Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Beynəlxalq Şahmat Federasiyasının prezidenti ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Beynəlxalq Şahmat Federasiyasının prezidenti ilə görüşüb

04.05.2017 [09:51]

Mayın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin sədri qonağı Naxçıvanda görməkdən məmnunluğunu bildirib, muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlərdən danışıb. Muxtar respublikanın ümumtəhsil məktəblərində şahmatın tədris edildiyini və 3 mindən artıq gəncin şahmatla mütəmadi məşğul olduğunu diqqətə çatdıran Ali Məclisin sədri “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirakına görə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinova təşəkkür edib.
Muxtar respublikada şahmatın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin və gənc şahmatçıların yetişdirilməsi sahəsində görülən işlərin məmnunluq doğurduğunu bildirən Kirsan İlümjinov hər il ənənəvi olaraq Naxçıvanda şahmat üzrə beynəlxalq festivalın keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov görüşdə iştirak edib.

Paylaş:
Baxılıb: 604 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30