Gənclər Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib
22.04.2017 [11:36]
Aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, bütün üzvlərin iştirak etdikləri iclasda təşkilati məsələlərə baxılıb. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov Müşahidə Şurasının sədri, gənclər və idman nazirinin müavini İntiqam Babayev Şura sədrinin müavini, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov Şuranın katibi seçiliblər.
İclasda iştirak edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Müşahidə Şurasının üzvlərini yeni təyinat münasibətilə təbrik edib. Əli Həsənov gənc nəslin fəal vətəndaş kimi formalaşması, fiziki və intellektual inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində Fondun üzərinə düşən vəzifələrlə bağlı tövsiyələrini verib.
Daha sonra 10-cu qrant müsabiqəsinin elan olunması ilə bağlı məsələyə baxılıb. 2012-2016-cı illərdə Fond tərəfindən keçirilmiş 9 müsabiqə çərçivəsində gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin 3341 layihəsinin dəstəkləndiyi, onların həyata keçirilməsi üçün 19 milyon manatadək vəsaitin ayrıldığı bildirilib. Yeni elan ediləcək müsabiqə çərçivəsində “A” kateqoriyası (yerli layihələr) üzrə 13, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 3, “C” kateqoriyası (fərdlərin layihələri) üzrə 14 istiqamətin təklif edildiyi, layihələrin təqdim olunması üçün 21 gün müddətin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Müsabiqənin istiqamətləri sırasına yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin tanıdılması yönündə tədbirlər, gənclər arasında ixtisas seçimi və əmək bazarı haqqında məlumatlılıq səviyyəsinin artırılması, bu istiqamətdə xidmətlərin göstərilməsi, intellektual inkişafa xidmət edən televiziya proqramlarının hazırlanması, istedadlı gənclərin ixtiralarının və innovativ ideyalarının dəstəklənməsi, sosial xidmət sahələrində könüllü fəaliyyətin təşviqi, İslam həmrəyliyinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslər, Azərbaycanın təbliği və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və s. mövzular salınıb. Layihə təkliflərinin 2017-ci il aprelin 24-dən mayın 15-dək qəbul edilməsi qərara alınıb.
Qeyd edək ki, Müşahidə Şurası Gənclər Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirir. Şuranın 9 üzvündən 5-i dövlət orqanlarını, 4-ü isə gənclər təşkilatlarını təmsil edir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 mart tarixli Sərəncamı ilə aşağıdakı şəxslər Müşahidə Şurasının üzvü təyin olunublar:
Dövlət orqanlarından:
Tahir Süleymanov - Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini;
İntiqam Babayev - gənclər və idman nazirinin müavini;
Ceyhun Bayramov - təhsil nazirinin müavini;
Rafiq Bayramov - Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri;
Cavid Məmmədov - Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini.
Gənclər təşkilatlarından:
Nurəddin Mehdiyev - “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri;
Mirhəsən Seyidov - “İrəli” İctimai Birliyinin sədri;
Seymur Hüseynov - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri;
Seymur Orucov - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri.
Xəbər lenti
Hamısına baxGündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20

