Millət vəkilləri AŞPA-nın Türkiyə ilə bağlı qərarına etiraz ediblər
03.05.2017 [08:46]
Parlamentin iclasında “Turizm haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” yeni qanun layihələri birinci oxunuşda qəbul olunub
Dünən Milli Məclisin iclası keçirilib. İclası açan spiker Oqtay Əsədov gündəlikdəki məsələlər haqqında məlumat verib. Daha sonra O.Əsədov bildirib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Türkiyəyə qarşı yanlış qərar qəbul edilib: “Türkiyə postmonitorinq mərhələsindən sonra yenidən monitorinq altına alınıb. Türkiyə AŞPA-nın yaranmasında iştirak edən dövlətlərdən biridir. Türkiyə 13 il bundan əvvəl postmonitorinq dövrünə keçmişdi. Ancaq AŞPA-nın tarixində ilk dəfə olaraq bir ölkəni postmonitorinqdən sonra monitorinq altına keçirdilər. Bizim nümayəndə heyəti buna qarşı çıxış etdi”.
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında bildirib ki, qurumun daxilində ikili standartlar, irqçilik, islamofobiya baş alıb gedir. O, deyib ki, Azərbaycanın maraqlarını müdafiə edən millət vəkilləri kimi biz bunu qurumun daxilində aydın görürük. Burada aparılan müzakirələr təkcə bizə deyil, eyni zamanda, Fransada, Almaniyada yaşayan azərbaycanlılara da ciddi təsir edib: “AŞPA-nın insan hüquqları üzrə komissarı Nils Muiznieks ölkəmizlə bağlı ikili standartlarla dolu məruzə təqdim etdi. Azərbaycan nümayəndə heyətinin üzvü Ermənistanda gedən proseslərlə bağlı sual verir, amma Ermənistandan bir kəlmə belə deməyən həmin komissar Azərbaycan haqqında qərəzli mülahizələr deməyə başlayır. Bunu təkcə biz yox, Avropada yaşayan insanlar da görürlər. Ona görə həmin insanlar Avropanı Azərbaycana qarşı obyektiv olmağa, ikili standartlara son qoymağa çağırırlar. Bu nöqteyi-nəzərdən deyə bilərəm ki, AŞPA-nın ofisi qarşısında keçirilən izdihamlı aksiya bu təşkilatı düşündürməlidir. Artıq Avropada yaşayan azərbaycanlılar, türklər belə davranışa dözə bilməzlər. AŞPA-da Türkiyəyə qarşı ağlasığmaz ittihamlarla, böhtanlarla dolu qeyri-obyektiv bir sənəd qəbul olunub. Aksiyanın iştirakçılarının əllərində olan Azərbaycan və Türkiyə bayraqları həmin sənədə qarşı kəskin bir etiraz idi”.
“AŞPA da daxil olmaqla, Avropa strukturları Qərb imperializminin struktur vahidləridir və onun işğalçılıq siyasətinin həyata keçirilməsinə hüquqi və ideoloji yardım göstərirlər. Azərbaycan da AŞPA-ya üzv olduğu dövrdə qurumun ədalətsiz, qərəzli mövqeyi ilə rastlaşıb”. Bu fikirləri isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Hikmət Babaoğlu bildirib ki, Avropa strukturları əksər hallarda insan hüquq və azadlıqları kimi qlobal dəyərləri milli dövlətlərə qarşı silah kimi istifadə edirlər. Onun fikrincə, Türkiyənin timsalında biz bunun əyani şahidi olduq: “Türkiyə öz milli dövlətçiliyini qorumaq üçün, sərhədlərini təhdid edən terrorizmə qarşı mübarizə aparmaq üçün məhz BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə söykənərək özünümüdafiə aktını həyata keçirib. Suriyada və İraqda terrorçu məntəqələrini dağıdıb. AŞPA-nın səbrini daşıran sonuncu damla da bu oldu. Ona görə də AŞPA-nın və digər Avropa strukturlarının son qərarlarına diqqət etsək, görərik ki, 2003-cü ildən bu yana qədər onların qərarlarında iki fəlsəfə var. Buraya islamofobiya və ksenofobiya daxildir. Müsəlman ölkələri olduğumuz üçün əksər hallarda bunu islamofobiyanın təzahürü kimi qəbul edirik. Amma digər ölkələrə münasibətdə etnik-millətçilik görürük ki, bu da ksenofobiyadır. Bunlardan əziyyət çəkən yerli parlament nümayəndələri AŞPA-da mübarizə aparmalıdırlar. Onların birliyi AŞPA-nın qərarlarında korrektə etməyə gətirib çıxara bilər”.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətini təqdir edən millət vəkili qeyd edib ki, bu hadisələr Türkiyə ilə bitmir. “Avropa imperializmi Yaxın Şərqdə idarəolunan xaos nəzəriyyəsini tətbiq etməklə müsəlman coğrafiyasının milli dövlətlərini yıxır və bu bölgədə etnik mühəndisliklə məşğuldur, süni şəkildə yeni etnosiyasi coğrafiya yaradır. Məsələ ondadır ki, imperializmin maşını var, onu dayandırmaq mümkün deyil. O maşın milli dövlətləri dağıda-dağıda gəlir və hamımızın gördüyü kimi, ötən ilin iyul ayında hədəf Türkiyə idi. Amma Türkiyə cəmiyyətinin siyasi savadlılığı və vaxtında maarifləndirmə aparılması nəticəsində vətəndaşlar öz dövlətini qorudular. Bu hadisələr bir daha Azərbaycan və Türkiyə cəmiyyətlərini daim ayıq-sayıq olmağa vadar edir”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxışında deyib ki, AŞPA-nın Türkiyə ilə bağlı qərarında təəccüblü heç nə yoxdur. Çünki biz dəfələrlə Avropa strukturları tərəfindən Türkiyə və Azərbaycana qarşı ədalətsiz mövqenin şahidi olmuşuq. AŞPA-nın Türkiyə ilə bağlı son qərarı da növbəti ədalətsiz yanaşmadır.
