“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin otuz səkkizinci cildi çapdan çıxıb
18.04.2017 [09:22]
“Mən həmişə demişəm ki, Qafqaz vahid bir orqanizmdir. Şimali Qafqazda, Cənubi Qafqazda baş verən proseslərlə sıx bağlıdır. Biz hamımız çalışmalıyıq ki, bölgəmizdə, bu gözəl Qafqaz bölgəsində sülh, əmin-amanlıq, tərəqqi təmin edilsin, insanlar sülh, rifah şəraitində yaşasınlar və ölkələrimiz inkişaf etsin, çiçəklənsin. Biz buna ancaq birlikdə nail ola bilərik. Birgə səylərimizlə, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında, bir-birimizə kömək etməklə biz buna nail ola bilərik. Azərbaycan öz tərəfindən bu istiqamətdə üzərinə düşən vəzifələri ləyaqətlə icra edir”.
AZƏRTAC xəbər verir ki, yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 38-ci cildində yer alan bu fikirləri dövlətimizin başçısı 2009-cu ilin noyabrında Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı söyləyib.
Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2009-cu ilin sentyabrından noyabrınadək olan dövrü əhatə edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu cildində dövlətimizin başçısının Moldovaya səfəri çərçivəsində keçirdiyi görüşlərə, Kişineuda MDB Dövlət Başçıları Şurasının iclasında iştirakına, Moldovada Azərbaycan Televiziyasına müsahibəsinə, İordaniyaya, İsveçrəyə səfərlərinə, İsveçrədə Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışında iştirakına, Belarusa və Bolqarıstana səfərlərinə dair materiallar və məktubları yer alıb. Kitabda Azərbaycan Prezidentinin Qazaxıstan, Türkiyə, Qırğızıstan və Sloveniya prezidentlərinin ölkəmizə səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlarına, mətbuata bəyanatlarına, imzalanan sənədlərə dair materiallar da toplanıb.
Dövlətimizin başçısının Azərbaycana səfər etmiş Çexiya, Slovakiya, Pakistan, ABŞ, İran, Türkiyə, Bolqarıstan, Gürcüstan, Belarus, Rusiya və digər ölkələrin, Avropa İttifaqının, ATƏT-in, Dünya Bankının və digər nüfuzlu qurumların yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar da nəşrin bu cildində yer alıb.
Kitaba, həmçinin Prezident İlham Əliyevin Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirakına dair informasiyalar, Azərbaycanda Rus İcmasının III qurultayının və ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlərin iştirakçılarına müraciətləri daxil edilib.
Dövlətimizin başçısı bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək olmağa çağırıb.
Bu cilddə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasındakı nitqləri, habelə İsmayıllı, Ağsu və Yevlax rayonlarına səfərləri, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşləri, təhsil və sənaye müəssisələrinin açılışında iştirakı, paytaxtımızda aparılan abadlıq-quruculuq işləri ilə tanışlığı, məcburi köçkün ailələri üçün tikilmiş yaşayış binaları kompleksinin açılış mərasimində iştirakı barədə informasiyalar toplanıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 38-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

