/ / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
04.05.2017 [09:39]
Əli Əhmədov: İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib
Dünən “Gülüstan” sarayında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanıb. Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən birgə təşkil olunub.
Tədbiri açan təhsil naziri Mikayıl Cabbarov “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərini təbrik edib, müsabiqənin Ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək baxımından mühüm rol oynadığını bildirib. O vurğulayıb ki, ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən bu müsabiqə müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəsil tərəfindən öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Nazir qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində təhsilin hərtərəfli inkişafı üçün müxtəlif proqram və layihələr uğurla həyata keçirilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində inkişaf və müasirləşmə proseslərini uğurla həyata keçirir.
Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov qeyd edib ki, cəmiyyətdə layiqli vətəndaş olmağın ən yaxşı və etibarlı yolu zəngin biliklərə yiyələnməkdir: “Bu gün Azərbaycanda gənc nəsillərə bu imkanlar təqdim edilir. Gənclərimizin mükəmməl təhsil alması üçün hər cür şərait yaradılıb. Son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir. İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar gələcəkdə Ulu öndər Heydər Əliyevin ideyalarını, eləcə də Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti layiqincə davam etdirmək potensialına malikdirlər”.
Azərbaycan vətəndaşlarının öz dövlətinə, dövlətçilik dəyərlərinə dərin hörmət etdiyini deyən Baş nazirin müavini bildirib ki, bu gün Azərbaycan hakimiyyətinin qarşısında duran əsas məqsəd ondan ibarətdir ki, gənc nəsillərin arzu etdiyi cəmiyyət gələcəkdə onlara təqdim edilə bilsin.
Baş nazirin müavini əlavə edib ki, son illər ölkəmizdə formalaşan dəyərli ənənələrdən biri də məktəblilər arasında Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi daşıyan müsabiqənin keçirilməsidir: “Hər il on minlərlə şagird Heydər Əliyevin zəngin irsini öyrənir, müxtəlif müsabiqələrdə iştirak edir. Bununla həm Heydər Əliyev şəxsiyyətinə, Ümummilli liderin xatirəsinə hörmət və ehtiramlarını ifadə edirlər, həm də onlarda dövlətçilik ənənələrinə dərin məhəbbət formalaşır. Bütün bunların hamısı Azərbaycan gənclərinin layiqli vətəndaş kimi formalaşmasına xidmət edən əhəmiyyətli amillərdir”.
“Bu günə kimi müsabiqə qalibi olmuş 50 tələbəyə Yeni Azərbaycan Partiyası tərəfindən təqaüd verilib. Müsabiqədə qalib gələn şagirdlər gələcəkdə ali məktəbə qəbul olunsalar, onlar 4 illik təhsil müddətində YAP-ın təqaüdünü alacaqlar. Yaradıcısı Ulu öndərimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının məqsədi, məramı daha gözəl və daha firavan Azərbaycanı qurmaqdır və bu məqsədlə də Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir vətəndaşımız fədakarcasına çalışır”, - deyə Əli Əhmədov vurğulayıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirib ki, Ümummilli lider Heydər Əliyev hər zaman təhsilin inkişafına xüsusi diqqət yetirib. Bu gün Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini deyən S.Mehbalıyev əlavə edib ki, ölkəmizdə gənclərin inkişafı, intellektual səviyyələri, kadrların yetişdirilməsi, istedadlı uşaq və gənclərin aşkarlanması, onların potensialının inkişaf etdirilməsi hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev ölkəmizdə yenidən hakimiyyətə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü təkan verib. Eyni zamanda, təhsil sistemimizin qabaqcıl ölkələrin təhsil mühitinə inteqrasiya olunması üçün geniş imkanlar açılıb, istedadlı gənclərə diqqət və qayğı artırılıb. Təhsilin inkişafını daim prioritet sahə kimi diqqət mərkəzində saxlayan Ümummilli lider sovet dövründə ölkəmizə rəhbərlik etdiyi zaman azərbaycanlı gənclərin xaricdə təhsil almalarına böyük önəm verib. Belə ki, hər il yüzlərlə gənc keçmiş SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrinə oxumağa göndərilib. İstedadlı uşaqların aşkar olunmasında müsabiqənin əhəmiyyətini vurğulayan S.Mehbalıyev diqqətə çatdırıb ki, bu cür tədbirlərin təşkili Heydər Əliyev irsinin şagirdlər arasında təbliği baxımından böyük önəm daşıyır. O deyib ki, Heydər Əliyev irsinin öyrənilməsi dövlətçilik təfəkkürünün formalaşmasında və vətənpərvərlik hissinin gücləndirilməsində böyük əhəmiyyətə malikdir.
Heydər Əliyev Fondunun departament rəhbəri Soltan Məmmədov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fond təhsilin inkişafına öz töhfələrini verir. O diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu bu müsabiqənin davamlı olaraq keçirilməsinə dəstək verəcək. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev irsinin gənc nəsil tərəfindən öyrənilməsinə, milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanmasına və ölkəmizdə uğurla həyata keçirilən təhsil siyasətinin inkişafına daim böyük dəstək göstərir. Azərbaycanda cəmiyyət quruculuğu və sosial-iqtisadi inkişafına öz töhfəsini verən Heydər Əliyev Fondu təhsilin, mədəniyyətin inkişafına xidmət edən çoxsaylı layihələr həyata keçirir. Fond Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edərək məktəblilər arasında sağlam həyat tərzi, Azərbaycanın zəngin mədəni, tarixi irsinin öyrənilməsi istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsinə daim dəstək göstərir. Məktəblilərin Ulu öndərin irsinin öyrənilməsi və bu mövzuda təqdimat hazırlamaq bacarığı gənc nəslin ölkəmizin müstəqilliyi, dövlət quruculuğunun gücləndirilməsi, ölkənin daim çiçəklənməsi istiqamətində düzgün inkişafının parlaq nümunəsidir. Bu layihədə iştirak edən hər bir məktəbli özünü qalib hiss etməlidir. Layihə ölkəmizin müstəqilliyinin qorunmasına və gücləndirilməsinə xidmət edən gənc nəslin yetişdirilməsinə böyük töhfə verəcək.
Daha sonra “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən altı nəfər birinci, doqquz nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diplomla, 23 nəfər isə tərifnamə ilə mükafatlandırılıb. Qaliblərə həmçinin müxtəlif qiymətli hədiyyələr təqdim olunub. Tədbir Bülbül adına orta ixtisas musiqi məktəbinin və Milli Konservatoriyanın nəzdində İncəsənət Gimnaziyası şagirdlərinin ifaları ilə davam etdirilib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