S.Novruzov bildirib ki, əgər faktlara əsaslanılsa, o zaman AŞPA-nın Türkiyə ilə bağlı qərarının nə qədər ədalətsiz prinsiplərə uyğun yanaşma olduğunu görmək mümkündür: “İlk növbədə AŞPA-nın Türkiyədə keçirilən referendumla bağlı mövqeyinə toxunaq. Türkiyənin qanunları demokratik qanunvericilikdir və orada hər bir qrup üçün kütləvi aksiyaların keçirilməsi, televiziyalarda, mətbuatda çıxışları üçün lazımi şərait yaradılıb. Hətta Türkiyə müxalifətinin özü belə, referendumun fövqəladə vəziyyət şəraitində keçirilməsinə etiraz etmədi. Avropa Roma Papasından daha artıq xristian olub və Türkiyənin daxili işlərini müzakirə etməyə başlayıb. Nədənsə seçkilərdə 70-60 faiz səs toplayanda deyirlər ki, bu göstərici çoxdur, seçkilər antidemokratik keçirilib və ya saxtalaşdırılıb. Az səs toplananda deyirlər ki, niyə azdır? Bu cür yanaşma tərzi ilə Avropa strukturları hara gedir? Əksinə, Türkiyədə səsvermə üçün tam demokratik şərait yaradılmışdı”.
Millət vəkili qeyd edib ki, Türkiyə hər zaman terrorizmlə mübarizə aparır. Avropada bir terror hadisəsinin baş verdiyi zaman reaksiyanın çox güclü olduğunu deyən S.Novruzov belə reaksiyanın Türkiyədə törədilən terror hadisələri zamanı verilmədiyini bildirib. Onun fikrincə, bütün bunlar ikili standartların təzahürüdür.
Millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, bu qərar Avropa dəyərlərinə ziddir.
Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarova da Türkiyə ilə bağlı qərara etiraz edib. O bildirib ki, Milli Məclis bununla əlaqədar AŞPA-ya etiraz müraciəti etməlidir.
Millət vəkillərindən həmçinin Azay Quliyev, Qənirə Paşayeva, Zahid Oruc, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə və başqaları çıxış edərək AŞPA-nın qərarının ədalətsiz olduğunu vurğulayıblar.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. İclasda ilk olaraq “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarılıb. Layihə ilə bağlı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verərək bildirib ki, əmək tutumlu iş yerləri yaradan ən aparıcı istiqamətlərdən biri olan turizm və istirahət biznesi ölkəmizin inkişafında prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, turizm sahəsinin ölkəmiz üçün aktuallığını şərtləndirərkən, ilk növbədə qeyd etməliyik ki, ötən ilin əvvəlindən bu istiqamətdə dövlət başçısı tərəfindən 17 rəsmi sənəd imzalanıb, Turizm Şurası təsdiq olunub, müvafiq Sərəncamla parlamentə turizm haqqında qanunun hazırlanması tövsiyə edilib.
8 fəsil və 63 maddədən ibarət qanun layihəsi Milli Məclis Aparatının, Mədəniyyət və Turizm Nazirliyinin, turizm şirkətləri və QHT-lərin səriştəli mütəxəssislərinin iştirakı ilə müzakirə olunub. Qanunun qəbulundan sonra turizm sənayesi münasibətlərinin tənzimlənməsi üçün normativ-hüquqi baza yaradılacaq, turizm ərazilərinin idarə olunması təkmilləşəcək, müxtəlif çeşidli, keyfiyyətli və kompleks infrastrukturlu turizm xidmətlərinin göstərilməsinə nəzarət mexanizmi güclənəcək. Beləliklə, turizm sahəsində vahid dövlət siyasəti müəyyənləşdiriləcək.
