərinə görə, ölkələr və vətəndaş cəmiyyətləri bir araya gələrək gənclərin gələcəyini qurmağa çalışmalıdırlar. Dialoq sayəsində insanları bir araya gətirmək, xalqların mədəniyyətlərini dünyaya tanıtmaq lazımdır. O, gənclərin savadlılığının artırılması ilə onlara daha parlaq gələcək verməyin mümkün olduğunu söyləyib.
Plenar sessiya müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31