İclasda iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, qeyri-neft sektorunun inkişafında turizm sənayesinin özünəməxsus yeri var. Bu sahədə həyata keçirilən islahatlar birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır. Son dövrlərdə qəbul edilən qərarlar bu sahənin inkişafına böyük təkan verib. Bu da onu göstərir ki, Azərbaycan turizm sahəsində aparıcı dövlətlərdən birinə çevrilməkdədir. Nazir bildirib ki, dövlətin siyasəti, ünvanlı layihələr öz nəticəsini verir. Viza rejiminin sadələşdirilməsi ölkəyə turist axınının artmasına təsir edib. Azərbaycan müxtəlif sərgilərdə iştirak edir, dünya televiziyalarında Azərbaycanın turizm imkanları təbliğ olunur. Bu da Azərbaycana diqqəti artırır. Yeni hazırlanan qanunun əhəmiyyətinə toxunan Əbülfəs Qarayev deyib ki, elektron turizm xidmətlərinin istifadəsinə böyük önəm verilməlidir.
Müzakirələr zamanı çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülüb, Bakıda və regionlarda xeyli turizm infrastrukturu yaradılıb: “Azərbaycanda yay və qış turizminin daha da inkişaf etdirilməsi üçün bütün şərait var. Ona görə də bu yöndə işlər davam etdirilməlidir. Bu yöndə Mədəniyyət və Turizm Nazirliyi səmərəli fəaliyyət göstərir. Xüsusilə tarixi və mədəni abidələrimizin təbliğ olunması xarici turistlərdə ölkəmizə marağı artırıb”.
Bununla belə, millət vəkili qeyd edib ki, ölkəmizə turist adı ilə gələn bir çox şəxslərin kimliyi diqqətlə araşdırılmalıdır: “Onlar çox zaman hotellərdə qalmırlar. Kimlərsə vergidən yayınmaq, pul qazanmaq üçün belə adamları şəxsi evlərə yerləşdirirlər. Amma bu adamların nə işlə məşğul olması heç kimə məlum deyil. Hazırda dünyada baş verən prosesləri nəzərə alaraq, bu şəxslərin kimliyi ciddi şəkildə araşdırılmalıdır. Ölkəmizdəki sabitlik və təhlükəsizlik daim diqqət mərkəzində olmalıdır”.
S.Novruzov bəzi hotellərin “halal” adlandırılmasına da münasibət bildirib: “Əvvəllər kolbasalara halal-haram deyilirdi. İndi də bəzi hotellər özlərini halal adlandırırlar. Bu, nə deməkdir? Bu məsələyə də fikir verilməlidir”.
Müzakirələr zamanı çıxış edən millət vəkilləri Əli Məsimli, Zahid Oruc, Tahir Kərimli və başqaları sənədin əhəmiyyətini bildiriblər. Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
İclasda həmçinin “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə edilib. Sənəd haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirilib ki, yeni qanun layihəsi 13 maddədən ibarətdir. Qanun layihəsi Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq, Milli Məclis deputatının etik davranış qaydalarını, habelə həmin qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.
Bu qanun yalnız deputat statusu olan şəxslərə şamil edilir. Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq, bu qanunun müddəalarına əməl etməyə borcludur. Qanun layihəsində etik davranış qaydalarını kobud surətdə pozan deputatların mandatdan məhrum edilməsi, deputatların təhqiramiz sözlərdən istifadə etməsinə qadağa qoyulması, eləcə də deputatların həmkarlarının sözünü kəsməsi qadağan edilir.
Eyni zamanda, layihəyə əsasən, Azərbaycanda deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, eləcə də bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Layihədə qeyd olunub ki, bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
Müzakirələr zamanı çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, belə bir qanun dünya ölkələrinin təcrübəsində də var. Onun sözlərinə görə, hər bir deputat öz fəaliyyətində parlamentin adına xələl gətirən fəaliyyət göstərməməlidir. O xatırladıb ki, vaxtilə İntizam komissiyasına rəhbərlik edərkən 5 il ərzində cəmi iki məsələyə baxılıb. Amma bütövlükdə vətəndaşlar tərəfindən komissiyaya 3 min müraciət daxil olub. S.Novruzovun sözlərinə görə, belə bir qanunun qəbul olunması konstitusiyanın tələbidir: “Burada heç bir narahatçılıq yoxdur. Hər bir kəs etik davranışına fikir versə, bu qaydalara əməl etsə, onu hər hansı cəza gözləmir. Mandatla bağlı qərarı da Milli Məclis verəcək. Amma yaxşı olar ki, bu qanunla bağlı məsələlər 2/3 səs çoxluğu ilə qəbul edilsin”.
Məsələ ilə bağlı spiker Oqtay Əsədov bildirib ki, qanun layihəsi ilə bağlı bəzi təkliflər nəzərə alınmalı və sənəd daha da təkmilləşdirilməlidir.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, iclasda millət vəkilləri bir sıra qanun layihələrini də qəbul ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

